26
Piy toxumasının adipositləri və leptin estrogenlər hasil edir.
Beləliklə, dərinin endokrin funksiyasının morfoloji substratı keratinositlər, Langer-
hans hüceyrələri, Melker hüceyrələri və melanositlərdir. Bütün bu hüceyrələr hormon
hasil edici hüceyrələrin morfoloji əlamətlərinə malikdir: tərkibində inkişaf etmiş bio-
sintez orqanelaları var, çıxıntılarının köməyi ilə dermanın (Langerhans hüceyrələri) he-
momikrosirkuləedici məcrası ilə kontaktda ola bilər. Dərinin endokrin funksiyasının ay-
dınlaşdırılması üzrə
tədqiqatlar təkcə nəzəri deyil, həm də təcrübi əhəmiyyət kəsb edir.
Dəri, xarici və daxili sekresiyanın mühüm vəziləri kimi, bütün daxili orqanlarla, bir-
ləşdirici toxuma ilə, hipofiz, böyrəküstü və digər endokrin vəzlər ilə sıx bağlıdır. Dəri
çıxarışları stimuləedici, damardaraldıçı və antiinfeksion vasitələr
kimi təsir edici orqan-
dır. Ona görə də alman alimi S.Şmitsin dərini “ən böyük endokrin vəzi” adlandırması,
heç də təəccüblü deyil.
Dərinin metabolik aktivliyi bir çox hormonlarla tənzimlənir. Həqiqətən, piy vəziləri
və bəzi tük follikulları androgenlərə reaksiya verməkdə hazır olduğundan, həm də ste-
roid hormonların təsiri altında müxtəlif transformasiyalara qabildir. Dihidrotestosteron
yetkinlik dövründə piy vəzilərinin böyüməsini, müəyyən tüklərin çıxmasını (kişilərdə
sinədə, yuxarı qasıq üçbucağında, burun və qulaqlarda tük örtüyü), eləcə də xarici cin-
siyyət üzvlərinin böyüməsi və inkişaf etməsinə təsir edir. Testosteronun dihidrotestoste-
ron konversiyasını blokada edən dərman vasitələri – antiandrogenlər - ya 5α reduktaza
və ya sitozolreseptor proteinin ingibasiyasını ləngidir. Simetidin və spironolakton kimi
dərman maddələri antiandrogen təsirə malikdir, akne və hirsutizmin müalicəsində tətbiq
olunur. Əlavə olaraq, tireoid hormonlar tüklərin inkişafını, dəri teksturasınınn dəyişmə-
sini tənzim edə bilir (hipertireoidizm zamanı nazik, zəif tüklər və hamar yumşaq dəri,
hipotireoidizm zamanı cod kobud tüklər və soyuq nahamar qalın dəri). Sonradan hor-
monlar melanin piqmentinin, melanosit stimullaşdıran hormonun, dərinin estrogen-stu-
muləedici piqmentasiyasının əmələ gəlməsinə təsir edir.
Dostları ilə paylaş: