Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə11/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   446
DERMATOLOGİYA-dərslik 1

Dərinin deponent funksiyası
Dəri orqanizmin ikinci dalağı kimi olaraq özünəməxsus qan deposudur. Müəyyən 
şəraitdə genişlənmiş dəri damarları 1l-dən çox qan saxlamaq qabiliyyətinə malikdir. Bü-
tün dövr edən qanın 5 litr olduğu halda, bu kifayət qədər nəzərə çarpan rəqəmdir. Dəridə 
sudan başqa, öz növbəsində su və enerji mənbəyi olan piy də deposit olunur.
Dərinin tənəffüs funksiyası
Dəridən orqanizmə oksigen daxil olur və ümumi qaz mübadiləsinin 2%-i miqdarında 
karbon qazı xaric edilir. İnsan orqanizmi sutka ərzində dəri örtüyündən 7-9 q karbon qazı
xaric edir və 3-4 q oksigen udur. Ətraf mühitin və fiziki iş zamanı bədənin temperaturu-
nun, atmosfer təzyiqinin qalxması və dərinin kəskin iltihabı zamanı dəri tənəffüsü artır. 
Dəri digər qazları da keçirir. Epidermisin səthindəki şiddətli piylənmə dəridən tənəffüsü 
azaldır. 
Dərinin rezorbtiv (sorulma) funksiyası
Dəri daxili və xarici mühit arasında tamamilə keçirməyən sərhəd deyil. Suda və ya 
piydə əriyən maddələr, böyük və ya kiçik molekulyar kütləli birləşmələr üçün keçiricilik 
müxtəlif ola bilər, bu da çox vaxt prosesi tezləşdirir və ya ləngidir. Dəridən müxtəlif mad-
dələrin keçmə sürətinə bir çox faktorlar - dəri sahəsinin lokalizasiyası, onun hidratasiya 
dərəcəsi, buynuz qatın qalınlığı, lipid yağların olması təsir edir. Qazlardan başqa, dəri-
dən toksiki, üzvi və qeyri-üzvi maddələr (qlükokortikoidlər, qətran, civə, salisil turşusu, 
dimeksid) keçə bilər. Bəzi maddələr (civə, salisil turşusu) dəridən keçərkən epidermis 
hüceyrələrini, dermanın elastik liflərini zədələyir ki, bu da onların işinin pozulmasına və 
hətta məhv olmasına gətirib çıxarır. Dəridən keçən maddələr, həm də ümumi toksiki təsir 
göstərə bilər. Yad məddələrlə zədələnmələrə uyğun immun cavablar və allergik reaksiya-
lar (sadə kontakt və allergik dermatit, toksikodermiya) yaranır.
Dərman maddələrinin dəridən keçməsini öyrənmək və bundan istifadə etmək klinik 
dermatologiyada mühüm və perspektiv istiqamət təşkil edir. Parenteral və ya mədə-ba-


24
ğırsaq traktından yeridilən dərman preparatlarının əksəriyyəti dermatotrop deyil. Dəriyə 
daxil olmaq üçün iki alternativ yol var: transepidermal (nazik, nisbətən keçirici olmayan 
buynuz qat) və ya tük follikullarından (piy və ekkrin tər vəziləri). Dərman preparatla-
rının transepidermal yeridilməsi mədə daxilinin pH-dan, qida qəbulundan, metabolik 
inaktivasiyalardan asılı olmadığı üçün peroral və ya parenteral yeridilmə üsulundan üs-
tündür. Dərman preparatlarının transepidermal yol ilə qəbul edilməsi mühüm dəyərə 
malikdir – bilavasitə xəstə orqana çatdırılır.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin