41
yerləşməsi əsas maddənin hidrofilliyinin artmasına və damar keçiriciliyinin dəyişilmə-
sinə səbəb olur. Nəticədə dərinin damarlarından plazmanın zülalları, qlobulinlər və qli-
koproteinlər sızır ki, bu da hüceyrəarası maddənin və kollagen liflərinin şişkinliyinə sə-
bəb olur. Sonralar hüceyrəarası maddənin dəyişikliklərinə hüceyrə reaksiyaları qoşulur,
bu da limfositar, histositar və plazmositar infiltratların formalaşmasına gətirib çıxarır.
Bu dəyişikliklər geriyə dönən xarakterlidir və müalicənin aparılması və patoloji prose-
sin sorulması nəticəsində reqres edə bilər. Mukoid şişkinlik kollagenozlar (qırmızı qur-
deşənəyi, sklerodermiya), allergik dermatitlər və s. zamanı rast gəlir. Mukoid şişkinlik
zamanı əsas maddə bazofilli boyanaraq və metaxromaziya verə bilir.
Birləşdirici toxumanın fibrinoid şişkinliyi
Dərinin birləşdirici toxumasının fibrinoid şişkinliyi mukoid şişkinikdən fərqli ola-
raq geri dönməyən xarakter daşıyır. O, burada anomal maddənin – fibrinoidin toplanma-
sı nəticəsində meydana çıxır. Onun yaranma mənşəyi və tərkibi indiyə qədər mübahisə
mövzusuna çevrilmişdir. Müxtəlif xəstəliklər zamanı fibrinoid kütlələrin tərkibi müxtə-
lif ola bilər. Bəzi hallarda autoimmun proseslər zamanı fibrinoiddə fibrin, komplement
və immun komplekslər çoxluq təşkil edərək, fibrinoidin bu növü immun komplekslərin
fibrinoidi adlanır. Bu zaman immun komplekslər komplementin komponentlərini zə-
dələyərək mikrosirkulyator damarların, paravazal birləşdirici toxumanın zədələnməsinə
səbəb olur ki, bu da sonra həmin yerdə fibrinin çökməsinə gətirib çıxarır. Bu, dəridə
autoimmun proseslər, məsələn, qırmızı qurdeşənəyi zamanı nəzərə çarpır. Plazmorra-
giya ilə müşayiət olunan angionevrotik dəyişikliklər zamanı da, transsudasiya yerində
fibrinin çökməsi (fibrinoid transsudasiyası) müşahidə olunur. Bütün hallarda kollagen lif-
lərin destruksiyası, əsas maddənin qlikozaminqlikanlarının tərkibinin dəyişilməsi qeyd
olunur ki, bu da dərinin damarlarının keçiriciliyinin artmasını və dəridən birləşdirici
toxumaya yüksəkmolekullu maddələrin daxil olmasını təmin edir. Fibrinoid şişkinlik
allergik vaskulitlər, Artyus fenomeni, kollagenozlar zamanı müşahidə olunur.
Histoloji müayinə zamanı birləşdirici toxumanın fibrinoid dəyişiklikləri olan ocaqlar
homogen, kəskin eozinofiliya ilə təzahür edir. Başlanğıc mərhələlərdə qlikozaminqli-
kanların böyük miqdarda toplanması nəticəsində onların toluidin abısı ilə boyanaraq
metaxromaziyası müşahidə oluna bilər, bir qədər sonra ŞİK-müsbət rəngləmə kəskin
nəzərə çarpır.
Birləşdirici toxumanın fibrinoid dəyişikliklərinin aqibəti birləşdirici toxumanın kəs-
kin destruksiyası və amorf detriti əmələ gətirməklə bərabər onun nekrozudur (fibrinoid
nekroz).
Dostları ilə paylaş: