IV FƏSIL. Dəridə ümumi patoloji proseslər Dəridə baş verən patoloji proseslər onun müxtəlif struktur komponentlərinə toxuna
bilər: epidermis və onun artımlarına, dermaya, dərialtı piy qatına.Bununla yanaşı qeyd
etmək lazımdır ki, bu proseslər tamamilə təcrid olunmuş şəkildə müşahidə olunmur.Belə
ki, epidermisdə baş verən dəyişikliklər mütləq dermada dəyişikliklərə gətirib çıxarır və
əksinə.
Dəridə baş verən patoloji proseslər öz mahiyyətinə görə digər orqanlarda baş verən
patoloji proseslərlə anolojidir.Amma dərinin strukturasının heterogenliyi ilə əlaqədar
olaraq onlarınbəzilərinin morfoloji şəkli özünə məxsus xüsusiyyətlərə malikdir.Bundan
başqa bəzi patoloji proseslər, məsələn, piqmentasiyanın pozulması və s. ancaq dəri üçün
xarakterikdir.
Dəridə ümumi patoloji proseslərin təsnifatı A. Epidermisdə ümumi patoloji proseslər I. Hüceyrə kinetikasının pozulması:
1. Keratinosidlərin proliferasiyasının, apoptozunun və differensasiyasının normal
nisbətlərinin pozulması:
-
proliferativ proseslərin və keratinosidlərin differensasiyasının üstünlük təşkil
etdiyi
tərəfə : ətraf mühitin qeyri-əlverişli faktorlarının(mexaniki təsirlər, ultra bənövşəyi
şüalanma və s.) dəriyə təsiri zamanı epidermisin adaptiv yenidən qurulması, bu da
epidermisin, xüsusilə də onun buynuz qatının qalınlaşmasına gətirib çıxarır-
proliferativ akantoz;xoranın formalaşması ilə keratinosidlərin apoptozunun üstünlük
təşkil etdiyi tərəfə (epidermis hüceyrələrinin apoptozunu aktivləşdirən və proliferasiyanı
zəiflədən faktorların təsiri: sitostatiklər ionizə edən şüalanma və s.)
2. Keratinositlərin proliferasiyalarının və korneositlərin eksfoliasiyalarının nor-
malnisbətlərinin pozulması:
-
proliferativ proseslərin və keratinositlərin differensasiyasının üstünlük təşkil et-
diyi tərəfə - proliferativ hiperkeratoz;
-
korneositlərin eksfoliasiyasının azalması tərəfə - retension hiperkeratoz;
3. Keratinositlərin differensiasiyasının pozulması:
-
keratinositlərin proliferativ aktivliyinin yüksəlməsi ilə müşayiət olunan buynuz-
laşmasımn ləngiməsi - parakeratoz;
-
keratinositlərin buynuzlaşmasının güclənməsi - diskeratoz.
II. Epidermal qatda keratinositlərin hüceyrələr arası əlaqələrinin pozulması - akan-
tolis,spongioz, hidrotik və ballonlayıcı distrofıyalar.
III. Subepidermal qovuqların formalaşmasına gətirib çıxaran dermo-epidermal
əlaqələrinpozulması (çoxformalı eksudativ eritemada, bullyoz pemfıqoiddə, qırmızı
qurdeşənəyində və s.).