Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə23/49
tarix21.04.2017
ölçüsü3,93 Mb.
#15152
1   ...   19   20   21   22   23   24   25   26   ...   49

Nəzəri

308

Praktik

Genişlənməsinə

görə

Diskursiv

İntuitiv

Yeniliyinə görə

Reproduktiv

Produktiv

                       Şəkil

15

Təfəkkürün əsas növləri

unutmaq olmaz ki,  təsəvvür və anlayışlar nəinki bir-biri ilə

bağlıdır,  həmçinin bir-birindən fərqlidir,  vahid təfəkkür

daxilində bir tərəfdən əyani,  digər tərəfdən abstrakt – nəzəri

təfəkkürü fərqləndirirlər.

Nəzəri və obrazlı təfəkkür idrakın müxtəlif pillələri kimi

vahid prosesin müxtəlif tərəflərdir və eyni adekvat üsullarla

obyektiv reallığın dərkinə yönəlib.  Mücərrəd təfəkkürün

anlayışları ümumini inikas etdirir.  Lakin ümumi xüsusi və

təkcənin elementlərindən xali deyil. Təkcə obrazda əks olunur. 

Obraz təfəkkürün həm aşağı, həm də yuxarı pilləsində təkcənin

inikasıdır. Əyani –obrazlı təfəkkür və nəzəri-mücərrəd təfəkkür

təkcə iki səviyyə deyil, vahid təfəkkürün iki növü və ya iki as-

pektidir, təkcə anlayış deyil, həm də obraz ən yüksək təfəkkür

səviyyəsində fəaliyyət göstərir.

Obrazın fikri zənginləşdirdiyini    hər hansı metaforanın

misalında görmək olar.  Hər hansı metafora ümumi fikri ifadə

edir, metaforanın anlanılması obrazlı formada onun ümumi an-

lam məzmununun aydınlaşdırılmasını tələb edir.  Metaforik

ifadələri işlədərkən elə obrazları axtarıb tapmaq tələb olunur ki, 

bu obraz ümumi fikri adekvat ifadə edə bilsin.

Nəzəri obrazlar ya hafizədən əldə edilir,  ya da təxəy-

yüldən yaradıcılıqla yaradılır.  Ədəbiyyat,  incəsənət yaradıcı

əmək adamları belə obrazlı təfəkkürə malikdir.

Nəzəri anlayışlar və nəzəri obrazlı təfəkkür yanaşı


309

mövcuddur.  Onlar bir-digərini qarşılıqlı tamamlayır,  qarşılıqlı

əlaqədə olan varlığın müxtəlif tərəflərini aşkarlayır.  Nəzəri

anlayışlar təfəkkürü mücərrəd olsa da, gerçəkliyi ümumiləşmiş, 

həm də daha düzgün əks etdirir.

Əyani-obrazlı təfəkkür zamanı fikri proseslər fikirləşən

insanın ətraf aləmi qavraması ilə birbaşa bağlıdır və onsuz icra

olunmur.  Fikir hissi – əyani olaraq,  insanı gerçək aləmə

bağlayır. Qısamüddətli və operativ hafizədə təmsil olunan ob-

razlar təfəkkür üçün zəruridir.

Təfəkkürün bu növündən istifadə etdikdə adam qavradığı

cisim və hadisələrin,  icra etmiş olduğu praktik işin surəti

əsasında fikirləşir.  Təfəkkürün bu növü bağça yaşlı uşaqlarda

özünü qabarıq şəkildə göstərir.

Nəzəri obrazlı təfəkkür obrazları uzunmüddətli hafi-

zədən əldə edir,  sonra dəyişdirir.  Bu təfəkkür forması mək-

təbəqədər və kiçik məktəb yaşlı uşaqlara xasdır.  Praktik

fəaliyyətlə məşğul olan yaşlı insanlara da bu təfəkkür növü

xasdır.


Əyani-əməli təfəkkürün xüsusiyyəti ondan ibarətdir ki, 

təfəkkür prosesləri praktik dəyişdirmə fəaliyyəti xarakteri

daşıyır və insan onu real predmetlərlə icra edir.  Məsələ həlli

zamanı əsas şərt müvafiq predmetlərlə uyğun iş görməkdir. 

Adətən bu cür təfəkkür konkret praktik fəaliyyətdən kənara

çıxa bilmir, həmin fəaliyyətin icrası prosesində baş verir. Ona

görə də bu cür təfəkkürü eyni zamanda praktik təfəkkür də

adlandırırlar.  Bəşəriyyətin tarixi inkişafı prosesində birinci

növbədə əyani-əməli (praktik)  təfəkkür özünü göstərir.  Üç

yaşına qədərki uşaqlarda da təfəkkür əsasən əyani əməli xarak-

ter daşıyır.  Bu təfəkkür növü istehsal proseslərində çalışan

adamlara da məxsusdur və nəticəsi konkret məhsulun

hazırlanmasından ibarətdir.,

Mücərrəd (məntiqi)  təfəkkür təfəkkürün ən yüksək

inkişaf etmiş növüdür.  Adətən məktəb yaşı dövründə praktik

təcrübə əsasında,  ilk dəfə sadə şəkildə olsa da,  mücərrəd


310

təfəkkür yaranır və inkişaf edir.  Mücərrəd təfəkkür mücərrəd

məfhumlara istinad

edən təfəkkür olmaqla,  mücərrəd

məfhumlar, hökmlər əsasında baş verir.

Qeyd etmək lazımdır ki,  adını saydığımız təfəkkür

növləri eyni anda baş verir və inkişafın səviyyələri kimi özünü

biruzə verir.

Nəzəri və praktik təfəkkürün fərqi ondan ibarətdir ki, on-

lar praktika ilə müxtəlif cürə bağlıdır.  Praktik təfəkkürün işi

xüsusi konkret məsələ həllinə yönəlir,  nəzəri təfəkkür isə

ümumi qanunauyğunluqların həllinə istiqamətlənir.



IV.11.5. Təfəkkürün formaları

Təfəkkürün üç forması vardır:  məfhumlar,  hökmlər, 



əqli nəticə.

Məfhum (anlayış)  – cisim və hadisələrin mühüm,  əsas

əlamətlərə görə əks etdirilməsindən ibarət təfəkkür formasıdır. 

Məsələn,  «mübtəda»  məfhumuna cümlədə kimin və ya nəyin

haqqında danışıldığını bildirmək əsas əlamət kimi daxildir. 

Məhz həmin əlamət mübtədanı digər cümlə üzvlərindən

fərqləndirir.

Məfhumlar xüsusi,  ümumi, konkret və mücərrəd ola bi-

lir. Xüsusi məfhumlar tək, xüsusi bir cismə və ya hadisəyə aid

olur.

Məsələn,  «Günəş»,  «Bakı»  məfhumları

xüsusi

məfhumlardır. Bu cür məfhumların altında biz yalnız bir əşyanı



və ya hadisəni başa düşürük.

Ümumi məfhumlar bir qrup cisim və ya hadisəyə xas

olan mühüm əlaməti əks etdirir. Məsələn,  «tələbə» məfhumu

ümumi məfhumdur.  Həmin məfhum altında gələcəyin

mütəxəssisi kimi hazırlanan insanları başa düşürük.

Konkret məfhumlar bilavasitə qavranıla bilən, arxasında

əşya təsəvvür olunan məfhumlardır. Məsələn,  «ev»,  «ağac» 

məfhumları konkret məfhumlardır.  Mücərrəd məfhumlar isə



311

bilavasitə qavranıla bilməyən və arxasında əşya təsəvvür

olunmayan məfhumlardır, məsələn «sevinc», xoşbəxtlik» və s.

Məfhumlar çoxlu qarşılıqlı keçidlərlə təsəvvürlərlə

bağlıdır və eyni zamanda ondan əhəmiyyətli dərəcədə fərqlənir. 

Onlar psixoloji ədəbiyyatlarda eyniləşdirilsələr də,  gerçəkliyi

inikas etdirmək xüsusiyyətlərinə görə biri digərindən fərqlənir. 

Təsəvvürlər

obrazlı – əyanidir,  bilvasitə verilmiş

informasiyaları qavrayışda inikas etdirir.  Real təfəkkür

proseslərində təsəvvür və anlayışlar bəzi vahidliklə verilir. 

Əyani – obraz təsəvvürlər təfəkkür proseslərində daha çox

sxematikləşir və ümumiləşir.  Bu sxematikləşmə təsəvvür

əlamətlərinin

birləşməsinə

uyğun

gəlmir. 


Təsəvvür

obrazlarında predmetin əyani əlamətləri ön planda özünü

göstərir.  Buna baxmayaraq anlayış və təsəvvürlər qarşılıqlı

əlaqəlidir və biri digərinə keçir.

Təsəvvürlərin məzmun obrazlarının zəruri olaraq

dəyişmələri fikri proseslərə qoşularaq, sxematikləşmiş və daha

çox ümumiləşmiş tam bir pilləvari iyerarxiya yaradır və

anlayışlara keçir.  Təsəvvürlərin özlərinin anlayışa keçmək

meyillidir. Belə ki, təkcədə ümumi, hadisədə mahiyyət, obraz-

da – anlayış əks olunur.

Digər tərəfdən anlayışlar təfəkkürünün insan şüurundakı

axarı


həmişə

təsəvvürlərlə

bağlıdır,  amma

anlayışlar

təfəkkürünün axarı təsəvvürlərə müvafiq gəlmir,  çünki belə

təfəkkür ona aid olan təsəvvürlərlə əlaqədardır.  Təsəvvürlər

təfəkkür proseslərində həddən artıq parçalanmış,  fraqmentar

halda daxil edilir.  Təsəvvürlər,  əyani obrazlar adətən,  təkcə, 

anlayış isə ümumi ifadə olunur.  Məfhum (anlayış)  və

təsəvvürlər gerçəkliyin müxtəlif qarşılıqlı əlaqələri olan

tərəflərini inikas etdirir.

Məfhum və təsəvvürlər çətinliklər zamanı xüsusilə aşkar

bir yerdə iştirak edir. Çətinliklə üzləşən insan fikirləşərkən  tez-

tez təsəvvürlərə müraciət edir,  fikri əşyalarla birləşdirir,  fikri

müşayət edən əyani material fikri proseslərə cəlb edilir. 


312

Əyanilik prinsipi təlim prosesində sadəcə didaktik priyom

deyil,  o,  həm də fikri proseslərin təbiətinin psixoloji əsasıdır. 

Məfhumlar (anlayışlar)  keyfiyyətcə təsəvvürlərdən fərqlidir, 

təsəvvürlər obrazlarla fərdi şüurda yaranır,  anlayışlar sözlərlə

vasitəli yaranır və tarixi inkişafın məhsuludur.



Hökmlər - fikri proseslərin baş verdiyi əsas akt və ya

formadır.  Fikirləşmək hər şeydən əvvəl hökm verməkdir.  Hər

hansı fikri proses hökmlərdə ifadə olunur.  Hökmlər insanın

gerçək

dünyanı


onun

xüsusiyyətlərində, 

əlaqə



münasibətlərində



inikas

etdirən


dərk

etmənin


xüsusi

formasıdır.

Hökmlərdə cisimlər,  hadisələr arasında

müəyyən


əlaqənin olduğu,  eləcə də cismin,  hadisənin

müəyyən


keyfiyyətə malik olduğu təsdiq və inkar edilə bilər.  Bu

baxımdan hökmlər iqraıi və inkarı olmaqla iki yerə bölünür. 

Məsələn,  «Bu kitab maraqlıdır»  dedikdə kitabda maraqlılıq

keyfiyyətinin olduğunu təsdiq edirik.  «Bu tələbə çalışqan

deyil»  dedikdə isə tələbədə çalışqanlıq əlamətinin olmadığını

göstəririk.  Ona görə də birinci hökm iqrarı,  ikinci hökm isə

inkarı hökmdür.

Hökmlər ümumi, xüsusi və fərdi də ola bilirlər. Ümumi

hökmlərdə eyni sinfə,  qrupa aid olan bütün cisim və

hadisələrdə müəyyən bir cəhət ya təsdiq,  ya da inkar olunur. 

Xüsusi hökmlərdə isə iqrari və ya inkar bütün cisim və

hadisələrə    deyil,    onlardan bəzilərinə aid edilir.  Fərdi

hökmlərdə isə iqrar və ya inkar yalnız bir cisim və ya hadisəyə

aid olur.

Bütün bunlarla yanaşı hömlərin şərti, təqsimi, zərurət və

s. növləri də vardır.

Psixoloji planda hökmlər – subyektin hərəkətidir, müəy-

yən məqsəd və motivlə bağlıdır,  insanı nəyisə düşünməyə və

hansı qərarı isə qəbul etməyə təhrik edir.  Hökmlər fikri

fəaliyyətin

nəticəsidir, 

fikirləşən

insanın


müəyyən

münasibətlərinin

fikrin

predmetinə



olan

münasibətidir. 



313

Hökmlər hərəki xarakter daşıyır,  özündə sosial aspekti ehtiva

edir.

Hökmlərin sosial aspekti onun strukturunu şərtləndirir, 



onun az və ya çox dərəcədə mürəkkəbliyi digər fikirlərə

münasibəti ilə şərtlənib.

Hökmlər ilk dəfə olaraq hərəkətdə formalaşır. Hər hansı

hərəkət seçici xarakter daşıdığından,  o nəyi isə təsdiq,  inkar

etdiyindən praktik əhəmiyyət daşıyır.  Subyektin obyektə və

digər adamlara münasibətlərini ifadə etdiyindən hökmlər

emosionallıqla zəngindir. Hökmlərdə şəxsiyyət aşkar olunur, o, 

həmçinin iradi aktı ifadə edir.

Hökmlərdə digər insanlara qarşı olan münasibət real

aləmə idraki münasibət əsasında müəyyənləşir. Hökmlərdə eh-

tiva olunmuş vəziyyət obyektiv olaraq həqiqətdir və ya

yalandır,  bu isə obyektiv gerçəkliyi inikas etdirməsindən

asılıdır.

Hər hansı hökmlər həqiqətə istiqamətlənib,  lakin hər

hansı hökm özlüyündə şərtsiz həqiqət deyil.  Mühakimə hökm

üzərində fikri işdir və həqiqətin yoxlanılmasına istiqamətlənib. 

Hökmlər mühakimənin həm çıxış,  həm də son nöqtəsidir.  Bu

və ya digər halda hökmlər və həqiqətin təntənəsi üçün biliklər

sisteminə qoşularaq ayrıca olmaqdan qurtulur.  Mühakimələr

əqli nəticə forması olaraq çıxış etdiyi hökmlər sistemini açır.



Əqli nəticə

vahid məqsədə tabe olan,  bir sıra



əməliyyatları özündə ehtiva edən az və ya çox dərəcədə

mürəkkəb fikri fəaliyyətə deyilir.  Əqli nəticə prosesində

təfəkkürdə vasitəli hərəkətlər xüsusi rol oynayır. Əqli nəticədə

və ya yekun hökmlərdə əldə olan biliklər əsasında yeni

biliklərə yiyələnmək olur,  biliyə bilik vasitəsi ilə yiyələnilir, 

bilavasitə təcrübənin hesabına yeni biliklər mənimsənilir,  ob-

yektiv bilik prosesin son nəticəsi kimi meydana çıxır.  Əqli

nəticənin əsas qiyməti bundadır. Fikri akt kimi əqli nəticə üçün

aşağıdakılar əhəmiyyət kəsb edir.  Assosiativ prosesdən əqli

nəticənin fərqi ondadır ki,  nəticəyə aid etdiyimiz münasibət


314

predmetin obyektiv məzmununu açır.  Predmetin obyektivliyi

hökmlərlə təfəkkürə daxil edilir və bu məlumatlar bizə

qavrayışdan verilə bilər.

Əqli nəticə prosesində psixoloji planda 3  əsas halı

fərqləndirmək lazımdır. Birincisi, çıxış halı əyani təsəvvür olu-

nur və ya yeni münasibətlər əyani təsəvvürlərdə açılır.  A-nın

B-dən böyük olması obrazlar şəklində təsəvvür olunur. İkincisi,

eyni münasibətləri əyaniliyə müraciət etmədən ancaq

anlayışların köməyi ilə ifadə etmək olar.  Bu halda nəticə for-

mal əməliyyat deyil, bu əqli nəticənin qurulduğu xüsusiyyət və

münasibətlərin məzmununun əhəmiyyətli tərəfləridir,  konkret

məzmunla müəyyənləşən qanunauyğunluqlardır.  Üçüncüsü,

müvafiq


əlaqələr,  aşağı

yuxarı,  böyük



kiçik


möhkəmlənərək informasiya dayaqlarından nəticəyə icra oluna

bilir


əsasən


bu

hal


assosiativ

olaraq


nitqin  

avtomatlaşmasına tabe olur.

Əyani sxemlər əqli nəticə proseslərində əhəmiyyətli rol

oynayır.  Sadə əqli nəticə proseslərində şeylərin faktiki

vəziyyəti ilə bağlı sxematik təsəvvürlər əmələ gəlir, ondan isə

öz növbəsində nəticənin yeni məzmunu yaranır.



Əqlinəticə bir və ya bir neçə hökmə əsasən yeni hökmün

çıxarılmasından ibarət təfəkkür formasıdır.  Məsələn,  «ikinci

kursun bütün tələbələri təşəkkür aldılar»  və «Təranə də ikinci

kurs tələbəsidir»  hökmlərinə əsasən «Təranə də təşəkkür

almışdır» hökmünü çıxarırıq.

Əqlinəticənin üç əsas növü qeyd olunur:  induktiv,  de-

duktiv əqlinəticə və analogiya (təşbeh).

İnduktiv əqlinəticə xüsusi hallardan,  misallardan

(hökmlərdən) ümumi nəticə çıxarmaqdan ibarətdir. Məsələn, 

dəmirin, misin, poladın, gümüşün və s.istidən genişləndiyini və

onların metal olduğunu müəyyənləşdirmək əsasında «Bütün

metallar istidən genişlənir» hökmünü çıxarırıq.



Deduktiv əqlinəticə isə ümumi hallardan,  misallardan

(hökmlərdən)  xüsusi nəticə çıxarmaqdan ibarətdir.  Məsələn, 

315

«Bütün xüsusi isimlər yazıda böyük hərflə başlayır».  «Bakı» 

xüsusi isimdir» hökmlərinə əsasən «Deməli, Bakı böyük hərflə

yazılır» nəticəsini çıxarırıq.



Analogiyaya gəldikdə bu zaman ayrı-ayrı hallardan

bənzətmə üzrə nəticə çıxarılır.



IV.11.6. Təfəkkürün fərdi xüsusiyyətləri

Adamların hamısında təfəkkür eyni şəkildə inkişaf etmir. 

Təfəkkürün prosesləri, formaları və növləri ayrı-ayrı adamlarda

müxtəlif nisbətdə təzahür edir. Bunlarla yanaşı olaraq

adamlar ağlın keyfiyyətləri nə görə bir-birlərindən daha çox

fərqlənirlər.  Buraya ağlın dərinliyi,  çevikliyi,  müstəqilliyi, 



tənqidiliyi və s. Aid etmək olar.

Ağlın dərinliyi cisim larda.  və hadisələr arasındakı və

onların daxilindəki Ən əsas,  başlıca əlamətləri tapmaq

bacarığından ibarətdir.  Dərin ağla malik olan Adam zəruri

sualları qoymaqla hadisənin mahiyyətini aça bilir,  cisim və

hadisələri dərindən və hərtərəfli öyrənir.  Bu cür adamlar əsas

cəhətləri ikinci dərəcəli cəhətlərdən ayıra bilirlər. Lakin ağıl

dayaz olduqda belə adam öyrəndiyi faktlarda Ən zəruri,  əsas

cəhəti aşkara çıxara bilmir,  formal,  zahiri cəhətlərə istinad

etdiyinə görə onun fikirlərində dərinlik olmur.

Ağlın çevikliyi də insan üçün zəruri olan müsbət

keyfiyyətlərdəndir.  Bu keyfiyyət xüsusilə insandan Ani bir

vaxtda qərar qəbul etmək lazım gəldikdə tələb olunur.  Ona

görə də həmin keyfiyyətə malik olan adam düşdüyü vəziy-

yətdən baş çıxarmağı, dərhal qərar qəbul etməyi bacarır. Ağlın

çevikliyi və dərinliyi birləşdikdə insanda ağlın itiliyi keyfiy-

yətinin meydana gəlməsinə səbəb olur.

Ağlın müstəqilliyi yeni sual və problemləri irəli sürə

bilmək, onu müstəqil olaraq öz gücü ilə həyata keçirməyi ba-

carmaqdan ibarətdir.  Təfəkkürün yaradıcılıq xüsusiyyəti məhz


316

bu cür müstəqillikdə öz əksini tapır.  Həmin keyfiyyətə malik

olan adamlar başqalarından asılı olmur, onların öz düşüncə, fi-

kir tərzləri mövcud olur.



Ağlın tənqidiliyi keyfiyyətinə gəldikdə bu insanın öz

idrak obyektlərinə tənqidi yanaşmaq bacarığında ifadə olunur. 

Ağlın tənqidiliyi keyfiyyətinə malik olan adamlar duyub

qavradıqları cisim və hadisələr arasındakı yğunsuzluğu asan-

lıqla görə bilir və bununla əlaqədar olaraq öz fikirlərini

əsaslandıra bilirlər. 



Özünü yoxlamaq üçün sual və tapşırıqlar

1.Təfəkkür nəyə deyilir?

          2.Təfəkkürlə hissi idrak arasında əlaqəni şərh edin.

          3.Hissi idrakla məntiqi idrak arasındakı fərqlər nədədir?

          4.Təfəkkürün ümumi xarakteristikasını şərh edin.

          5.Fikri proseslər hansılardır? Onları şərh edin.

          6.Təfəkkürün formaları hansılardır? Onlar haqqında ayrı-

ayrılıqda danışın.

           7.Təfəkkürün növlərini şərh edin.

           8.Ağlın keyfiyyətləri dedikdə nəyi başa düşürsünüz? 

Onları ayrı-ayrılıqda şərh edin.

Referat, məruzə və müstəqil tədqiqat üçün mövzular

1Təfəkkür və məsələ həlli.

2. Yaradıcı təfəkkürün psixologiyası.

3. Ağlın keyfiyyətləri və onların inkişafı vasitələri.

4. Təfəkkür proseslərinin qarşılıqlı əlaqəsi.

5. Dil və təfəkkürün qarşılıqlı əlaqəsi.



Ədəbiyyat

Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya, 2-ci nəşri –

Bakı, 2002 səh.326-357



317

Bayramov Ə.S. Şagirdlərdə əqli keyfiyyətlərin inkişaf

xüsusiyyətləri. – Bakı, 1987



Əlizadə Ə.Ə. Müasir Azərbaycan məktəbinin psixoloji

problemləri. – Bakı, 2004 səh 37-90



Qədirov Ə.Ə. Uşaqlarda idrak proseslərinin inkişafı. –

Bakı, 1970

Vozrastnıe i individualğnıe osobennosti obaznoqo

mışleniə. – M, 1989



Qalğperin P.Ə. Kotin N.R. K psixoloqii tvorçeskoqo

mışleniə//  Voprosı psixoloqii.  – 1982.  - №5, 

s.80-84

Qleytman Q.  ,  Fridlund A.,  Raysberq D. Osnovı

psixoloqii.  – Sankt-Peterburq,  2001.  s.349-

399; 449-458

Luriə A.R. Əzık i mışleniə. – M., 1979

Mayers D.  Psixoloqiə.  – Minsk.  2001.  s.  28-67;  412-

449


İssledovaniə reçevoqo mışleniə v psixolinqvistike.  –

M., 1976


Slobin D., Qrin Dj. Psixolinqvistika. – M., 1976

Xomski Noam. Dil və təfəkkür. – Bakı, 2006

Davıdov V.V. Vidı obobheniə v obuçenii. – M., 1972

Tixomirov O.K. Psixoloqiə mışleniə. – M., 1984. s.6-

33; 87-100; 107-210

Xrestomatiə po obhey psixoloqii. Psixoloqiə mışleniə. / 

Pod red.  Ö.B.Qippenreyter,  V.V.Petuxov.  –

M.1981

Rubinşteyn S.L. Osnovı obhey psixoloqii.  T.1.  – M., 

1989, s.360-400



Rubinşteyn S.L. O mışlenii i putə eqo issledovanii.  –

M., 19


318

12-ci FƏSİL

  

TƏXƏYYÜL VƏ YARADICILIQ

Q ı s a   x ü l a s ə

         Təxəyyül haqqında anlayış. Təxəyyül ali psixi  funksiya kimi. 

Təxəyyül və digər psixi proseslər.  Təxəyyülün fizioloji əsasları. 

İnsanın həyat və fəaliyyətində təxəyyülün əhəmiyyəti. Autotreninqdə

və psixoterapiyada təxəyyüldən istifadə olunması.



Təxəyyülün növləri.  Passiv və fəal təxəyyül;  xülya,  röya, 

bərpaedici və yaradıcı təxəyyül,  onların başlıca xüsusiyyətləri. 

Xəyal.

Təxəyyül surətlərinin yaradılması prosesi.  Təxəyyül

surətlərinin yaradılmasının təhlil və tərkib xarakteri.  Təxəyyül

surətlərinin yaradılmasında istifadə olunan tərkib üsulları:  aqqlyuti-

nasiya, hiperbolizasiya, nəzərə çarpdırılma.       



Təxəyyül və oyun. Uşaqlarda təxəyyülün inkişafında oyunun

rolu.  Oyun zamanı uşaq təxəyyülünün yaradıcı funksiyasının yeri. 

Oyun prosesində uşaq fantaziyasının xüsusiyyətləri.

Təxəyyül və yaradıcılıq. Təxəyyül və yaradıcılığın qarşılıqlı

əlaqəsi. Ədəbi – bədii yaradıcılıqda təxəyyülün yeri.

                                               

      

IV. 12.1.  Təxəyyül haqqında anlayış

İnsan nəinki duyğu üzvlərinə bilavasitə təsir edən cisim

və hadisələri  qavrayaraq, yaxud keçmişdə qavradıqlarını yada

salaraq onların surətlərini beyində yaradır, həm də heç zaman

bilavasitə qavramadığı,  hətta heç mövcud olması mümkün ol-

mayan cisimlərin, hadisələrin surətlərini də beyində yarada bi-

lir.  İnsanın psixikası ilə bağlı olan bu proses təxəyyül,  yaxud

fantaziya adlanır.



Təxəyyül insanın qavrayışı və hafizəsi ilə bağlı

319

təsəvvürlərin yenidən işlənməsi, yeni qaydada birləşdirilməsi

əsasında yeni surətlərin yaradılmasından ibarət olan psixi

prosesə deyilir.

Təxəyyül ali psixi funksiyalardan biri kimi diqqəti cəlb

edir.  İnsan təlim və əmək fəaliyyətində təkcə öz yaddaşına

əsaslanmır.  O,  öz fəaliyyətinə yaradıcı şəkildə yanaşır, 

yaddaşında olan təsəvvürləri dəyişdirir,  yeni qaydada

birləşdirir, yeni  surətlər yaradır və fəaliyyət göstərir. Yeninin

yaradılması ilk əvvəl ideal şəkildə,  fikirdə həyata keçirilir və

sonra maddi,  əməli şəkildə reallaşdırılır.  İnsanın öz

təsəvvürlərinin

ideal


şəkildə

fikirdə


birləşdirilməsi, 

dəyişdirilməsi və bu əsasda yeni surətlərin yaradılması

təxəyyül prosesidir.

Təxəyyül bir sıra özünəməxsus xüsusiyyətləri    ilə digər

psixi proseslərdən fərqlənir.  Bildiyimiz kimi duyğu,  qavrayış, 

hafizə,  hətta    təfəkkür kimi psixi proseslərin elementləri hey-

vanlarda da bu və ya başqa şəkildə özünü göstərir.  Təxəyyül

isə bir psixi proses kimi ancaq insana məxsusdur. 

Təxəyyülün köməyi ilə insan nəyi isə yaradır,  özünün

fəaliyyətini planlaşdırır və onu idarə edir.  Demək olar ki, 

bəşəriyyətin yaratdığı maddi və mənəvi dəyərlər insan

təxəyyülünün məhsuludur.  Təxəyyül insanı hal-hazırdakı

vəziyyətdən kənara çıxarır,  ona keçmişi daha əyani şəkildə

görməyə kömək edir,  onu gələcəyə aparır.    İnsan öz təxəyyül

fəaliyyətinin vasitəsilə ayrı - ayrı    orqanlarının fəaliyyətinə

təsir edə bilir.  Bunu autotreninq təcrübələrində aydın şəkildə

görmək mümkündür.  Təxəyyül fəaliyyətindən istifadə edərək

xəstəliyin müalicəsinə təsir göstərmək, başqa sözlə, psixotera-

piyada təxəyyül obrazlarının yaradılmasından geniş istifadə

edilir.   

Təxəyyül bir psixi proses kimi qavrayış,  hafizə və

təfəkkür prosesləri arasında aralıq mövqe tutur. 

Təxəyyül fəaliyyəti zamanı bizim yaratdığımız surətlər, 

hətta onlar fantastik mahiyyətə malik olduqda belə, onun ayrı-



320

ayrı elementləri həyatdan, keçmiş qavrayışlarımızdan, yaddaşı-

mızdan götürülmüş olur.                                                                                                                             

Təxəyyülün təfəkkürlə əlaqəsi onda ifadə edilir ki, 

təxəyyül də varlığın özünəməxsus şəkildə inikasıdır.  Lakin

təfəkkür bir psixi proses kimi varlığı,  aləmi anlayışlarla

əməliyyat aparmaq vasitəsi    ilə əks etdirirsə,  təxəyyül varlığı

konkret obrazlı formada əks etdirir.  Biz bu cəhəti alimin və

yazıçının fəaliyyətində aydın şəkildə görə bilərik.  Alim də, 

yazıçı da varlığı əks etdirir, lakin biri məntiqi dəlillərlə, sübut-

larla, digəri isə təxəyyülün köməyi ilə, yaratdığı obrazlarla.

       Təxəyyül bir psixi proses kimi, təbii ki, müəyyən fizioloji

proseslərlə, beyinin fəaliyyəti ilə bağlıdır. Burada ilk növbədə

insan beyninin analitik-sintetik fəaliyyəti mühüm əhəmiyyət

daşıyır. 

Belə ki, insan öz praktik, əməli fəaliyyətində varlığın ci-

sim və hadisələrini tərkib elementlərinə ayırır.

Məhz bu elementlər sonradan başqa bir,  yeni qaydada

birləşdirilir,  yeni surətlər yaradılır.  Varlıq,  aləm bu surətlərdə

əks etdirilir.

Təxəyyül

surətlərinin

yaranmasının

fizioloji

mexanizmində əvvəllər beyində yaranmış müvəqqəti sinir

rabitələrinin yenidən,  yeni qaydada birləşməsi və canlanması

dayanır.

Əlbəttə yeni birləşmələrin,  assosiasiyaların yaranması

üçün mövcud, əvvəlki rabitələrin dissosiasiyası zəruridir.

Nəzərə alsaq ki,  təxəyyül ali psixi    funksiyadır,  demək, 

təxəyyülün fizioloji mexanizmində baş beyin yarımkürələri

qabağında  gedən proseslər dayanmalıdır. Lakin psixoloqlardan

R.S.Nemovun dediyi    kimi,  baş-beyin qabığının    təxəyyüllə

bağlı olan fəaliyyəti lazımi dərəcədə öyrənilməmişdir. Son za-

manlarda təxəyyül fəaliyyətinin beynin aşağı    şöbəsinin

fəaliyyəti ilə bağlılığı barədə fərziyələr irəli sürülmüşdür.  Bu

sahədə aparılan tədqiqatlar da bu fərziyyənin doğruluğunu


321

sübut edir.  Belə ki,  beynin aşağı şöbəsində yerləşən hipotali-

mik- limbik sistemdə zədələnmə əmələ gəldikdə psixikada xa-

rakterik pozğunluqlar özünü göstərir.  Bu pozğunluqlar onda

ifadə edilir ki,  xəstə özünün      davranışını planlaşdıra bilmir. 

Nəzərə alsaq ki,  insanın öz davranışını planlaşdırması və onu

idarə etməsi təxəyyül fəaliyyəti ilə bağlıdır, onda hipotalamik-

limbik sistemin təxəyyül fəaliyyətində oynadığı rol aydın olur.

Təxəyyül fenomen xüsusiyyətlərə malik psixi prosesdir. 

Burada qeyri-adi olan odur ki,  təxəyyül obrazları beyində

gedən fizioloji proseslərin nəticəsində yaranırsa da, bu obrazlar

yarandıqdan sonra  orqanizmdə gedən digər fizioloji proseslərə

təsir edə bilir.

Bu fikri təsdiq etmək üçün psixoloji    ədəbiyyatda belə

misallardan istifadə edilir.  Məşhur yazıçı Floberin özünün

yazdığı  kimi  o, «Xanım Bavari» romanının qəhrəmanı Bava-

rinin zəhəri içməsi səhnəsini təsvir edərkən    ağzında      zəhər

tamı duyğusu əmələ gəlib. Yaxud, deyilənə görə, Volter hər ili

Varfolomey gecəsinin il dönümündə xəstələnirmiş.  Dini fana-

tizmin qurbanı olmuş minlərlə  günahsız  adamın öldürüldüyü

həmin gün haqqında düşüncələr,  bununla bağlı onda yaranan  

təxəyyül obrazları onun bədənində titrəmənin əmələ gəlməsinə, 

daha sonra, temperaturun qalxmasına, nəbzinin döyüntülərinin

çoxalmasına səbəb olarmış.

Bəzən,  həkimin ehtiyatsızlıqla xəstəyə dediyi sözün

nəticəsində xəstə təxəyyülündə özünü ağır xəstəliyə tutulmuş

insanın obrazı kimi    canlandırır ki,  bu da bu xəstəliklə bağlı

simptomların həqiqətən həmin xəstədə təzahür etməsinə səbəb

ola bilir.

Nəhayət,  təxəyyül obrazlarının fizioloji proseslərə təsiri

ilə bağlı ideomotor aktlar haqqında da danışmaq olar.

Volf    Messinqin,  Tofiq Dadaşovun məlum təcrübələrini

yadımıza salaq. Onlar gizlədilmiş cismi tapa bilirlər. Ona görə

tapa bilmirlər ki, həmin cismi gizlədən adam təxəyyülündə öz

işinin obrazını yaradır.  Təxəyyül obrazları da öz növbəsində


322

həmin şəxsin ayrı-ayrı üzvlərinə, onların fəaliyyətinə təsir edir

və hərəkət aktları törədir.  Bunlara idiomotor aktlar deyilir. 

Fövqəladə dərəcədə həssaslığa malik olan ekstrasens idiomotor

aktların çox incə siqnallarını tutur və nəticədə gizlədilmiş cismi

tapa bilir.

Təxəyyüldən psixoterapiyada da  geniş istifadə olunur və

müəyyən    psixoloji gərginliyin aradan qaldırılmasına imkan  

verir.

Təxəyyül çox mürəkkəb psixi prosesdir. Heç şübhəsiz ki, 



onun fizioloji əsası ilə bağlı hələ öyrənilməmiş xeyli məsələlər

mövcuddur.       



Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin