X FƏSİL. Dəri və dəri-selikli qişaların leyşmaniozları
LEYŞMANİOZ
Dəri leyşmaniozu (Leishmaniosis cutis), sin. Köhnə dünyanın dəri leyşmaniozu –
Pendi yarası, Borovcki xəstəliyi, şərq yarası, alep sızanağı, Dehli çibanı, Bağdad çibanı,
Perixon qızılgülü, Biskra qönçəsi, Saxara şankrı, Sart xəstəliyi, Aşqabad yarası, qara
qızdırma, kömüryarası, ilyarası; Yeni dünyanın dəri leyşmaniozu – Amerika, Amazon,
Kolumbiya, Venesuela, espundiya, dum-dum qızdırması, meşə frambeziyası, çiklero,
ut xorası və başqaları; Leishmania cinsinin parazit ibtidailərinin törətdiyi, isti iqlimli
regionlar üçün endemik, transmissiv yoluxucu xəstəliklər.
E p i d e m i l o g i y a. Dəri leyşmaniozunun coğrafi yayılması mığmığaların –
Leishmania daşıyıcılarının yaşayış yeri ilə əlaqədardır. Bir mığmığa populyasiyasının
inkişafı üçün ( 1 həşərat) 50 gün ərzində temperatur 20˚S-dən aşağı düşməməlidir. Ona
görə də xəstəliyə Avstraliyadan başqa, tropik və subtropik iqlimli bütün qitələrdə rast
gəlinir. Zaqafqaziyada – Azərbaycan ; Asiyada – Suriya, İraq, İran, İsrail, Türkiyə, Əfqa-
nıstan, Hindistan, Şri-Lanka, Çin, Özbəkistan, Türkmənistan və s.; Afrikada – Əlcəzair,
Tunis, Mərakeş, Misir, Liviya, Efiopiya və s.; Cənubi Avropada – Yunanıstan, İspaniya
və s. ; Cənubi (Kolumbiya, Venesuella, Braziliya və s.) və Mərkəzi ( Texas ştatı,
Qvatemala, Meksika və s.) Amerikada; Haiti adasında. Tək-tək hallarda dəri leyşmanio-
zuna mötədil iqlimdə də rast gəlinməsi qeyd olunur. ÜST məlumatlarına görə dünyanın
88 ölkəsində leyşmanioz endemikdir və dəri leyşmaniozlu 12 mln. xəstə vardır. İldə
400 000-ə qədər yeniləri qeydiyyatdan keçir, 350 mln. isə yoluxma təhlükəsi altındadır.
İnfeksiya mənbəyi – yoluxmuş insan və ya heyvanlardır ( xırda gəmiricilər : qum
siçanı, sünbülqıran, kirpi, siçovul, eləcə də canavar və itlər). İnfeksiyanın daşıyıcıları
– Phlebotomus (Köhnə dünya), Lutzomyia və Psychodopygus (Yeni dünya) cinsindən
olan dişi mığmığalardır, yoluxmuş insan və heyvanların qanını sorarkən 6-8 saatdan
sonra artıq yoluxurlar. Özü də dişilər gecə qidalanır.
Dəri leyşmaniozu ilə yoluxma yoluxmuş mığmığanın sağlam adamı dişləməsin-
dən sonra baş verir. Ağcaqanaddan fərqli olaraq mığmığalar o qədər xırdadır ki, adamlar
onların dişləməsini hiss etmirlər. Mığmığalar binaların çatlarında, zibillikdə, çınqıllıqda,
termitlərdə, gəmiricilərin yuvalarında, bitki qalıqlarının çürüntülərinin toplandığı yerlər-
də balalayırlar. Mığmığalar yerə yaxın uçurlar, balaladığı yerdən uzağa getmirlər.
E t i o l o g i y a və p a t o g e n e z. Leyşmanioz törədicisi - Leishmania, parazit
ibtidailərə aiddir (Protozoa). Leishmania iki formada mövcuddur: qamçılı (promastiq-
li və ya leptomal) və qamçısız (amastiqli ya da leyşmaniozlu). Qamçılı Leishmania –
hərəkətli, iyəbənzər, hüceyrəxarici forması, 10-15 mkm uzunluğunda, mığmığanın ba-
ğırsağında olur. Qamçısız Leishmania – hərəkətsizdir, dairəvi ya da ovaldır, 2-3 mkm
uzunluğundadır, hüceyrədaxili forması sahibin ( insan və ya heyvan) orqanizminin reti-
kuloendotelial sisteminin hüceyrələrində məskunlaşır.
Orqanizmə daxil olan Leishmania dermanın makrofaqları tərəfinfən udulur, hü-
ceyrənin protoplazmasında çoxalmağa başlayır, onu dağıdır və hüceyrəarası boşluğa
daxil olur, digər hüceyrələrə də keçir. Patoloji proses ilkin olaraq dəridə, mığmığanın
dişlədiyi yerdə başlayır və törədiciyə çevrilir, nəticədə qranulema (leyşmanioma) inki-
şaf edir, bunun da klinik ekvivalenti papuladır (düyüncük). Leyşmaniyanın çoxlu növlə-
149
rinin aşkarlanması leyşmaniozun klinik formalarını təsnifata görə müəyyən edir.
L e y ş m a n i o z u n t ə s n i f a t ı:
Köhnə dünyanın leyşmaniozu
• Antroponoz dəri leyşmaniozu, yəni şəhər, quru, gec xoralaşan, ilyarası; növü –
vərəm dəri leyşmaniozu (törədici Leishmania tropica minor).
• Zoonoz dəri leyşmaniozu, yəni kənd, nəm, kəskin nekrozlaşan, kömüryarası
(Leishmania tropica mayor törədicisi).
Yeni dünyanın leyşmaniozu
• Yeni dünyanın dəri leyşmaniozu (L. mexicana, L. amazonensis, L. venezuelen-
sis, L. peruviana, L. colombiensis, L. guyanensis törədiciləri).
• Dəri-selikli qişa leyşmaniozu sin. Espundia (Leishmania panamensis, L.brasi-
liensis, L. guyanensis törədiciləri).
• Diffuz dəri leyşmaniozu (Leishmania pifanoi, L.mexicana, L.aethiopica, L.ama-
zonensis törədiciləri).
• Visseral leyşmanioz sin. Qara-azar (L. donovani, L. infantum, L. chagasi törə-
diciləri).
Dəri leyşmaniozunun bütün tiplərində klinik formaların müxtəlifliyinə baxmaya-
raq, bir qayda olaraq
• prosesin lokalizasiyası – açıq sahələrdə ( üz, boyun, yuxarı və aşağı ətraflar)
• elementlərin sayı “ vahidlərlə” hesablanır
• ilkin morfoloji element – düyüncük ( qabarcıq), bu da təkamül prosesində
xoralanma, çapıqlaşma mərhələlərini keçir
• çoxlu səpgilər olduqda – elementlər Langer dərisinin bitişməsi xətti boyu
yerləşir
Azərbaycanda – endemik zonada dəri leyşmaniozu xəstəliyini Leishmania tropica
2 növü törədir: L. t r o p i c a m a j o r və L. t r o p i c a m i n o r. Köhnə dünyanın hər
iki leyşmanioz törədicisi bioloji xüsusiyyətlərinə və prosesin epidemiologiyasına görə
fərqlənir. L. tropica mayor xəstəliyin zoonoz tipini şərtləndirir, heyvanlarda məskunla-
şır və parazitlik edir. L. tropica minor dəri leyşmaniozunun antroponoz tipini törədir,
yalnız insanlarda parazitlik edir.
Zoonoz tipə mığmığaların ilin isti vaxtlarında ( may-sentyabr) həyat-fəaliyyəti
ilə əlaqədar olaraq fəsillik müvafiqdir. Xəstəlik yazda başlayır, yayda güclənir və qışda
azalır. Ən çox aşağı ətraflar zədələnir. İnkubasiya dövrü 1-5 həftə çəkir, xəstəliyin gedi-
şat müddəti 3-6 ay davam edir.
Antroponoz tip fəsli xarakter daşımır, uzun müddət inkişaf edir və ilin istənilən
vaxtında başlaya bilər. Ən çox üz, ən az isə aşağı ətraflar zədələnir. İnkubasiya dövrü
orta hesabla 3-6 ay, çox vaxt 1-2 il çəkir.
K l i n i k i şəkil
Z o o n o z d ə r i l e y ş m a n i o z u zamanı dişlənmiş yerdə tək-tək və ya çoxlu
( dişlənmiş yerlərin sayından asılı olaraq ) qıpqırmızı rəngdə, 0,2-0,5 sm ölçüsündə p a p
u l a l a r ( q a b a r c ı q l a r ) əmələ gəlir. Papula (qabarcıq) tez, 3-5 gün ərzində 0,8-
2,0 sm ölçüsünə qədər böyüyərək göyərmiş ya da qıpqırmızı rəngdə, bəzən də çibanı
xatırladan, lakin sonuncudan elə də bərk olmaması və az ağrıdığına görə fərqlənən xə-
150
mir konsistensiyasında düyünlərə çevrilir. 1-3 həftədən sonra leyşmaniomanın mərkəzi
nekrozu başlayır, xoranın dibi sarımtıl-boz rəng alır. Nekroz mərhələsi 1-3 ay davam
edir. Nekrotik kütlədən təmizləndikcə periferiya boyunca nəzərə çarpacaq dərəcədə
mütəkkəyəbənzər infiltratlı vulkanabənzər xora əmələ gəlir, dağılması hesabına isə xo-
ranın ölçüsü artaraq 10 sm diametrinə çata bilir. Eyni zamanda xoranın dibində təzahür
edən qranulyasiya adacıqları artır və nekrotik toxumanı sıxışdırır, yaranın dibi qırmızı
rəng alır və dənəvərliyi balıq kürüsünü xatırladır. 2-5 ay qalaraq, xora mərkəzdən ça-
pıqlaşmağa başlayır və 3-6 aydan sonra d a r t ı l a n ç a p ı ğ ı n əmələ gəlməsi ilə
öz-özünə sağalmağa başlayır.
Zoonoz dəri leyşmaniozu zamanı çox vaxt xoranın ətrafında s ə p ə l ə n m i ş
q a b a r c ı q l a r və r e g i o n a r l i m f a d e n i t , l i m f a n q o i t formalaşır,
bunlar da leyşmaniyanın limfa damarları boyunca limfa düyünlərinə qədər miqrasiyası
nəticəsində inkişaf edir və sağalma prosesi 8 aya qədər uzana bilər. Mikrob florasının
qoşulması da dəri leyşmaniozunun gedişatını çətinləşdirə və sağalmanı ləngidə bilər.
Zoonoz dəri leyşmaniozu ilə xəstələnmiş adamlarda dəri leyşmaniozunun hər iki tipinə
ömürlük immunitet formalaşır.
A n t r o p o n o z d ə r i l e y ş m a n i o z u zamanı əmələ gələn leyşma-
nioma - papula ( qabarcıq) adətən zoonoz dəri leyşmaniozundan fərqli olaraq kiçikdir
( 0,1-0,2 sm), tünd qırmızı rəngdədir, qonura çalır, səthi hamardır. Qabarcığın ölçüsü
tədricən böyüyür, bərkləşir, dairəvi forma alır, daha intensiv qonur rəngdə olur və 3-6
aydan sonra diametri 1-2 sm-ə çata bilir. Papulanın (qabarcığın) mərkəzi hissəsində
buynuzlu qabıq-pulcuqlarla dolmuş vulkanabənzər oyuq formalaşır, iltihab nəzərə
çarpmır. Qabarcıq mərhələsi orta hesabla 4-8 ay davam edir. Leyşmaniomanın sonrakı
inkişafı iki yolla baş verə bilər, bu zaman mərkəzi qabıq-pulcuqlar qalınlaşır, iri qabığa
çevrilir ki, altında sağalma başlayır və ya yastı, ya da mütəkkəşəkilli, kənarı infiltratlı
üst yara açılaraq qopur ki, bunu da çox vaxt müşahidə etmək olur. Xoralanma mərhələ-
sinin müddəti orta hesabla 3-4 aydır. Leyşmaniomanın geriyə inkişafı xoranın nekrotik
kütlədən təmizlənməsi, xoranın dibində dənəvərliyin və adacıqların kənarlarının epi-
telizasiyasının təzahür etməsi ilə büruzə verir. Xoranı əhatə edən infiltrat yastılaşır və
sorulur. Proses çapıq atrofiyası ilə əhatə olunan çapığın əmələ gəlməsi ilə başa ça-
tır. Səpələnmiş, limfangitlər və limfadenitlərin qabarcıqları zoonoz tipində olduğundan
xeyli gec rast gəlinir. Antroponoz tipin ilkin leyşmaniomunun bütün gedişatı - təzahür
etməsindən çapıqlaşmaya qədər orta hesabla 6 aydan 1 ilə kimi çəkir, bununla əlaqədar
olaraq dəri leyşmaniozunun bu tipini ilyarası adlandırırlar. Antroponoz dəri leyşmaniozu
ilə xəstələnmiş adamlarda yalnız antroponoz dəri leyşmaniozuna immunitet formalaşır
və onlar təkrar xəstələnə bilərlər.
Dəri leyşmaniozunun həmçinin atipik formaları da ayırd edilir: vərəm və abortiv.
V ə r ə m d ə r i l e y ş m a n i o z u antroponoz dəri leyşmaniozunun xüsu-
si formasıdır ki, toxumalarda saxlanan leyşmaniyaların hesabına ilkin leyşmaniomanın
reqressiyasından sonra müxtəlif müddətdən sonra immundefisit vəziyyətində ya da su-
perinfeksiya nəticəsində inkişaf edə bilər.
Vərəm dəri leyşmaniozuna çox vaxt uşaqlarda və gənclərdə rast gəlinir. Bir qay-
da olaraq, proses üzdə, postleyşmanioz çapıq zonasında, nadir hallarda digər sahələrdə
lokallaşır. Klinik vərəm dəri leyşmaniozu ağımtıl-qonur rəngdə, yastı, konusşəkilli,
151
xırda (5 mm-ə qədər diametrində) ya da hamar, bəzən də üstü qabıqlanan yarımkürə for-
mada papulalarla (düyüncüklərlə) təzahür edir. Papulalar ( qabarcılar) çapığın üstündə
qrup halında, ya da qabarcıq infiltratlara qatışaraq vərəm qurdeşənəyində olduğu kimi
lüpusu xatırlada bilər. Lakin çox vaxt onlar çələng kimi halqa, ya da yarımqövs şəklində
çapığı dövrəyə alır.
Proses uzun çəkən gedişatı ilə səciyyələnir. Papulalar (qabarcıqlar) uzun müddət,
bəzən illərlə dəyişmədən qalır. Qabarcıqların bir hissəsi xoralanır, digəri xoralanmadan
reqressiya edir, lakin həmişə atrofik çapığın əmələ gəlməsi ilə başa çatır. Bəzi müəlliflər
nodulyar, diffuz-infiltrativ, xora-deformasiya, eitematoz, şişşəkilli, vərəm dəri leyşma-
niozunun qarışıq növlərini ayırd edirlər.
A b o r t i v d ə r i l e y ş m a n i o z u papulanın (qabarcığın) xoralanması ilə
müşayiət olunmur, çox vaxt onların səthi qabıqlanır, sonra səpgilər izsiz sorulur.
Köhnə və Yeni dünyanın dəri leyşmaniozunun klinik təzahürləri eynitiplidir.
Lakin Y e n i d ü n y a n ı n d ə r i l e y ş m a n i o z u zamanı dərinin zədələnməsi
dərinliyi ( hipodermaya qədər) ilə fərqlənir və proses kifayət qədər tez burnun, ağızın,
udlağın, qırtlağın, nadir hallarda cinsiyyət orqanlarının ( espundia) selikli qişalarına ya-
yılır. Ödem, xoralaşma, selikli qişalarda qansızmalar baş verir. Tənəffüs, çeynəmə, udma
pozulur, xəstələr arıqlayır. Selikli qişalar 1-2 ildən sonra dəridə xora əmələ gəldikdən
sonra zədələnir. Digər hallarda dərinin və selikli qişanın zədələnməsi eyni vaxtda proq-
ressivləşir. Çox vaxt qranulematoz-xoralı zədələnmə inkişaf edərək ikincili infeksiyaya,
toxumalara aid olan selikli qişaların perforasiyasına təhrik edir və sifəti çox çirkinləşdi-
rir. İmmunitet nə güclü, nə də gərgindir.
V i s s e r a l l e y ş m a n i o z ( q a r a – a z a r ) parazitin dəriyə inokulya-
siyasından (peyvənd) və makrofaqal sistemin hüceyrələri ilə dalağa, qara ciyərə və
sümük iliyinə çatdırılmasından sonra inkişaf edir. Tipik hallarda qızdırma, anoreksiya,
bədən çəkisinin azalması, splenomeqaliya, hepatomeqaliya, limfadenopatiya, anemiya,
leykopeniya, trombositopeniya, hipoalbuminemiya və hiperqammaqlobulinemiya ilə sə-
ciyyələnir. Çox vaxt qrammənfi törədicilərlə şərtlənən ikincili bağırsaq infeksiyası və
mikobakterial infeksiya ( vərəm) baş verir. Müalicəsiz visseral leyşmanioz praktiki
olaraq həmişə letal nəticələnir.
H i s t o p a t o l o g i y a. Epidermis – xoralaşmış, nəzərə çarpan akantoz müşahidə
olur. Derma – histiositlər və plazmatik hüceyrələrlə neytrofillərin qarışığından ibarət
qranulematoza təmayüllü iltihabla infiltratlaşır. Histiositlər leyşmaniyalarla dolmuş
olur.
Dəri leyşmaniozunun d i a q n o s t i k a s ı klinik şəklin, epidemioloji anamne-
zin nəticələrinin, bioptatda və Gimza boyağı ilə rənglənmiş yaxmada xoranın üstündən
götürülən izdə törədicini aşkarlayaraq öyrənilməsinə əsaslanmışdır. PZR leyşmaniozun
diaqnozunu təsdiqləyir və Leishmanianın müxtəlif növlərindən fərqləndirməyə imkan
verir.
Differensial diaqnostikanı cüzamla aparırlar, bunun üçün zədələnmə ocağında
hissiyyatın itməsi xarakterdir; vərəm üçün müsbət tuberkulin sınağı xarakterdir ; pio-
dermiya ilə - xüsisilə furunkula, eləcə də karbunkulla aparılır ki, bu zaman başlanğıcı
kəskin, irinli özəyi və ağrılı olur.
Müalicə. Dəri leyşmaniozunun müalicəsinin əsasən iki metodu mövcuddur: kim-
152
yəvi-terapevtik və destruktiv. Metodlardan hər biri xəstəliyin mərhələsinə, yayılmasına,
prosesin lokalizasiyasına müvafiq olaraq aparılır. Dəri leyşmaniozunun kimyəvi-tera-
pevtik müalicəsi zamanı birinci cərgə preparatlardan beşvalentli sürmə olub ( natri-
um-stiboqlükonat, meqlümin-antimoniat), parenteral və ocaq daxili yeridilməsi üçün
tətbiq edilir. İkinci cərgə preparatları pentamidin, B amfoterisini, metronidazol, itrako-
nazol, ketakonazol, xloroxindir. Preparatların dozası xəstənin bədən çəkisinə, yaşına və
xəstəliyin ağırlığına görə hesablanır. Kursun davamiyyəti terapiyanın effektindən asılı
olaraq 10-28 gün çəkir. Qabarcıq mərhələsində destruktiv metodlar ( lazero-, elektro-,
kriodestruksiya) mümkündür.
Profilaktika. Xəstələrin vaxtında aşkarlanması və müalicəsi, eləcə də təbii ocaq-
larda mığmığalardan müdafiənin fərdi vasitələrinin tətbiqi böyük əhəmiyyət kəsb edir.
Belə ki, bədənin açıq hissələrinə mığmığaları hürküdən vasitələrin çəkilməsi, çarpayı-
nın miçətkənlə örtülməsi. Endemik rayonlarda mığmığaların çoxaldığı yerlərin, yaşayış
evlərinin və yardımçı tikililərin insektisidlərlə dezinfeksiyası göstərişdir.
|