Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə32/49
tarix21.04.2017
ölçüsü3,93 Mb.
#15152
1   ...   28   29   30   31   32   33   34   35   ...   49

Yaş dövrləri

Kişi cinsi

Qadın cinsi

Yeni doğulan

1-10 gün

Südəmər uşaq

10 gün - bir il

Erkən uşaqlıq

1-2 il

Uşaqlığın ilk dövrü



3-7 il

Uşaqlığın ikinci dövrü

8-12 il

8-11 il


Yeniyetməlik dövrü

13-16 il


12-15 il

Gənclik dövrü

17-21 il

16-20 il


Orta yaş:

Birinci mərhələ

22-35 il

21-35 il


İkinci mərhələ

36-60 il


36-55 il

Yaşlı adamlar

61-75 il

56-75 il


Qocalıq yaşı

76-90 il


Uzunömürlülük

90 ildən yuxarı



VI.18.4. Müasir pedaqoji psixologiyanın əsas problemləri, 

vəzifələri və bölmələri

Müasir dövrdə gənc nəslin təlim və tərbiyəsi pedaqoji

psixologiyanın qarşısında mühüm nəzəri və praktik əhəmiyyətə

malik olan problemlərin həlli vəzifəsini qoyur.  Həmin

problemləri həll etmədən və onlardan irəli gələn vəzifələri

həyata keçirmədən pedaqoji psixologiya lazım olan səviyyəyə

qalxa bilməz.

Elm və texnikanın durmadan inkişaf etdiyi və

mənimsənilməsi zəruri olan məlumatların artdığı müasir

dövrdə pedaqoji psixologiyanın qarşısında duran ən mühüm

problemlərdən biri uşaqların həyatının hər bir senzitiv

dövrünü aşkara çıxarmaq və həmin dövrdə onların inkişafı

üçün lazım olan bütün imkanları müəyyənləşdirmədən

ibarətdirPsixoloqlar bu məsələnin pedaqoji psixologiya üçün


428

problem məsələ olduğunu onda görürlər ki,  hər şeydən əvvəl, 

uşaqlarda şəxsiyyətin və əqli inkişafın bütün senzitiv

mərhələləri,  onların başlanğıcı,  davamlılığı və sonu hələ də

məlum deyildir.  Digər tərəfdən,  hər bir uşağın həyatında bu

mərhələlərin təzahürü fərdi xarakter daşımaqla,  müxtəlif

vaxtlarda özünü göstərir və müxtəlif şəkildə cərəyan edir.

Pedaqoji psixologiyanın həll etməli olduğu problem-

lərdən biri də təlim və inkişafın qarşılıqlı əlaqəsini aşkara

çıxarmaqdan

ibarətdir.

Uzun


müddətdən

bəri


dünya

psixoloqlarının diqqətini cəlb edən bu problem hələ də

pedaqoji psixologiyanın əsas problemlərindən biri kimi qalır.

Pedaqoji psixologiyanın həll etməli olduğu başqa bir

problem təlim və tərbiyənin ümumi və yaşla bağlı olan

cəhətlərinin əlaqəsinin aşkara çıxarılmasından ibarətdir. 

Məlum olduğu kimi,  uşağın hər bir yaş dövrü əqli və şəxsi

inkişaf üçün özünəməxsus imkan yaradır.  Lakin bu sahədə

müəyyən tədqiqatların aparılmasına baxmayaraq hələ də uşaq

həyatının hər bir konkret mərhələsində təlim və tərbiyədən

hansına üstünlük vermək, vahid pedaqoji prosesdə tərbiyəedici

və öyrədici təsirlərin bir-birini tamamlaması üçün hansı

yollardan istifadə etmək özünün əsaslı həllini tapmamışdır.

Pedaqoji psixologiyanın həll etməli olduğu problem-

lərdən biri də uşaqların psixoloji və davranış nöqteyi nəzərdən

inkişafında onların anadangəlmə,  genotipik imkanlarının və

mühitin ayrılıqda və ya birgə təsirinin xüsusiyyətlərini aşkara

çıxarmaqdan ibarətdir.

Pedaqoji fəaliyyətin və müəllim şəxsiyyətinin psixoloji

xüsusiyyətlərinin öyrənilməsi də pedaqoji psixologiyanın həll

etməli olduğu əsas problemlərdəndir.  Pedaqoji fəaliyyətin

psixoloji strukturunu,  müəllim şəxsiyyətinin,  xüsusilə onun

pedaqoji bacarıq və qabiliyyətlərinin,  pedaqoji ünsiyyət və

pedaqoji mərifətin psixoloji xüsusiyyətlərini aşkara çıxarmaqla

pedaqoji psixologiya pedaqoji fəaliyyətin idarə olunmasına

düzgün istiqamət vermiş olur.  



429

Müasir dövrdə pedaqoji psixologiyanın qarşısında duran

və həll edilməsi zəruri olan problemlərdən biri də pedaqoji

cəhətdən baxımsız uşaqlar problemidir. Bu problemlə sıx bağlı

“çətin”  uşaqlar problemi ən ümdə problem kimi diqqəti cəlb

edir.

Son illərdə respublikamızda yaşlı nəsillə birlikdə qaç-



qınlıq həyatı keçirən uşaqların həyatı hamını düşündürür.  Bu

baxımdan pedaqoji psixologiya da kənarda qala bilməz. Bu cür

uşaqların sosial-psixoloji adaptasiyası və psixoloji reabi-

litasiyası probleminin öyrənilməsi ən ciddi problemlərdən

biridir.

Yuxarıda qeyd olunan problemlərin həll edilməsi gənc

nəslin təlim və tərbiyəsi işinə öz önəmli təsirini göstərə bilər.

Bütün qeyd edilənlərdən aydın olur ki,  müasir pedaqoji

psixologiyanın qarşısında mühüm nəzəri və praktik vəzifələr

durur.  Həmin

vəzifələri

həyata


keçirmədən

pedaqoji


psixologiya tələb olunan səviyyəyə qalxa bilməz.

Müasir pedaqoji psixologiyanın nəzəri vəzifələrinə,  hər

şeydən əvvəl,  təlim-tərbiyə prosesində psixi inkişafın

imkanlarını,  təlim və tərbiyənin ümumi psixoloji qanuna-

uyğunluqlarını öyrənməyi aid etmək olar.  Bununla yanaşı

olaraq, pedaqoji psixologiyanın qarşısında duran mühüm nəzəri

vəzifələrindən biri kimi gənc nəslin yüksək elmi dünya-

görüşünə, şüuruna xas olan keyfiyyətlərlə formalaşdırılmasının

ən səmərəli elmi yollarını müəyyənləşdirməyi göstərmək olar.

Müasir pedaqoji psixologiyanın praktik vəzifələrinə

gəldikdə

buraya


təlimin

idarə


olunmasının

psixoloji

məsələlərini,  təlim və əqli inkişafın qarşılıqlı əlaqəsini, 

şagirdlərin bilik,  bacarıq və vərdişlərə yiyələnmə xüsu-

siyyətlərini və s.  öyrənməyi aid etmək olar.  Bununla yanaşı

olaraq,  pedaqoji psixologiya təlim və tərbiyənin motivlərini

aşkara çıxarmaq və müəllimləri bu sahədə zəruri biliklərlə

silahlandırmaq kimi mühüm praktik vəzifəni həyata keçirir.

Pedaqoji psixologiyanın bir-biri ilə sıx bağlı olan


430

bölmələri vardır.  Pedaqoji psixologiyanın həmin bölmələrinə

tərbiyə psixologiyasını,  təlim psixologiyasını,  pedaqoji

fəaliyyət və müəllim şəxsiyyəti psixologiyasını aid etmək olar. 

Bununla yanaşı psixoloji ədəbiyyatın bir çoxunda anomal



uşaqlarla təlim,  tərbiyənin psixologiyasını da pedaqoji

psixologiyanın şöbələrindən biri kimi qeyd edirlər.



Tərbiyə psixologiyası şəxsiyyətin formalaşmasının

psixoloji mexanizmlərini,  tərbiyə işinin    metodları və

formalarının psixoloji əsaslarını, tərbiyəvi tədbirlərin psixoloji

cəhətdən


əsaslandırılmasını, 

şagird


kollektivinin

psixologiyasını, özünütərbiyənin psixoloji əsaslarını, tərbiyənin

idarəolünması problemini, «çətin» uşaqlar, onların davranışının

korreksiyası məsələlərini öyrənir.  Bunların hamısı vahid bir

vəzifəni - şəxsiyyətin formalaşdırılması vəzifəsini yerinə yetir-

məyə yönəlmiş olur.



Təlim psixologiyası təlimin mahiyyəti və psixoloji

qanunauyğunluqlarını,  didaktikanın,  xüsusi metodikaların, 

problemli təlimin,  proqramlaşdırılmış təlimin,  əqli əməliy-

yatların formalaşmasının psixoloji əsaslarını, təlim və inkişafın

qarşılıqlı əlaqəsinin xüsusiyyətlərini, təlim fəaliyyətində müasir

texniki vəsaitlərdən istifadənin psixoloji əsaslarını və s. 

məsələləri tədqiq edib öyrənir.

Pedaqoji fəaliyyət və müəllim şəxsiyyəti psixologiyası

pedaqoji fəaliyyətin psixoloji strukturunu,  müəllim şəxsiyyəti

və onun peşə-psixoloji istiqamətini,  pedaqoji funksiyasının, 

pedaqoji bacarıq, vərdiş və qabiliyyətlərin psixoloji əsaslarını, 

pedaqoji

mərifət


pedaqoji


ünsiyyətin

psixoloji

xüsusiyyətlərini və s. öyrənir.

.

VI.18.5. Yaş və pedaqoji  psixologiyasının tədqiqat



metodları

Yaş

psixologiyasında

istifadə

olunan

tədqiqat

431

metodları kompleksi bir neçə blokdan ibarətdir. Bu metodların

bir qismi ümumi psixologiyadan,  digər qismi differensial

psixologiyadan,  üçüncü qismi sosial psixologiyadan götü-

rülmüşdür.

Uşaqlarda

idrak


proseslərinin

şəxsiyyətin



öyrənilməsi üçün tətbiq olunan bütün metodlar ümumi psixolo-

giyadan götürülmüşdür.  Bu metodlar uşaqların yaşına uy-

ğunlaşdırılmaqla ayrı-ayrı yaş dövrlərində qavrayışın, diqqətin, 

hafizənin,  təxəyyülün,  təfəkkürün

nitqin


inkişaf

xüsusiyyətlərinin öyrənilməsinə yönəldilmişdir.

Differensial psixologiya yaş psixologiyasını uşaqların

fərdi və yaş xüsusiyyətlərini öyrənmək üçün zəruri olan

metodlarla təmin etmişdir.  Bu metodlar içərisində əkizlər

metodu xüsusi yer tutur.

Sosial psixologiyadan götürülmüş metodlardan müxtəlif

uşaq qruplarında şəxsiyyətlərarası münasibətləri,  eləcə də

uşaqlarla yaşlı adamlar arasındakı qarşılıqlı münasibətləri

öyrənmək üçün istifadə olunur.  Həmin metodlar uşaqların

yaşına uyğunlaşdırılmış olur.  Bunlara müşahidə,  sorğu,  in-

tervyu,  sosiometrik metodu,  sosial-psixoloji eksperimenti aid

etmək olar.

Qeyd

olunan


metodların

bəzilərinin

tətbiqi

xüsusiyyətlərinə nəzər salaq.



Müşahidə metodunun müxtəlif variantlarından istifadə

olunması uşaq haqqında kifayət qədər əsaslandırılmış məlumat

əldə etməyə imkan verir. Hər cür müşahidəni məqsədəyönəlmiş

və müvafiq proqrama, plana uyğun şəkildə aparmaq lazımdır. 

Müvafiq nəticə əldə etmək üçün müşahidəni müntəzəm

aparmaq tələb olunur.  Uşaqlar çox sürətlə inkişaf edirlər. 

Onların psixologiyası və davranışı sürətlə dəyişir. Ona görə də

uşağın yaşından asılı olaraq müşahidələr arasındakı fasilə də-

yişməli olacaqdır.  Məsələn,  yeni doğulmuş uşaq üzərində hər

gün,  2-3  aylıqdan bir yaşa qədər dövrdə hər həftə,  1-3  yaşlı

uşaqlarda hər ay, bağça yaşlı uşaqlarda ildə ən azı iki dəfə və s. 


432

müşahidə aparmaq lazım gəlir.  Uşaqlar üzərində müşahidənin

gizli təşkil edilməsi,  uşağın bunu hiss etməməsi daha dəqiq

nəticə əldə etməyə imkan verir.

Müşahidənin bir növü kimi "ana gündəlikləri”ndən

istifadə də səmərəli nəticə verir.

Çox vaxt uşaqlarla aparılan şifahi və yazılı sorğu

zamanı bir sıra çətinliklərlə rastlaşmaq olur. Bəzən uşaqlar ona

verilmiş sualı o qədər də düzgün başa düşmürlər. Ona görə də

sorğu zamanı uşağın ona verilən sualı nə qədər düzgün başa

düşdüyünü müəyyənləşdirmək lazımdır.

Uşaqlarla aparılan tədqiqat işində uşağın psixologiyası

və davranışı barədə daha düzgün məlumatlar əldə etmək üçün

eksperiment daha səmərəli metodlardan biri hesab olunur. 

Eksperimentlərin daha səmərəli olması üçün onların təbii şə-

raitdə,  oyun və təlim fəaliyyətində aparılması zəruridir.  Bu

zaman uşaqları eksperimentin gedişinə maraqlandırmaq

lazımdır.

Testləşdirmənin tətbiqi zamanı da uşaqların bu işdə

iştirakının stimullaşdırılması zəruridir. Bunun üçün Kettelin və

Vekselerin testlərinin uşaq variantlarından və sosiometrik testin

bəzi formalarından istifadə olunması daha yaxşı nəticə verə

bilər.

Pedaqoji psixologiyanın tədqiqat metodlarına gəldikdə

ümumi psixologiyada,  yaş psixologiyasında və psixologiyanın

digər sahələrində istifadə olunan tədqiqat metodlarından

pedaqoji psixologiyada da istifadə olunur.  Bu metodlara

müşahidə,  şifahi və yazılı sorğu,  eksperiment,  fəaliyyət

məhsullarının təhlili, anketlər, testləşdirmə və s. aid etmək olar. 

Pedaqoji psixologiyada bu metodlardan istifadə edərkən

uşaqların yaş xüsusiyyəti,  psixoloji-pedaqoji problemin

xüsusiyyətləri,  onların köməyi ilə uşaqların tərbiyəlilik və

hazırlıq səviyyələrini, təlim və tərbiyənin təsiri altında onların

psixologiyası və davranışında baş verən dəyişiklikləri aşkara

çıxarmaq imkanları nəzərə alınaraq müvafiq dəyişikliklər



433

edilir.  Məsələn,  pedaqoji müşahidədən uşaqların müxtəlif

sosial şəraitdə özlərini necə aparmalarını,  eləcə də müxtəlif

həyati məsələləri həll edərkən əldə etmiş olduqları bilik və

vərdişləri tətbiq edə bilmək bacarığını aşkara çıxarmaq üçün

istifadə etmək olar. Daha yaşlı uşaqları - yeniyetmə və gəncləri

öyrənərkən

bu

məqsədlə



yazılı

sorğu


testlərdən, 

məktəbəqədər və kiçik məktəb yaşlı uşaqlarla şifahi sorğudan

istifadə etmək mümkündür.

Bu cür ümumi metodlarla yanaşı pedaqoji psixologiyanın

özünəməxsus xüsusi metodları da vardır.  Bu cür metodlara

psixoloji-pedaqoji eksperimenti və uşaqların öyrənməyə

qabillik,  biliklilik və tərbiyəlilik səviyyəsini aşkara çıxarmaq

üçün xüsusi psixoloji-pedaqoji testləşdirməni aid etmək olar.

Pedaqoji


psixologiyada

istifadə


olunan

metodları

aşağıdakı şəkildə qruplaşdırmaq olar:  təşkiledici, prosedur, 

qiymətləndirici, eləcə də faktların toplanması və işlənməsi ilə

bağlı metodlar. Təşkiledici metodlara məqsəd, məzmun, aparı-

lan tədqiqatın strukturu və təşkili,  onların tərkibi və hazırlıq

aiddir.  Prosedur metodlara bütövlükdə aparılacaq tədqiqatın, 

eləcə də onun hissələrinin həyata keçirilmə forması aiddir. 



Qiymətləndirici metodlara tədqiqatın nəticələrinin psixoloji-

pedaqoji


qiymətləndirilməsi

yolları


daxildir.  Faktların

toplanması və işlənməsi üçün tətbiq olunan metodların köməyi

ilə yoxlanılanlar haqqında zəruri məlumatlar əldə edilir.  Əldə

edilmiş faktların işlənməsi üçün tətbiq olunan metodların kö-

məyi ilə müvafiq nəzəri və praktik psixoloji-pedaqoji nəticələr

və tövsiyyələr irəli sürmək mümkün olur.

Qeyd etdiyimiz tədqiqat xarakteri daşıyan metodlarla

yanaşı elə metodlar da vardır ki,  onların köməyi ilə uşaqlara

birbaşa praktik psixoloji-pedaqoji təsir göstərmək olur. Bu cür

metodlara psixoloji məsləhət və korreksiyanı aid etmək olar. 

Psixoloji məsləhət adi söhbət şəklində şagirdlə,  onun

valideynləri və ya onun təlim-tərbiyəsi ilə məşğul olan

adamlarla aparıla bilər.  Psixoloji məsləhətdən fərqli olaraq


434

psixokorreksiyanın köməyi ilə psixoloq maraqlandığı şəxsə

bilavasitə psixoloji-pedaqoji təsir göstərir.

Pedaqoji psixologiyada eksperiment metoduna xüsusi yer

verilir. Əldə edilmiş nəticələrin taleyi və səmərəliliyi  psixolo-

ji-pedaqoji eksperimentin düzgün təşkili və aparılmasından

asılıdır.  Psixoloji-pedaqoji eksperimentin nəticəsinin etibarlı-

lığı üçün bir sıra şərtlərə əməl olunmalıdır. Hər şeydən əvvəl, 

nəticələrdə səhvlərə yol verməmək üçün eksperimentin təşkili

məntiqi əvvəlcədən düşünülməlidir.

Psixoloji-pedaqoji tədqiqatın aparılmasına verilən ikinci

xüsusi tələb testlər və digər psixodiaqnostik metodlarla

bağlıdır.  Onlar kifayət qədər yoxlanmalı və uşaqların yaşına

uyğunlaşdırılmalıdır.



Özünü yoxlamaq üçün sual və tapşırıqlar

1. Yaş psixologiyası nəyi öyrənir?

2. Pedaqoji psixologiyanın predmetini nə təşkil edir?

3. Yaş psixologiyasının əsas bölmələri və vəzifələri

hansılardır?



4. Psixi inkişafın hansı yaş dövrləri vardır? Bunları hansı

prinsipə əsasən müəyyənləşdirmişlər?



5. Pedaqoji psixologiyanın əsas bölmələri hansılardır?

6. Pedaqoji psixologiyanın vəzifələri hansılardır?

7. Yaş

pedaqoji



psixologiyanın

tədqiqat


metodlarından danışın.

Referat, məruzə və müstəqil tədqiqiat üçün mövzular

1. Psixologiyada psixi inkişaf problemi.

2. Yaş psixologiyasının inkişaf tarixindən.

3. Pedaqoji psixologiyanın inkişaf tarixindən.

4. Müasir pedaqoji psixologiyanın əsas problemləri.

435

Ədəbiyyat

Qədirov Ə.Ə.  Yaş psixologiyası. – Bakı, 2002, səh. 21-

38.


Həmzəyev M.Ə.  Pedaqoji psixologiya.  – Bakı,  1991, 

səh.5-24


Abramova Q.S. Vozrastnaə psixoloqiə. – M., 1999

Aseev V.Q.  Vozrastnaə psixoloqiə.  İrkutsk,  1989,  s.32-

50

Vozrastnaə psixoloqiə. Xrestomatiə. – M., 2001, s.11-61



Vozrastnaə i pedaqoqiçeskaə psixoloqiə./  Pod red M.V. 

Qamezo i dr. s.10-13;27-46



Leontğev A.N. Problemı razvitiə psixiki. – M., 1981, s. 

538-557


436

19-cu  FƏSİL

MƏKTƏBƏ DAXİL OLANADƏK UŞAĞIN

PSİXİ İNKİŞAFI

Qısa xülasə

Körpəlik və erkən uşaqlıq dövrünün xüsusiyyətəri.  Yeni

doğulmuş uşaq. Şərtsiz reflekslər. İlk şərti reflekslərin yaranması. Körpənin

böyüklərlə bilavasitə - emosional ünsiyyəti. Hərəki fəallığın formalaşmağa

başlaması.  Körpəlik dövründə psixi inkişafın xüsusiyyətləri.  Erkən uşaqlıq

yaşının xarakteristikası.  İdrak prosesləri və nitqin inkişaf xüsusiyyətləri. 

Müstəqillik meylinin formalaşması, 3 yaşın böhranı.



Bağça yaşı dövrünün psixoloji xüsusiyyətləri.  Bağça yaşı döv-

ründə uşaqların ümumi inkişafı.  Uşağın psixi inkişafında oyunun rolu. 

Bağça yaşı dövründə oyun uşağın əsas fəaliyyət növü kimi. İdrak prosesləri

və nitqin inkişafı: qavrayış, diqqət, hafizənin, təxəyyül və təfəkkürün inkişaf

xüsusiyyətləri.

Uşağın məktəbə psixoloji hazırlığı şərtləri. Uşağın məktəbə psix-

oloji hazırlığında idrak proseslərinin:  qavrayış,  diqqət,  hafizənin,  təxəyyül

və nitqin inkişaf səviyyəsinin rolu. Uşaqda idrak maraqlarının, təlim motiv-

lərinin, qabiliyyət və xarakter əlamətlərinin inkişafı.



VI. 19.1. Körpəlik və erkən uşaqlıq dövrünün  

xüsusiyyətləri

Yeni doğulmuş uşaq. Uşaq anadan olarkən yalnız bir

neçə: qida, müdafiə, tutmaq, robinzon, babin və s. kimi şərtsiz

refleksə malik olur.  Bunlar ətraf aləmlə ilkin əlaqə yaratmaq

imkanı verir. İkinci həftənin axırlarında uşaqda ilk şərti refleks

yaranmağa başlayır.  Üçüncü ayın sonunda bütün analizatorlar

üzrə şərti refleksin yaranması uşağın ətraf mühitlə əlaqəsini bir

növ asanlaşdırır.


437

Anadan olandan bir yaşa qədər olan dövrü çox vaxt iki

yarımdövrə bölürlər: çağalıq dövrü (iki aya qədər olan dövr) və

körpəlik dövrü (2 aydan bir yaşa qədər olan dövr). Bu dövrdə

sensor və hərəki funksiyalar,  nitqə yiyələnməyə hazırlıq

böyüklərlə bilavasitə qarşılıqlı təsir prosesində intensiv imkan-

ları əldə edir.  Körpəlik dövründə böyüklərlə bilavasitə - emo-

sional ünsiyyət aparıcı fəaliyyət kimi özünü göstərir.  Ana və

başqa yaşlılarla bu cür ünsiyyət körpənin tələbatını ödəməklə

onun fiziki və psixi inkişafında mühüm rol oynayır.

Körpəlik dövründə uşaqda hərəki fəallıq artır,  hərəki

vərdişlər sürətlə formalaşmağa başlayır.  Bir il ərzində uşağın

hərəkətlərinin inkişafında heyrətamiz dəyişikliklər baş verir. 

Bu dövrdə uşaqlarda hərəki vərdişlər,  xüsusilə əlin və ayağın

mürəkkəb, tənzimlənmiş hərəkətləri sürətlə formalaşır. Bu cür

hərəkətlər sonralar uşağın idrak və əqli qabiliyyətlərinin

yaranmasında olduqca mühüm rol oynayır. Bir il ərzində uşaq

oturmağı,  iməkləməyi,  ayaq üstə durmağı və nəhayət

böyüklərin köməyi ilə yeriməyi öyrənir.  Bütün bunların

sayəsində uşağın ətraf aləm haqqında müvafiq məlumatlar əldə

etməsi asanlaşır.  Nəticədə körpədə xarici aləm haqqında

təsəvvürlər formalaşmağa başlayır.

Körpəlik dövründə uşaqda temperatur,  lamisə,  görmə, 

iybilmə və dadbilmə duyğuları kompleks şəkildə inkişaf

etməyə başlayır. Bu, körpədə qavrayışın inkişafına imkan verir. 

Yeni doğulmuş uşaq gözü ilə obyektləri izləyə bilsə də hələ iki-

dörd aya qədər onun görməsi nisbətən zəif olur.

İkinci aydan başlayaraq uşaqda sadə rəngləri fərq-

ləndirmək qabiliyyəti özünü göstərməyə başlayır.  İki-üç aylıq

körpə anasının gülümsəməsinə özünün gülümsəməsi və

hərəkətlərinin ümumi fəallaşması ilə reaksiya verir.  Bu can-

lanma kompleksi adlanır.  Psixoloqlar belə bir qənaətə

gəlmişlər ki,  yaşlıların uşaqla intensiv emosional ünsiyyəti

uşağın psixi inkişafına müsbət təsir etdiyi halda,  laqeyd, 

ürəkdən gəlməyən ünsiyyət isə canlanma kompleksinin



438

inkişafına mane olur və ümumi psixi inkişafı ləngidə bilir.

Uşağın sifətindəki təbəssüm öz-özünə yaranmır.  Buna

anasının,  onu əhatə edənlərin mehriban müraciəti səbəb olur. 

Ona görə də uşaqla ünsiyyətdə olan adamların üzünün ifadəsi, 

mimikası xoş,  fərəhli,  səsi isə cəlbedici,  emosional xarakter

daşımalıdır. İlk kompleks canlanma ünsürləri uşağın həyatının

ikinci ayında özünü göstərir.  Bu – susmaq,  təbəssüm, 

qığıldamaq şəklində baş verir. Üçüncü ayda bu ünsürlər bir sis-

tem halında birləşir və eyni vaxtda baş verir.

Üçüncü-dördüncü ayda uşaqlar öz davranışları ilə aydın

şəkildə göstərirlər ki,  onlar yalnız tanış adamları,  adətən,  ailə

üzvlərini görmək,  eşitmək və onlarla ünsiyyətdə olmağa

üstünlük verirlər. 

Körpəlik dövrü nitqə yiyələnməyə hazırlıq dövrü adlanır. 

Birinci yaşın sonunda uşaq xeyli sözü başa düşür,  eyni zaman-

da tək-tək hecaları və sözləri tələffüz edə bilir.

Körpədə hafizənin təşəkkülü şərti reflekslərin meydana

gəlməsi ilə əlaqədar baş verir.  Uşaq ilk dəfə ancaq həyatında

mühüm rol oynayan,  üzvü tələbatı ilə bağlı olan cisimləri

tanıyır.  5-6  aylıq uşaqlar yaxın adamları tanımağa başlayırlar. 

7-8 ayda isə adı çəkilən əşyanı axtarırlar.

Uşaqlarda emosiyalar çox erkən müşahidə olunur.  Bu-

nunla yanaşı körpə uşaqlarda emosiyalar çox dəyişkən olur.



Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin