Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə


I.1.5.   Psixologiyanın  tədqiqat metodları



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə4/49
tarix21.04.2017
ölçüsü3,93 Mb.
#15152
1   2   3   4   5   6   7   8   9   ...   49

I.1.5.   Psixologiyanın  tədqiqat metodları

İstər elmi tədqiqat, istərsə də praktik iş zamanı psixoloq

müəyyən metodlardan istifadə edir,  başqa sözlə qarşısına

qoyduğu məqsədə nail olmaq üçün öz fəaliyyətini müvafiq

şəkildə təşkil edir.  Bu zaman istifadə olunan priyomlar və

vasitələr elmi tədqiqat metodları adlanır. Həmin metodların

köməyi ilə müvafiq elmin qanunauyğunluqları aşkara çıxarılır.

Elmdə əldə edilən nəticələrin gücü tətbiq olunan tədqiqat

metodlarının təkmillik dərəcəsindən,  onların    validliyi və

etibarlılığından və s. asılıdır. Metod nə qədər düzgün seçilər və

tətbiq olunarsa nəticə bir o qədər səmərəli olar, elmin

araşdırdığı

hadisələri, 

onların


qanunauyğunluqlarını

incəliklərinə qədər aşkara çıxarar. Bütün qeyd olunanlar psix-

ologiya və onun tədqiqat metodlarına da aiddir.

Psixologiyanın öyrəndiyi hadisələr olduqca mürəkkəb və

özünəməxsus, öyrənilməsi çətin olan hadisələrdir. Ona görə də

bu hadisələri öyrənmək üçün həddindən artıq kamil,  həmin

hadisələri araşdırmağa imkan verən metodlardan istifadə etmək

tələb edilir. Məhz buna görə də psixoloji tədqiqatlar müəyyən

prinsiplərə uyğun şəkildə həyata keçirilməlidir. Bu baxımdan

müasir psixologiya elmi tədqiqatların genetik (tarixi)  prinsip

əsasında aparılmasını vacib hesab edir. Bu prinsipə görə

öyrənilən hər bir psixi hadisə proses kimi nəzərdən keçirilir və

tədqiqatçı onun inkişafının bütün cəhətlərini bərpa etməyə,

onların bir-birini necə əvəz etdiyini görməyə və anlamağa

çalışır, öyrənilən psixi faktı onun konkret tarixində,  təsəvvür

etməyə təşəbbüs göstərir.



Psixoloji tədqiqat metodlarının təsnifi. Psixologiyanın

tədqiqat metodlarını hər şeydən əvvəl əsas və yardımçı olmaqla

təsnif edirlər. Əsas metodlara müşahidə və eksperiment

metodlarını aid edirlər.



Müşahidə psixi hadisələrin gedişinə qarışmadan onları

sadəcə olaraq izləmək yolu ilə empirik məlumatların əldə



48

edilməsindən ibarət əsas tədqiqat metodudur. Psixoloqun

şəraitə,  psixi hadisələrin gedişinə qarışmaması, müdaxilə

etməməsi müşahidə metodunu xarakterizə edən başlıca

xüsusiyyətdir. Müşahidə planlı, məqsədəmüvafiq şəkildə

həyata keçirilir. Müşahidə metodunun üstün cəhəti ondan

ibarətdir ki, bu zaman üzərinə müşahidə aparılan bundan xəbər

tutmur,  müşahidə təbii şəraitdə (iş zamanı, oyun, dərs və s.) 

aparıldığına görə öz hərəkətlərində dəyişiklik etmirlər.

Müşahidə qısamüddətli, uzunmüddətli, dövrü və sistema-

tik ola bilir. Qısamüddətli müşahidə dəqiqələr ərzində insan

psixikası və davranışının təzahürünü izləməklə həyata keçirilir.

Məsələn, müəllimin izahına şagirdlərin münasibətini aşkara

çıxarmaq üçün həmin anda onların üzərində aparılan müşahidə

buna misal ola bilər. Uzunmüddətli müşahidəyə bütün dərs və

ya bütün rüb ərzində aparılan müşahidələri aid etmək olar.

Dövrü müşahidəyə gəldikdə bu müəyyən dövrlərdə, məsələn

hər rübün sonunda eyni bir psixi hadisənin təzahürünü

izləməkdən ibarətdir. Dövrü müşahidə psixi hadisənin inkişaf

dinamikasını aşkara çıxarmağa imkan verir. Sistematik

müşahidə də inkişaf dinamikasını aşkara çıxarmağa xidmət

edir. Lakin burada müşahidə arası kəsilmədən uzun müddət

məsələn, bütün dərs ili, müəyyən yaş dövrü ərzində aparılır.

Müşahidənin nəticələri qeydə alınır,  sonradan təhlil və

ümumiləşdirmə əsasında müvafiq nəticələrçıxarılır.

Müşahidə əsasən obyektiv nəticələrə, psixi hadisələrin

gedişini izləməyə imkan verir.  Buna baxmayaraq müşahidə

zamanı bəzi çətinliklər mövcud ola bilir.  Hər şeydən əvvəl

psixoloq müşahidənin həyata keçirildiyi şəraitdəki dəyişikliyi

müəyyən dərəcədə görə bilsə də ona tam nəzarət etmək

imkanına malik olmur. Məhz buna görə də nəzarətdən kənarda

qalan amillərin təsiri altında tam dəqiq məlumat əldə etmək

çətinləşir. Bundan başqa müşahidə psixoloqun subyektiv

mövqeyindən kənar qalmaya bilər. Burada psixoloqun elmi

baxışları, təcrübəsi, peşə hazırlığı ilə yanaşı formalaşmış


49

qiymətləndirmə stereotipi, etik prinsipləri, ustanovkası  və s. öz

təsirini göstərə bilər. Şübhəsiz müşahidə aparan psixoloq bu

kimi təsirlərin aradan qaldırılmasına çalışmalıdır.

Müşahidənin çətinliklərindən biri də bu və ya digər psixi

hadisənin, davranış tərzinin təzahürünü uzun müddət gözləmək

lazım gəlməsi ilə baglıdır. Ona görə də psixologiyada ən çox

əsas tədqiqat metodu kimi eksperimentdən istifadə olunur.



Eksperiment müşahidədən birinci    növbədə onunla

fərqlənir ki,  bu zaman psixoloq psixi hadisələrin gedişinə

qarışır, tədqiqatın təşkili üçün qarşısına qoyduğu məqsədə

müvafiq olaraq şərait yaradır. Bu, müşahidə zamanı şəraitə tam

nəzarət edə bilməməklə bağlı çətinliyi aradan qaldırır.

Eksperimentin birinci növbədə iki növünü – təbii və la-



borator eksperiment növünü qeyd etmək olar.

Təbii eksperiment rus psixoloqu A.F.Lazurski (1874-

1917)  tərəfindən irəli sürülmüşdür. Təbii eksperimentin

məqsədi eksperiment zamanı psixi hadisələrin təzahürünə təsir

göstərə biləcək amilləri aradan qaldırmaqdan ibarət olmuşdur.

Bu cür    eksperiment təbii şəraitdə (təlim, əmək, oyun

şəraitində)  həyata keçirilir. Məsələn,  hansı materialın

şagirdlərin təfəkkürünün inkişafını yüksək inkişafetdirici təsir

göstərdiyini aşkara çıxarmaq üçün hazırlıq səviyyəsi eyni olan

iki qrupdan birində (eksperimental qrup)  təlim materialları

problem situasiya yaratmaq əsasında, digərində (kontrol qrup) 

ənənəvi yolla öyrədilir. Hər iki qrupda şagirdlərə eyni müəllim

dərs deyir və onlar bu işləri adi dərs kimi qəbul edirlər. Ona

görə də heç bir həyəcan, qorxu hissi keçirmirlər. Sonra hər iki

qrupda yoxlama sorğu işləri keçirilərək hansı qrupda üstünlük

olduğu aşkara çıxarılır.

Laborator

eksperimentə

gəldikdə

bu

laboratoriya



şəraitində, xüsusi cihazların köməyi ilə həyata keçirilir. Müasir

dövrdə psixi hadisələrin təzahür xüsusiyyətlərini aşkara çıxaran

qurğular hazırlanmışdır ki,  onların köməyi ilə tutarlı elmi

nəticələr əldə etmək mümkündür.



50

Digər bir əsasa görə eksperimentin daha iki növünü qeyd

edirlər: müəyyənedici eksperiment və öyrədici (formalaşdırıcı

eksperiment. Yaş və pedaqoji psixologiyada eksperimentin bu

növlərindən geniş istifadə olunur. Müəyyənedici eksperiment

psixi hadisələrin fərdlərdə inkişaf səviyyəsini aşkara çıxarmaq

üçün istifadə olunur. Burada eksperimentator psixi hadisələrin

gedişinə təsir etmir.

Öyrədici (formalaşdırıcı)  eksperimentə gəldikdə bu eks-

perimentatorun fəal, məqsədəyönəlmiş təsiri prosesində yoxla-

nanlarda

psixikanın

inkişaf

xüsusiyyətlərini



aşkara

çıxarmasından ibarətdir. Bu cür eksperimentləri psixoloji-

pedaqoji eksperiment adı ilə də adlandırırlar.

Eksperimenti fərdi şəkildə,  ayrıca bir adam üzərində və

qrup şəklində, bir neçə adam üzərində eyni vaxtda aparmaq

mümkündür.

Psixoloji tədqiqatlar zamanı müsahibə metodundan da

istifadə olunur. Bəzən müşahidə və eksperiment zamanı bu və

ya digər hadisənin baş verməsi səbəblərini aşkara çıxarmaq

mümkün olmur.  Bunun üçün müsahibə metodu psixoloqun

köməyinə çatır.  Sual-cavab yolu ilə psixoloq ona lazım faktı

əldə edir. Lakin müsahibə istintaqa çevrilməməlidir.  Suallar

düşünülmüş və birmənalı olmalıdır.  Müsahibə metodunu çox

vaxt sorğu metodu kimi də qeyd edirlər.  Sorğunun müxtəlif

variantlarından istifadə etmək olar. Onların hər birinin üstün və

çatışmayan cəhətləri vardır.  Sorğunun üç əsas növünü qeyd

edirlər: şifahi, yazılı və sərbəst sorğu.

Şifahi sorğu, adətən,  yoxlananın reaksiya və davranışı

üzərində müşahidə aparmaq tələb olunduqda həyata keçirilir. 

Yazılı sorğuya nisbətən şifahi sorğu insan psixologiyasına daha

dərindən nüfuz etmək imkanı verir.  Belə ki,  tədqiqat zamanı

yoxlanan adamın reaksiya və davranışından asılı olaraq

tədqiqatçı öz suallarını tənzim etmək imkanına malik olur. La-

kin sorğunun bu variantının keçirilməsi üçün uzun vaxt və

tədqiqatçının xüsusi hazırlığı tələb olunur.  Belə ki,  cavabların



51

obyektivlik dərəcəsi çox vaxt tədqiqatçının özünün davranış və

şəxsi xüsusiyyətlərindən asılı olur.

Yazılı sorğu daha çox adamı əhatə etməyə və buna

nisbətən az vaxt sərf etməyə imkan verir. Bu cür sorğunun da-

ha geniş yayılmış forması anketlərdir.  Lakin yazılı sorğunun

qüsurlu cəhəti ondan ibarətdir ki, bu zaman yoxlananın suallara

reaksiyasını görmək mümkün deyildir.

Sərbəst sorğu bir növ şifahi və yazılı sorğunun müxtəlif

variantlarıdır. Lakin bunu fərqləndirən cəhət ondan ibarətdir ki, 

veriləcək suallar əvvəlcədən müəyyənləşdirilmir. Bu cür sorğu

zamanı tədqiqatın taktika və məzmununu asanlıqla dəyişdirmək

mümkündür. Bu isə yoxlananlardan müxtəlif məlumatları əldə

etməyə imkan verir.

Psixologiyada

yardımçı


metod

kimi


fəaliyyət

metodlarının təhlilindən də istifadə olunur. Fəaliyyət məhsulu

kimi şagirdlərin icra etdikləri yazı işlərini,  onların bədii

yaradıcılıq məhsullarını:  yazdıqları şer və hekayələri,  əl

işlərini,  çəkdikləri rəsmləri və s.  aid etmək olar.  Belə ki, 

şagirdlərin yazı işlərini yoxlamaq və təhlil etməklə onlarda yazı

vərdişlərinin

inkişaf

xüsusiyyətlərini, 



digər

fəaliyyət

məhsullarını təhlil etməklə həmin sahədə bacarıq və

qabiliyyətlərinin xüsusiyyətlərin aşkara çıxarmaq mümkündür. 

Fəaliyyət məhsullarının təhlili daha çox yoxlananı əhatə

etməyə imkan verir.

Müasir psixologiyada psixodiaqnostik metodlardan da

istifadə olunur.  Bunlardan ən geniş şəkildə tətbiq olunanı



testlərdir.  Test qısa müddətli standartlaşdırılmış psixoloji

sınaqdır.  Testin köməyi ilə insanın psixologiyası və

davranışının kəmiyyət və keyfiyyətcə dəqiq qiymətləndirilməsi

bir sıra əvvəlcədən verilmiş standartlara – test normalarına nə

dərəcədə uyğun olmasının müqayisəsi əsasında həyata keçirilir.

Testlərin müxtəlif növləri vardır.  Onlardan ən geniş

yayılanları aşağıdakılardır:  müvəffəqiyyət testləri,  intellekt

testləri, kreativ testlər, şəxsiyyət testləri, proyektiv testlər və.s.


52

Müvəffəqiyyət testlərinin köməyi ilə yoxlananların konk-

ret bilik bacarıq və vərdişlərə yiyələnmə dərəcəsi aşkara

çıxarılır.

İntellekt testləri yoxlananların əqli inkişaf səviyyəsini

aşkara çıxarmağa xidmət edir. İntellekt testləri  haqqında ilk fi-

kir F.Qalton (1822-1911) tərəfindən irəli sürülmüşdür. Sonralar

fransız


psixoloqu

A.Bine


ilk

psixoloji

testləri

yaratmışdır(1905-ci il). «Əqli yaş » anlayışından istifadə edən

alman psixoloqu V.Ştern əqli koeffisenti (İQ) aşığıdakı formul-

la ölçməyi müəyyənləşdirmişdir:

100





йаш

хроноложи

йаш

ягли

IQ

Hal – hazırda psixodiaqnostik tədqiqatlarda D.Vekslerin

şkalasından,  «proqressiv Raven matrisasından», R.Amtxauerin

əqlin (intellektin)  strukturu testindən,  Q.Y.Ayzenqin «öz

qabiliyyətlərinizi

yoxlayın», 

«özünüzün

əqli


inkişaf

koeffisentinizi yoxlayın» və s. geniş istifadə olunur.

İntellekt testlərindən fərqli olan xüsusi qabiliyyət

testlərindən də istifadə olunur.  Bu cür testlərin köməyi ilə

insanların nə kimi xüsusi qabiliyyətlərə (musiqi, riyazi, texniki

və s.) malik olduqları aşkara çıxarılır.



Kreativ testlər insanlarda yaradıcılıq qabiliyyətlərini

aşkara çıxarmaq üçün tətbiq olunur.  Ən çox tanınan kreativ

testlərə C.  Gilfordun və E.Torrensin testlərini aid etmək olar. 

Bu testin əsasında yeni,  qeyri-adi ideyaları irəli sürə bilmək

qabiliyyətini aşkara çıxarmaq dayanır. Bu testdə tapşırıqlar

sistemi elə qurulmuşdur ki,  yoxlanan adam şəraiti dəyişmək, 

obyektə başqa cür yanaşa bilmək imkanına malik olsun. 

Məsələn,  obyektlərin şərhi zamanı onları daha çox sahəyə

tətbiq etmək yollarını fikirləşmək və ya daha çox dairə və ya

kvadrat tipli şəkilləri daxil etməsi tələb olunur.  Bunun üçün

yoxlananlara dairələr (kvadrat)  şəkli çəkilmiş vərəqə verilir. 


53

Ondan həmin vərəqədə olan elementlərdən istifadə edərək

şəkillər seriyası çəkmək tələb olunur.  Yerinə yetirilən iş

özünün məhsuldarlığına,  sürətinə və orijinallığına görə

qiymətləndirilir.

Şəxsiyyət testləri fərdin şəxsiyyətinin müxtəlif cəhətlərini

tədqiq etmək üçün istifadə olunur.



Proyektiv testlərə gəldikdə onlar daxili proyeksiya

dinamikası doğuran qeyri-müəyyən stimulların təqdimi

əsasında yoxlananların şəxsiyyətini tamlıqda öyrənməyə imkan

verən  metodikadır. Bu cür testlərə Rorşarx testini, tematik ap-

perseptiv testi (TAT) və s-ni aid etmək olar. Məsələn, TAT-ın

tətbiqi zamanı yoxlanan adam ona təqdim olunan şəkildə baş

verən hadisələri təsvir edir və bu zaman həmin hadisələrə öz

daxili hiss və məramını ifadə edir (şəkillər elə tərtib olunur ki, 

onları müxtəlif şəkildə şərh etmək mümkün olsun)  

Psixodiaqnostik metod kimi sosiometriya metodundan da

istifadə olunur.  Sosiometriya (latınca – sosietas-cəmiyyət və

yunanca – metreo-ölçmək deməkdir) – qruplarda və

kollektivlərdərəğbət

nifrət



tipli

şəxsiyyətlərarası

münasibətlərin kəmiyyətcə qiymətləndirilməsi və qrafik təsviri

üçün tətbiq olunan standartlamdırılmış metodik üsulların

məcmuundan ibarətdir. Sosiometriya amerikan psixoloqu

C.Moreno tərəfindən işlənilmişdir. Bu metodun köməyi ilə əldə

edilmiş məlumatlar xüsusi sosiometrik cədvəl və sosioqramda

əks etdirilməklə təhlil olunur.

Nəhayət psixologiyada riyazi – statistik metodlardan da

istifadə olunur. Bu metodların köməyi ilə tədqiqat zamanı əldə

edilmiş nəticələrin dəqiqlik və etibarlılıq dərəcəsi aşkara

çıxarılır.

Psixoloji tədqiqatlarda yardımçı metod kimi bioqrafik

metodlardan da istifadə olunur. Bunun üçün insanın həyat yo-

luna aid faktların və hadisələrin,  onun sələflərində,  nəslində

özünü


göstərən

xarakterik

halların, 

sənədlərin, 

şəhadətnamələrin və s. təhlilindən istifadə olunur.


54

           



Özünü yoxlamaq üçün sual və tapşırıqlar

1. Psixologiyanın bir elm kimi tərifini verin.

2. Psixi hadisələri necə təsnif edirlər? Onları xarakterizə

edin.


3. İdrak prosesləri dedikdə nələri başa düşürsünüz?

4. İdrak prosesləri hansılardır?

5. Psixi xassələr hansılardır?  Onlları fərqləndirən

cəhətləri izah edin.

6. Psixologiyanın müasir elmlər sistemində tutduğu yeri

izah edin.

7. Müasir psixoloji fənnləri təsnif    edərkən hansı

prinsiplərə əsaslanırlar?

8. Müasir psixologiyanın sahələrini şərh edin.

9. Müasir

psixologiyanın

başlıca


istiqamətləri

hansılardır?

10. Azərbaycanda

elmi


psixologiyanın

inkişaf


xüsusiyyətlərindən danışın.

11. Psixologiyanın əsas tətqiqat metodları hansılardır? 

Onları xarakterizə edin.

12. Eksperiment metodunun hansı növləri vardır?

13. Psixoloji testləri xarakterizə edin.

14.


Psixologiyada riyazi-statistik metodlardan nə üçün

istifadə edirlər.



Referat, məruzə və müstəqil tədqiqat üçünüçün

mövzular

1. Psixi hadisələr və onların xüsusiyyətləri.

2. Azərbaycanda psixoloji fikrin və elmi psixologiyanın

inkişafı.

3. Müasir psixologiya və onun elmlər sistemində yeri.

4. Müasir psixologiyanın tədqiqat metodları.



55

Ə D Ə B İ Y Y A T

Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya. 2-ci nəşri –                                    

Bakı. 2002, s. 7-127



Ümumi psixologiya A.V.Petrovskinin red.  ilə – Bakı,                                      

1982, s. 5-68



Əliyev B.H.  Məhkəmə psixoloji ekspertizasının ümumi

məsələləri. – Bakı, 1997



Əliyev R.İ Psixologiya tarixi.  – Bakı,  2006,  s.  14-18;                                       

354-375.


Nemov R.S.    Psixoloqiə.  V 3-x kniqax,  kn.  1.  – M.,                                           

1998, s. 5-90.



Maklakov A.Q.    Obhaə psixoloqiə.  – Piter,  2001,                                              

s. 12-69.



Rubinşteyn S.L.    Osnovı obhey psixoloqii.  V 2-x                                      

tom – t. 1,  M.,1989, s.12-89.



Fress P.,  Piaje J.  Gksperimentalğnaə psixoloqiə                        

Vıp. 1-2 .M., 1966, s. 99-155                           

                               

                         



56

2 - c i F Ə S İ L

PSİXİKANIN FİLOGENEZDƏ İNKİŞAFI

                        

                                    Qısa xülasə

Psixikanın    yaranma



inkişafının

öyrənilməsi

tarixindən.  Hər cür materiyanın inikas qabiliyyətinə malik olması.

Psixikanın filogenezdə inkişafı əksetdirmənin tropizm,  in-

stinktiv, həyatda qazanılan və intellektual davranış formaları kimi. 



Tropizmlər bioloji amillərə orqanizmin özünəməxsus cavab

vermə üsulu kimi.  Tropizmlərin növləri: fototropizm, termotropizm, 

xemotropizm, topotropizm.

İnstiktiv davranış – mühitin müəyyən şəraitinə,  təsirinə

qarşı anadangəlmə reaksiya forması kimi.

Heyvanlarda vərdişlər həyatda qazanılan davranış forması

kimi.


Heyvanlarda intellektual davranış forması və onun

xüsusiyyətləri.



Psixikanın filogenezdə inkişafı

Psixikanın yaranma və inkişafının öyrənilməsi

tarixindən.  Psixikanın yaranması və inkişafının öyrənilməsi

təbiət elmlərinin,  o cümlədən psixologiyanın qarşısında duran

mürəkkəb,  mühüm vəzifələrdən olmuşdur.  Hələ eramızdan

əvvəl psixikanın (ruh) yaranması, mahiyyəti ilə bağlı iki fərqli

dünyagörüşü:  idealist və materialist dünyagörüşü barədə

fikirlər irəli sürmüşdülər. İdealistlər hesab edirdilər ki, psixika

(ruh)  bədəndən asılı olmayaraq     mövcuddur və materiyadan

əvvəl yaranmışdır.  Materialistlərə görə isə materiya obyektiv

gerçəklikdir,  bizim şüurumuzdan asılı olmayaraq mövcuddur

və daim dəyişir,  hərəkətdə olur,  inkişaf edir.  Psixika yüksək

surətdə təşəkkül tapmış materiyanın məhsuludur.


57

Psixologiya elminin başlıca vəzifələrindən biri də insan

psixikasını öyrənməklə bağlıdır.  Lakin insan psixikasının

təbiətini öyrənmək üçün ilk növbədə pasixikanın necə

yaranmasını, canlıların bioloji təkamülü nəticəsində onun necə

inkişaf etdiyini və insanlarda necə yeni məzmun kəsb etdiyini

müəyyənləşdirmək lazımdır.

Daha vacib məsələlərdən biri də insan psixikasının tarixi

inkişafının öyrənilməsi ilə bağlıdır. 

Müasir insanların psixi xüsusiyyətləri heç də insan

psixikası üçün əbədi olan bir keyfiyyət deyildir. Onlar ictimai

mühitin,  şəraitin inkişafı nəticəsində dəyişir.  Sosial-iqtisadi

şərait insan psixikasında əvvəlkilərdən fərqli yeni keyfiyyətlər

yaradır.  Yəni insan psixikası əbədi,  dəyişməz olaraq qalmır. 

İstənilən konkret tarixi şəraitdə insan psixikasının bəzi

xüsusiyyətləri inkişaf edir,  şəraitlə ziddiyyət təşkil edənlər isə

sanki «dondurulur».

Cansız,  qeyri-üzvü materiyadan başlamış ən ali

mürəkkəb materiya olan insan beyninə qədər hər cür materiya

maddi aləmin ümumi keyfiyyəti olan inikas (əksetdirmə), 

başqa sözlə, təsirə cavab vermə qabiliyyətinə malikdir. İnikasın

forması materiyanın varlıq formasından asılıdır.

Cansız maieriyada baş verən keyfiyyət dəyişikliklərinə

əsasən canlı materiya yaranır və o, daha mürəkkəb xassəyə -

qıcıqlanma xassəsinə malik olur. Bu xassə canlıların xarici

təsirlərə fəal reaksiyalarına imkan verir. Qıcıqlanmanın inkişafı

həyat şəraitinin mürəkkəbləşməsi və orqanizmin anatomik qu-

ruluşunun təkmilləşməsi nəticəsində həssaslıq artmış, tədricən

duyğular yaranmışdır.

Psixikanın filogenezdə inkişafı əksetdirmənin tropizm, 



instinktiv,  həyatda qazanılan və intellektual davranış

formalarında təzahür etmişdir.  Elementar qıcıqlanma sadə, 

birhüceyrəli orqanizmlərdə özünü göstərir və onların mühüm

təsirinə hərəkətlə cavab verirlər. Mühit canlı orqanizmə bioloji

təsir göstərə bilər ki,  bunun nəticəsində həmin orqanizmin


58

protoplazmasının xassəsi dəyişir.

Bioloji amillərə özünəməxsus cavab vermək üsulları

tropizmlər və ya taksislər adlanır. 

Tropizmlərin aşağıdakı növlərini fərqləndirirlər:  fototro-



pizm - canlı orqanizmin işığın təsiri ilə hərəkət etmə meyli; 

termotropizm - işığın təsiri ilə hərəkətetmə meyli;  xemotro-

pizm - müəyyən fiziki-kimyəvi mühiti seçməyə meyli; topo-

tropizm - mexaniki qıcıqlandırıcıların təsir ilə hərəkət etmə

meyli və s.

Canlılarda psixikanın təşəkkül tapması onların mühitə

uyğunlaşa bilmələri ilə bağlı olan dəyişikliklərdən yaranır. 

Yəni canlının xarici mühitin təsirinə uyğun davranışını meyda-

na çıxır. Onların mühitə uyğunlaşması anatomik dəyişikliklərə

səbəb olmur, sadəcə olaraq onun davranışı dəyişir.

Bir çox canlıların davranışı instinktiv davranışdır və təbii

tələbatdan doğur.  Mühitin müəyyən şəraitinə,  təsirinə qarşı

mürəkkəb anadangəlmə reaksiya forması instinktlər adlanır.

İnstinktiv davranış müəyyən bir növün hamısı üçün xa-

rakterik olan anadangəlmə davranışdır.  Bir çox alimlər hesab

edirlər ki,  instinktlər dəyişməzdir və canlıların fərdi qaydada

mühitə uyğunlaşması prosesində dəyişməz qalır.  Lakin belə

yanaşma səhvdir. İ.P. Pavlov göstərir ki,  canlıların inkişafının

bütün dövrlərində fərdi uyğunlaşma olmuşdur.  Bu canlıların

(məsələn,  bağırsaqboşluqlarda)  həyat prosesində ayrı-ayrı

fərdlərdə müvəqqəti əlaqələr – şərti reflekslər yaranır. Məsələn, 

kağız parçasını aktiniyaya yaxınlaşdırsaq onu tutub udar, lakin

bir neçə təkrardan sonra hətta, kağızı ağız boşluğuna almadan

kənara atır.  Lakin yaranan bu cür əlaqələr qısamüddətli olur, 

tezliklə sönür.  Canlıların davranış xüsusiyyətləri inkişafın ilk

mərhələsində müxtəlif xassəli şeylərin təsirindən yaranırdı. 

Məsələn,  məlumdur ki,  həşərat tora düşən kimi hörümçək

dərhal onun yanına qaçır və tikanını ona batırır.  Hörümçəyin

belə davranışı nə ilə bağlıdır?  Aparılmış xüsusi təcrübələr

göstərir ki,  torun tərpənməsi həşəratı öz ovuna doğru çəkir. 



59

Hərəkət olmadıqda isə «ovuna»  tərəf getmir.  Bunlar isə qida-

lanma tələbatı ilə bağlıdır. Yəni bioloji tələbatdan doğur. Lakin

bu həyat şəraitinin dəyişməsilə, tələbatın ödənilməsilə dəyişir.

Yaşayış şəraitinin mürəkkəbləşməsi canlıların davranış

tərzini də dəyişdirir.  Yəni o,  bu və digər şəraitə uyğunlaşır. 

Məsələn, əgər məməli heyvanlarla yem arasında sədd çəkilərsə, 

o həmin səddi necə olsa keçib yem əldə etməyə cəhd edir. Sədd

görürüldükdən sonra isə birbaşa yeməyə doğru gedir.

Həyat şəraitinin təsiri altında heyvanlarda davranışın

dəyişməsi ciddi şəkildə onlarda anatomik-fizioloji dəyişikliyə

səbəb olur. İlk növbədə, iy və görmə üzvlərində dəyişiklik baş

verir.  Görmə onun həyatında vacib amilə çevrilir,  iy duyğusu

isə tədricən zəifləyir. Bununla yanaşı hərəkət üzvləri də inkişaf

edərək cəld,  mürəkkəb hərəkətləri icra etməyə uyğunlaşır: 

qaçmaq,  sürünmək,  ovunu tutmaq və s.  Bu isə baş beyində

hərəkət

sahəsinin



genişlənməsi,  hərəkətinin

inteqrasiya

olunması ilə bağlıdır.

Ali heyvanlarda, xüsusilə məməlilərdə yeni, daha plastik

davranış forması yaranır.  Heyvanların bir növündə müvəqqəti

əlaqələrin yaranması sahəsində fərdi fərqlər tez,  daha kəskin, 

digərlərində isə gec baş verir.  Bu, heyvanların təkamül

səviyyəsindən asılıdır.  Fərdi davranış üçün mühitin ayrı-ayrı

xassələrinin (temperatur,  rəng,  iy və s.)  deyil,  tam əşya

şəraitinin təhlili və tərkibi zəruri olur.  Məsələn,  toyuqla dən

arasında tor çəkilsə, toyuq həmin toru dimdikləməyə başlayır. 

Əgər belə demək mümkünsə,  «vəziyyətdən çıxış yolu

axtarmır». Lakin nisbətən daha yüksək inkişaf etmiş qarğa belə

etmir, bir neçə cəhddən sonra arakəsmənin ətrafına dolanmaqla

səddi keçir, yemi götürür. 

Ali heyvanlarda instiktiv davranış forması ilə yanaşı, 

fərdi,  dəyişkən formalı davranış - vərdişlər və intellektual

hərəkətlər də mövcuddur.  Vərdişlər inkişafın ən aşağı

pilləsində belə özünü göstərir.  Lakin açıq-aşkar ifadə olunan

vərdişlər yalnız baş beyin qabığına malik olan heyvanlarda



60

müşahidə edilir.

Heyvanların vərdişləri həm anadangəlmə,  həm də

təsadüfi hərəki siqnalların təkrarı prosesində möhkəmlənir. 

Məsələn, pişik yeşikdən çıxmaq üçün pedalı basmalıdır. O bu-

nun üçün bir neçə uğursuz cəhd edir.  Lakin təsadüfən pedala

toxunur,  qapı açılır.  Sonrakı təcrübələrdə o getdikcə daha az

səhv edir. Beləliklə, onda vərdiş yaranır.

Ali heyvanlarda davranışın ən yüksək səviyyəsi intellek-

tual davranışdır.  İntellektual davranışın əsasını ayrı-ayrı

cisimlər arasındakı mürəkkəb münasibətləri əks etdirmək təşkil

edir. Lakin heyvanların intellektual və ya əqli davranışı təbii ki, 

insan ağlından fərqli keyfiyyətə malikdir. 

Ali heyvanların, məsələn, insanabənzər meymunların in-

tellektual

davranışı

müxtəlif


esperimentlər

yolu


ilə

öyrənilmişdir.

Meymun (şimpanze)  qəfəsdə yerləşdirilir.  Qəfəsin çö-

lündə isə banan,  portağal və s.  Qəfəsin içərisinə isə çubuq

qoyulur. Meymun meyvələri yalnız çubuğun köməyi ilə götürə

bilər.  Meymun ilk növbədə meyvələri əlləri ilə götürməyə

çalışır. Təbii ki,  bu cəhdlər heç bir nəticə vermir.  Sonra mey-

mun sakitləşir.  Bu dəfə o,  meyvələri gözünə sataşan çubuğun

köməyi ilə əldə etmək istəyir:  ağacla meyvələri qəfəsə

yaxınlaşdırır. Nəhayət o meyvələri götürür.

Digər eksperimentlər də eyni üsulla aparılır.  Məsələn, 

qəfəsin tavanından banan asılır. Yaxınlıqda boş yeşiklər qoyu-

lur. Bananın götürülməsi üçün yeşiklər bananın qoyulduğu yerə

gətirilməlidir. Təcrübə göstərir ki, meymun bu işin öhdəsindən

uğurla gəlir. 

Beləliklə,  əgər əməliyyatın aşağı səviyyəsində çoxsaylı

səhv və sınaq nəticəsində təsadüfi uğurlu hərəkət tədricən

möhkəmlənirsə, 

aparılan

təcrübədə

meymun

tam


müvəffəqiyyətsizliyə uğrayır və problemin həllini qəflətən

tapır.  Bu,  heyvanların intellektual davranışının ümumi

əlamətidir. İkinci mühüm cəhət isə ondan ibarətdir ki, təcrübə


61

təkrar keçirilərsə,  onun bir dəfə icra olunmasına baxmayaraq, 

meymun onu tez və səhvsiz yerinə yetirir.

İntellektual davranışın üçüncü xüsusiyyəti isə məsələnin

həll olunma yolunun tapılması onun digər vəziyyətlərdə də

tətbiq olunması ilə bağlıdır.  Məsələn,  əgər birinci təcrübədə

meymun meyvələri çubuğun köməyilə götürürsə,  digər

təcrübədə çubuq tapmadıqda uyğun gələn bir əşya tapıb ondan

istifadə edir. 

Meymun davranışında diqqəti cəlb edən cəhətlərdən bir

də onun bir neçə aktı birləşdirə bilməsi ilə bağlıdır.Bunu

aşağıdakı təcrübə də sübut edir.

Meymunun yerləşdiyi qəfəsdən bir qədər aralıda yem

qoyulur. Ondan bir qədər yaxınlıqda isə ağac qoyulur, lakin bu

ağaca da meymunun əli çatmır. Qəfəsin içərisində isə bir qədər

qısa əl ağacı qoyulur.  Lakin bu ağacın köməyi ilə kənardan

uzun ağacı qəfəsə çəkmək olar. Qidanı əldə etmək üçün mey-

mun ilk növbədə qəfəsin içindəki əl ağacı ilə daha uzun olan

ağacı,  onun vasitəsilə yemi götürə bilər.  Təcrübə göstərir ki, 

meymun bu tapşırığın öhdəsindən uğurla gəlir.  Beləliklə, 

heyvanların intellektual davranışının dördüncü xüsusiyyəti

tapşırığın uğurlu həlli üçün hazırlıq mərhələsinin keçirilməsi

ilə bağlıdır.  Yəni ilk növbədə ağacı, daha sonra yemi əldə

etmək olar.  Əvvəlcə qısa,  sonra uzun ağacı,  daha sonra isə

qidanı götürə bilərsən. Özlüyündə bir ağacın, daha sonra digər

ağacın götürülməsi heç də meymun üçün cəzbedici deyil. Buna

görə də o heç bir bioloji məna kəsb etmir.  Bu,  hazırlıq

mərhələsi

sayılır.  Ağacdan

istifadə


davranışın

icrası


mərhələsidir və meymunun bioloji tələbatının ödənilməsinə

yönəldilir.  İlk hazırlıq mərhələsi heç də öz-özünə yaranmır. 

Yəni adi halda ağac meymun üçün heç bir məna kəsb etmir. 

Əgər meymun ağacı ondan istifadə etmək məqamında görürsə

və ondan istifadə edirsə,  bu yem və ağac arasındakı

münasibətin uzlaşdırılmasıdır.  Əgər meymun başqa bir vasitə

tapa bilsə, ağac onun üçün heç bir bioloji məna kəsb etməz.


62

Beləliklə,  üçüncü mərhələyə keçərkən daha mürəkkəb

əməliyyat yerinə yetirmir.  Davranış aktında vahid prosesdə

birləşdirmələr hissələrə ayrılır.  Göründüyü kimi,  intellekt o

zaman yaranır ki,  hazırlıq prosesi keçilsin,  bu və ya digər

əməliyyat, vərdiş birləşərək həyata keçirilsin.

İntellektual davranış cəhd və sınaq üzərində deyil,  yeni, 

fərqli şəraitdə ondan istifadə üzərində qurulur. Məsələn, metal

tor çəkilmiş çəpərdən toyuq necə keçir? Bayıra çıxmaq üçün o

kor-koranə şəkildə o tərəf bu tərəfə qaçır.  Nəhayət,  təsadüf

nəticəsində o çıxış yolunu tapır.  Ali heyvanlar (quşlar)  isə

özlərini fərqli şəkildə aparırlar.  Onlar da bir sıra sınaq

hərəkətləri edirlər.  Lakin bu sınaqlar kor-koranə deyil, 

əməliyyat hərəkətləridir.  Qapısı bağlı qəfəsdən çıxmaq üçün

meymun öyrəşdiyi,  əvvəllər istifadə etdiyi lingi fırladır.  Bu, 

səmərə vermədikdə lingi gəmirməyə başlayır. Daha sonra isə o

yeni metod axtarır və çıxmaq üçün düzgün həll üsulunu tapır. 

Bu situasiya göstərir ki, meymun vəziyyətdən çıxmaq, onu həll

etmək üçün «düşünə bilir».

İntellektual davranışa malik olan heyvanlar üçün ətraf

aləmin inikası necə baş verir?

İntellektual davranışın ilk mərhələsi növbəti,  ikinci

mərhələyə hazırlıqdır.  Növbəti mərhələ isə heyvanın yalnız

ayrı-ayrı şeyləri qavraması yox,  həm də onlar arasındakı

münasibəti müəyyənləşdirməkdir.  Heyvanın intellektual dav-

ranışının inkişafı nəticəsində onda anatomik-fizioloji dəyişiklik

baş verir.  Bu ilk növbədə baş beyində gedən dəyişikliklərlə

bağlıdır.  İnkişaf daha çox beynin alın nayihəsində müşahidə

olunur.  Meymun beyninin bu sahəsi götürüldükdə o hətta iki

mərhələli əməliyyatı yerinə yetirə bilmir.

İntellektual davranış insanabənzər meymunlarda özünün

ən yüksək səviyyəsinə çatır. Onu heyvanların psixi inkişafının

son həddi,  insan şüurunun başlanğıc sərhəddi də hesab etmək

olar.


Yuxarıda deyilənlərdən göründüyü kimi ən yüksək intel-

63

lektual davranışa malik olan heyvanların da davranışı bilavasitə

maddi tələbatların ödənilməsi ilə bağlıdır.  İnsan fəaliyyəti isə

onlardan keyfiyyətcə tamamilə fərqlidir.



Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin