Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə27/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   446
DERMATOLOGİYA-dərslik 1

Alterasiya
Alterasiya mərhələsi hüceyrələrin normal quruluşunun və hüceyrəaraası maddənin
pozğunluqları ilə səciyyələnir ki, bu da onların ölümünə gətirib çıxarır. Bu zaman böyük 
miqdarda iltihab mediatorları xaric olur. Bunlar hüceyrə mediatorlarıdır. Bundan başqa, 
böyük sayda bioloji aktiv maddələr (iltihabi plazma mediatorları) qan plazmasından zə-
dələnmə yerinə doğru hərəkət edirlər.
İltihab mediatorları bir çox funksiyaları yerinə yetirirlər:
• 
damar divarının keçiriciliyinin dəyişilməsi (artması);
• 
iltihab reaksiyasının hüceyrəarası qarşılıqlı əlaqələrinin təmin olunması; xemo-
toksik amillərin rolu;
• 
özək hüceyrələrindən iltihab prosesinin hər bir mərhələsində başlıca rol oyna-
yan müəyyən formalı hüceyrələrin bölünməsi və diferensiasiyası;
• 
faqositoz proseslərinin və immun reaksiyaların fəallaşması.
İltihab mediatorlarına qranulositlər, toxuma bazofilləri (deqranulyasiya), endo-
teliositlər, trombositlər və digər hüceyrələr tərəfindən hasil edilən bioloji aktiv maddələr 
Qeyri-immun
İmmun
1. Seroz
1. Dərhal baş verən allergik reaksiyalar (övrə, dərman eritemasının bəzi 
növləri)
2. İrinli
2. Autoimmun mənşəli sitotoksik reaksiyalar ( qovuqcuq, pemfiqoid, Layelli 
sindromu)
3. Hemorragik
3. İmmunkompleks reaksiyalar (çoxformalı ekssudativ eritema, toksidermi-
ya və digər növ dermatozlar, Şenleyn-Qenox purpurası və s. 
4. Produktiv (proliferativ) 4. Ləng tipli hiperhəssaslıq (allergik təmas dermatiti, ekzema, neyrodermit 
və s.)
5. Qranulomatoz iltihab (vərəm qurd eşənəyi, cüzam, sarkoidoz, qranuloma-
toz zədələr olan göbələk xəstəlikləri)
6. «Transplantat sahibinə qarşı» reaksiyasının dəri əlamətləri


44
aiddir. Buraya histamin, serotonin, interleykinlər, lizosomal hidrolazalar, prostoqlandin-
lər, leykotrienlər, plazmanın kinin sistemi, Xaqeman amili, ləng raksiya göstərən subs-
tansiyalar və bir sıra digər, o cümlədən öyrənilməyən amillər daxildir. Bu maddələrin 
damar divarına və birləşdirici toxumanın əsas maddəsinə təsiri nəticəsində mikrodamar-
ların keçiriciliyi onların mənfəzi eyni vaxtda genişlənməklə bərabər kəskin şəkildə artır. 
Damar divarı iltihabın növbəti mərhələsinə - ekssudasiya mərhələsinə hazırlanır.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin