48
dəriyə kimyəvi maddələrin, toksinlərin, bakteriyaların təsiri zamanı, təcili hiperhəssaslıq
tipində alterativ proseslər üstünlük təşkil edir. Onlar da öz növbəsində birləşdirici toxu-
manın fibrinoid dəyişiklikləri ilə müşayiət oluna bilər (allergik vaskulitlərdə, revmatoid
düyünlərdə,qırmızı qurdeşənəyində və s.)
Alterativ proseslər dəri damarlarında trombların əmələ gəlməsi zamanı daha bariz
görünür ki, bu da xüsusi ilə nekrotik dəyişikliklərlə gedən (Ruiterin allergik vaskuliti,-
Verter-Dümlinqin düyünlü nekrotik vaskuliti) vaskulitlərdə müşahidə olunur.
Dəri iltihabında eksudativ komponentin üstünlüyü mikrosirkulyator dövranın kəs-
kin reaksiyasında rast gəlinir. Eksudatın xarakteri mediatorların miqdarından, onların
təsir intensivliyindən, hüceyrələrin müvafiq reseptorlarının mediatorlara həssaslığından,
həmçinin mikrodamarların divarının zədələnmə dərəcəsindən asılıdır.
Dostları ilə paylaş: