Birləşdirici toxumanın əsas maddəsinin patoloji dəyişiklikləri Dermanın əsas maddəsinin dəyişiklikləri praktik olaraq dərinin bütün iltihabi və şiş
xəstəliklərində rast gəlir. Sistem xəstəliklərində (qırmızı qurdeşənəyi, dermatomiozit),
sklerozlaşmış dəmrov və s. zamanı əsas maddədə qlükozaminqlikanların toplanması baş
verir. Bəzi hallarda əsas maddədə musinoz dəyişiklikləri meydana çıxır ki, bu da kol-
lagen liflərin normal quruluşunun dəyişilməsi ilə müşayiət olunur. Bəzi irsi xəstəliklər
zamanı da həmçinin əsas maddənin tərkibi dəyişir. Belə ki, elastik psevdoksantoma za-
manı dəridə hialuron turşusunun, xondroitinsulfat və dermatansulfatların miqdarı artır.
Birləşdirici toxuma distrofiyaları Dermanın və hipodermanın əvvəldə göstərilən birləşdirici toxuma zədələnmələ-
ri onunla səciyyələnir ki, patoloji dəyişikliklər bilavasitə birləşdirici toxumanın tərkib
komponentlərində baş verir. Onların dəridə gedən ümumi patoloji proseslərin sərbəst
qrupuna ayırd edilməsi müəyyən dərəcədə şərtidir, lakin 2 səbəbdən məqsədəuyğundur:
birincisi – didaktik məqsədlə; ikincisi – hüceyrəarası maddənin bu cür dəyişikliklərinin
digər patologiyalarda da rast gəlməsinə baxmayaraq, nəzərdən keçirilən vəziyyətlərdə
onlar nisbətən müstəqildirlər və müəyyən qədər birincilidirlər. Bütün digər hallarda on-
lar ikincilidir, birləşdirici toxumanın əvvəldə baş verən kompleks dəyişiklikləri fonunda
meydana çıxırlar. Birləşdirici toxuma distrofiyaları zamanı mübadilə proseslərinin po-
zulması nəticəsində birləşdirici toxumada və dərinin damarlarında onlar üçün səciyyəvi
olmayan mübadilə məhsulları toplanır. Onlar qan, limfa vasitəsilə gətirilə bilər, lakin
lifli strukturların və ya əsas maddənin sintezinin pozulması nəticəsində yarana bilər. Me-
zenxima distrofiyaları da həmçinin eyni mexanizmə malik ola bilər və yuxarıda şərh
olunan birləşdirici toxumanın struktur dəyişiklikləri kimi, dərinin eyni xəstəliklərində
meydana çıxa bilər, lakin spesifik patoloji proseslərin təzahürü də ola bilər.