160
10 gün ərzində; və ya foskarnet 40 mq/kq venadaxilinə səpgilər itənə qədər hər 8 saatdan
bir - 10-24 sutka ərzində (asiklovirə rezistentlik olduqda).
Fizioterapiya metodları: zədə ocağına və ya kubital venalar zonasına helium-neon
lazeri (qanın lazerlə şüalandırılması). Zədə ocağına UBŞ və ya qanın
ultrabənövşəyi
şüalandırılması. Zədə ocağına virusəleyhinə məlhəmlərlə birgə ultrafonoforez. Sakral
qanqliyalar nahiyəsinə ultrasəs vasitəsilə paravertebral təsir.
Birincili herpesin profilaktikası: dəri və selikli qişalarda
herpes səpgiləri olan
xəstələrlə sıx kontaktdan çəkinməli.
Residivlərin profilaktikası
Residivləşən genital herpesin fasiləsiz supressiv terapiya metodikası: asiklovir 400
mq dozada gündə 2 dəfə bir il ərzində (ildə 6 və daha çox residiv olduqda). Bir ildən
sonra gələcək müalicə taktikasının aparılması məqsədilə residivlərin baş vermə tezliyini
qiymətləndirirlər.
İnaktivasiya olunmuş herpes vaksini saidin bükücü səthinə 0,2-0,3 ml dozada 3-4
gündən bir 5 inyeksiya dəri altı
yeridilir; 2 həftədən sonra analoji inyeksiyalar 5-7 gün-
dən bir №5 təyin edirlər; revaksinasiya 3-6 aydan sonra 7-14 gün intervalla 5 inyeksiya
olmaqla həyata keçirilir, 6-8 aydan sonra ikinci analoji revaksinasiya aparılır. Antiok-
sidant kompleks 3-4 həftə ərzində yeridilir. İmmun statusun vəziyyəti müəyyən olun-
duqdan sonra immunmodulyatorlar (taktivin, timalin, sikloferon, amiksin, polioksido-
niy, mielopid və s.) təyin edilir. Bitki mənşəli adaptogenlərin də yeridilməsi məsləhət
görülür. Orqanizmin sanasiyası aparılır. Şəxsi gigiyenaya əməl olunması vacibdir.
Cinsi
əlaqəyə səpgilərin reqressiyasından sonra baryer kontraseptivlərdən
istifadə etməklə
başlamaq olar.
Dostları ilə paylaş: