34
keratinositlər ya qrup, ya da mozaika şəklində yerləşə bilir. Sonradan hüceyrələr bir sıra
dəyişikliklərə məruz qalır. Onlar əvvəlcə intensiv boyanmış nüvəyə və dənəli bazofil
sitoplazmaya malik olur, sonradan kiçik piknotik nüvəli və kəskin asidofil sitoplazmalı
hüceyrəyə çevrilirlər. Belə hüceyrələr buynuz qatında yerləşir və Darye cisimləri ad-
lanır. Elektronomikroskopik tədqiqat zamanı desmosomların dağılması, tonofilament-
lərlə əlaqələrin itməsi, hüceyrə nüvəsi ətrafında yığılması müşahidə olunur. Sonradan
hüceyrədə bərkimə və keratinlərin miqdarının azalması baş verir, onlarda “boş sahələr”
yaranır, nəticədə hüceyrələr dənəyə çevrilir. Diskeratoz zamanı kifayət qədər tez za-
manda bazalüstü akantoliz və sonradan bir qat keratinositlə əhatələnmiş lakunalar – int-
raepidermal qovuq- keratinositlər arasındakı desmosomal əlaqələrin itməsinin nəticəsi
– formalaşır.
Epidermal yataqda keratinositlərin hüceyrəarası əlaqələrinin pozulmasi
Epidermal yataqda keratinositlər çoxsaylı desmosomlar vasitəsilə vahid sistemdə bir-
ləşirlər. Bir sıra patoloji vəziyyətlər zamanı bu əlaqələr pozulur və epidermadaxili boş-
luqların yaranmasına gətirib çıxarır, bunlar da dermanın altında yerləşən damarlardan
sızan mayeilə dolur. Kratinositlərarası əlaqələrin akantolizadlandırılan birincili itkisivə
ödem zamanı mayenin epidermisə daxil olması nəticəsində meydana çıxan spongiozad-
lanan ikincili itkisi ayırd olunur (Şək.4.4.).
Akantoliz öz növbəsində birincili və ikincili olmaqla 2 yerə bölünür. Birincili akan-
toliz epidermisdəki hüceyrəarası əlaqələrin autoimmun pozğunluqları nəticəsində mey-
dana çıxır. Bu, keratinositlərin hüceyrə qatının komponentlərinə qarşı G və M sinfi
autoantitellərin hasil olması nəticəsində baş verir. Reaksiyada həmçinin komplement
sisteminin komponentləri də iştirak edir. Antitellər və komplementlə şərtlənən hücey-
rəarası əlaqələrin destruksiyası keratinositlərin dağılması zamanı xaric olan lizosomların
hidrolitik fermentləri ilə başa çatdırılır.
Şək.4.4.
Kəskin ekzemada epidermis
hüceyrəsinin destruksiyası ilə spongioz
qovuqcuq x 75
Svetkova Q.M., Mordovseva V.N., 1986)
Şək.4.5. İçərisində akan-
tolitik hüceyrə
olan akantolitik epiderm-
daxili qovuq x 75
Svetkova Q.M., Mordovseva V.N.,)
(1986
35
Birincili akantoliz bir çox autoimmun proseslər, məsələn, pemfiqus zamanı müşahidə
edilir. (Şək.4.5.)Onun əsasında həmçinin keratinositlərin membranlarının irsi pozğun-
luqları dura bilər ki, bu da ailəvi Quassero-Xeyli-Xeyli pemfiqusunda müşahidə olunur.
Bu zaman hüceyrəarası əlaqələrin itməsində işəsalma mexanizmləri ekzogen amillər:
məsələn, mexaniki zədələr, bakterial infeksiyalar və s. sayılırlar. Epidermisin tikanlı qa-
tında hüceyrəarası desmosomal əlaqələrin itməsi nəticəsində toxuma mayesi ilə dolan
qovuqcuqlar – akantolitik qovuqcuqlar əmələ gəlir. Əlaqələri pozulmuş keratonistlər
(akantolitik hüceyrələr) «toxuma mayesində» sərbəst «üzürlər». Onlar
dairəvi forma
(tonofibrillər nüvətrafı sahədə yığıldıqları üçün) alırlar. Sonralar hüceyrələrdə metabolik
proseslər xeyli azalır və onlar tədricən dağılırlar.
İkincili akantoliz keratinositlərin özlərinin viruslar (məsələn, herpes, su çiçəyi viru-
su) tərəfindən zədələnməsi ilə bağlıdır. Bu zədələnmələrin nəticəsində keratonistlərdə
əvvəlcə hüceyrədaxili ödem, sonra isə vakuollaşma prosesi baş verir. Vakuollar perinuk-
lear yerləşəcək, daha kəskin hallarda sitoplazmanın böyük hissəsini əhatə edir, nüvəni
periferiyaya doğru sıxışdırır. Bu zaman nüvə oraqvari forma alır. Keratinositlərin belə
distrofiyası hidropik və ya vakuol distrofiyası adlanır (Şək.4.6.). Onun adi lokalizasiyası
tikanlı və dənəli qatdadır. Bazal qatın hüceyrələri hidropik distrofiyaya məruz qaldıqda
bu hüceyrələrin ölümü baş verir, epidermis bazal membrandan ayrılır, əmələ gələn boş-
luqlarda isə toxuma mayesi toplanır və subepidermal qovuqcuq formalaşır. Distrofiyanın
bu növü qırmızı qurdeşənəyi, skleroatrofik dəmrov və bəzi digər xəstəliklər zamanı rast
gəlir.
Epidermisin kəskin nəzərə çarpan ödemi zamanı epidermisin ballon distrofiyası in-
kişaf edir ki, bu da böyük bir sahədə hüceyrəarası əlaqələrin itməsi ilə müşayiət olunur
(Şək.4.7.). Akantolitik qovuqlar iridir, seroz-fibroz ekssudatla doludurlar və içərisində
çox iri, həddən artıq şişkin keratinositlər vardır. Onlar sonradan homogen eozinofil şar-
şəkilli törəmələrə çevrilirlər.
Kerasitararası əlaqələrin ikincili pozğunluqları
epidermisdə deyil, dermada birinci
dəyişikliklərin yaranması ilə əlaqədar olub onun məməcikli qatında ödem əmələ gəlməsi
ilə təzahür edir. Epidermisdə baş verən dəyişikliklər ikincilidir, ödem mayesinin derma-
dan daxil olması ilə əlaqədardır. Ödem mayesi epidermisdə olan hüceyrəarası əlaqələri
zəiflədir və dağıdır və əgər epidermisin ikincili ödemi güclü nəzərə çarpırsa, onda
keratinositlərin bir qismi tələf olur, onların yerində seroz maye ilə dolu mikroboşluqlar
əmələ gəlir. Bu mikroboşluqlar daha iri qovuqlar yaradaraq sonradan birləşə bilirlər.
Bu hadisə spongioz, qovuqlar isə sponqiotik qovuqlar adlanır. Onlara leykositlər daxil
olduqda sponqiotik pustulalar əmələ gəlir.
Dostları ilə paylaş: