Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı


Dermo-epidermal əlaqələrin pozğunluqları



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə20/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   446
DERMATOLOGİYA-dərslik 1

Dermo-epidermal əlaqələrin pozğunluqları
Dermo-epidermal əlaqədə autoimmun aqressiya amilləri rolunda çıxış etməyə qabil 
olan çoxlu sayda autoantigenlər vardır. Dermo-epidermal birləşmələr dəriyə mexaniki 
təsirlər etdikdə və iltihabi proseslər zamanı dağıla bilər. Bu əlaqənin pozulması nəti-
cəsində subepidermal qovuq əmələ gəlir, lakin onun yaranması mexanizmi yuxarıda 
göstərilən fikirlərlə əlaqədər müxtəlif ola bilər. Subepidermal qovuqlar mexaniki, iltiha-
bi və ya immun mənşəli olurlar.
Mexaniki mənşəli subepidermal qovuqlar ən sadə variantında mexaniki amillərin


36
yüksək təsiri (uzunmüddətli sürtünmə və s.) nəticəsində meydana çıxa bilər. Belə hal-
larda mikrohemo- və limfosirkulyasiyanın pozulması nəticəsində mikrodamarlardan 
xaric olan qan və ya limfa mexaniki şəkildə epidermisi dermadan aralayır. Damarlardan 
çıxan mayeyə müvafiq olaraq qovuğun möhtəviyyatı seroz, yaxud hemorragik olur. 
Bəzi xəstəliklərdə (gecikmiş dəri porfiriyası) dermo-epidermal birləşmənin tamlığı çox 
cüzi zədələr zamanı pozulur, bu, həmçinin bullyoz epidermolizin distrofik formasın-
da da baş verir, belə hallarda, ümumən, fiziki-kimyəvi mənşəli subepidermal qovuqlar 
göstərmək lazımdır. Çünki onlar dermo-epidermal zonanın fiziki-kimyəvi pozğunluqları 
ilə bağlı əmələ gəlirlər. Belə ki, bullyoz epidermolizin distrofik formasında dermo-epi-
dermal zonada möhkəmləndirici fibrillərin sayı azalır (və ya tamamilə yox olurlar), bu 
da onların kollagenazanın təsiri nəticəsində dağılması ilə izah edilir - bu zonada kolla-
genazanın aktivliyi artır.
Qırmızı yastı dəmrov, çox formalı ekssudativ eritema, qırmızı qurdeşənəyi kimi 
xəstəliklərdə və digər dermatozlarda bazal membranın dağılması itihabi xarakter daşıya 
bilər. Bu zaman eozinofil və neytrofil leykositlər öz sitoreseptorlarının vasitəsilə bazal 
membranla birləşir və öz fermentləri ilə onu tam dağıdırlar, nəticədə epidermisin aralan-
masına və subepidermal qovuğun əmələ gəlməsinə səbəb olurlar.
Bullyoz pemfiqoid zamanı subepidermal qovuğun əmələ gəlməsi mexanizmi 
immunloji xarakter daşıyır. Onun əsasında bazal membranın işıqlı lövhəsinin kompo-
nentlərinə qarşı autoantitellərin (IgG və s.) hasil olması durur. Autoantitellərin bazal 
membranla spesifik birləşməsindən sonra buraya komplementin komponentləri çökür və 
onlar da öz növbəsində qranulositlər, ilk öncə eozinofillər, həmçinin neytrofillər üçün 
güclü xemotaksik maddələr sayılırlar. Bazal membranın lizisi zonasında tosqun hücey-
rələrin toplanması da səciyyəvi hal hesab olunur və onlar da sürətlə deqranulyasiya 
Şək.4.7 Qovuq əmələ gəlməsi ilə
epidermis bazal hüceyrələrinin ballon
distrofiyası (ox ilə göstərilib x 250
(Svetkova Q.M., Mordovseva V.N., 1986)
Şək.4.6. Qırmızı qurd eşənəyi zamanı
təbəqə hüceyrəsinin vakuol distrofiyası
((Svetkova Q.M., Mordovseva V.N., 1986


37
edirlər. Bu zaman qranulalarda olan bioloji aktiv maddələr qranulositləri fəallaşdırır və 
dağılan bazal membrana doğru yerdəyişməsini asanlaşdırır.
Bəzən subepidermal qovuqların son 2 növü birincili sayılır ki, o da bazal 
membranda baş verən birincili pozğunluqların nəticəsində meydana çıxa bilir.. Həqiqi 
mexaniki mənşəli qovuqlar ikincili sayılırlar, belə ki, əvvəlcə epidermadaxili qovuq 
əmələ gəlir və yalnız sonuncunun ölçülərinin böyüməsi nəticəsində o, dermal-epidermal 
birləşməyədək çatır, onu dağıdır və subepidermal qovuğa çevrilir. 

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin