163
B12 vitaminlərinin kurs inyeksiyası (500-1000 mq) №10-15, askorbin turşusu sutkada
0,3-0,5 q. Ağrı nöqtələrinə novokainlə birlikdə elektroforez; paravertebral diatermiya №
6-10 və ya ultrasəs №10-12.
Oftalmoherpes və meninqoensefalit zamanı: asiklovir venadaxilinə; 40%-li urotropin
məhlulu 10
ml dozada venadaxilinə, hər gün №5-8.
İmmundefisit və ağırlaşmalar zamanı: asiklovir 10-12 mq/kq hər 8 saatdan bir vena-
daxilinə 7-14 gün ərzində; və ya valasiklovir 1,0 q daxilə sutkada 3 dəfə 7 gün ərzində;
və ya famsiklovir 50 mq sutkada 3 dəfə 7 gün; yaxud foskarnet venadaxilinə; qansiklovir
– başlanğıc doza 5 mq/kq 12 saatdan bir venadaxilinə 14-21sutka ərzində (gündəlik doza
6 mq/kq venadaxilinə sutkada 1 dəfə həftədə 5 dəfə).
İnterferon alfa - 2 əzələ daxilinə həftədə 3 dəfə 1 mln vahid təyin olunur.
Üçlü təsirə malik (ağrıkəsici, iltihab əleyhinə, hərarət salıcı) dərman preparatlarından
(panagezik, tramal və s.) istifadə etmək səmərəli olar.
Yerli: asiklovir, dezoksiribonukleaza, anilin boyaları, fukorsin, Burov mayesi, ocaq-
lara fizioloji məhlulla isladılmış sarğının qoyulması, kapsaisin məlhəmi, lidokain geli,
kombinə olunmuş kortikosteroid məlhəmi, USM, ultrasəs, lazeroterapiya.
Dostları ilə paylaş: