Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı


IV FƏSIL. Dəridə ümumi patoloji proseslər



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə16/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   446
DERMATOLOGİYA-dərslik 1

IV FƏSIL. Dəridə ümumi patoloji proseslər
Dəridə baş verən patoloji proseslər onun müxtəlif struktur komponentlərinə toxuna 
bilər: epidermis və onun artımlarına, dermaya, dərialtı piy qatına.Bununla yanaşı qeyd 
etmək lazımdır ki, bu proseslər tamamilə təcrid olunmuş şəkildə müşahidə olunmur.Belə 
ki, epidermisdə baş verən dəyişikliklər mütləq dermada dəyişikliklərə gətirib çıxarır və 
əksinə.
Dəridə baş verən patoloji proseslər öz mahiyyətinə görə digər orqanlarda baş verən 
patoloji proseslərlə anolojidir.Amma dərinin strukturasının heterogenliyi ilə əlaqədar 
olaraq onlarınbəzilərinin morfoloji şəkli özünə məxsus xüsusiyyətlərə malikdir.Bundan 
başqa bəzi patoloji proseslər, məsələn, piqmentasiyanın pozulması və s. ancaq dəri üçün 
xarakterikdir.
Dəridə ümumi patoloji proseslərin təsnifatı
A. Epidermisdə ümumi patoloji proseslər
I. Hüceyrə kinetikasının pozulması:
1. Keratinosidlərin proliferasiyasının, apoptozunun və differensasiyasının normal
nisbətlərinin pozulması:

proliferativ proseslərin və keratinosidlərin differensasiyasının üstünlük təşkil 
etdiyi
tərəfə : ətraf mühitin qeyri-əlverişli faktorlarının(mexaniki təsirlər, ultra bənövşəyi
şüalanma və s.) dəriyə təsiri zamanı epidermisin adaptiv yenidən qurulması, bu da
epidermisin, xüsusilə də onun buynuz qatının qalınlaşmasına gətirib çıxarır-
proliferativ akantoz;xoranın formalaşması ilə keratinosidlərin apoptozunun üstünlük 
təşkil etdiyi tərəfə (epidermis hüceyrələrinin apoptozunu aktivləşdirən və proliferasiyanı 
zəiflədən faktorların təsiri: sitostatiklər ionizə edən şüalanma və s.)
2. Keratinositlərin proliferasiyalarının və korneositlərin eksfoliasiyalarının nor-
malnisbətlərinin pozulması:

proliferativ proseslərin və keratinositlərin differensasiyasının üstünlük təşkil et-
diyi tərəfə - proliferativ hiperkeratoz;

korneositlərin eksfoliasiyasının azalması tərəfə - retension hiperkeratoz;
3. Keratinositlərin differensiasiyasının pozulması:

keratinositlərin proliferativ aktivliyinin yüksəlməsi ilə müşayiət olunan buynuz-
laşmasımn ləngiməsi - parakeratoz;

keratinositlərin buynuzlaşmasının güclənməsi - diskeratoz.
II. Epidermal qatda keratinositlərin hüceyrələr arası əlaqələrinin pozulması - akan-
tolis,spongioz, hidrotik və ballonlayıcı distrofıyalar.
III. Subepidermal qovuqların formalaşmasına gətirib çıxaran dermo-epidermal 
əlaqələrinpozulması (çoxformalı eksudativ eritemada, bullyoz pemfıqoiddə, qırmızı 
qurdeşənəyində və s.).


30

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin