Dərinin xroniki iltihabı Əmələgəlmə mexanizminə görə xroniki iltihabı 3 növə ayırırlar.
1. törədicinin hüceyrədaxili persistensiyası nəticəsində yaranmış xroniki iltihab (də-
rin mikozlar,sifilis, vərəm və s.)
2. Eliminasiyaya məruz qalmayan passiv materialın dəridə uzun müddət qalması nə-
ticəsində yaranan iltihab (silisium, yad inert cisimlər və s.)
3.”antigen-antitel” kompleksinin dəridə xroniki dəyişikliklər yaratdığı autoimmun
iltihab ( revmatoid artrit, autoimmun tireoidit).
Dərinin immun iltihabı A.İ.Strukov və həmmüəlliflərinin (1990) fikrincə banal iltihabın həmişə immunloji
aspekti olmağına baxmayaraq, bəzi xəstəliklərdə klinik-immunloji şəkildə immun ca-
vab və sonrakı iltihabi reaksiyalar qeyri-adi dərəcədə aydınlıqla vəhdət şəklində təzahür
edir. Müəlliflər belə hesab edir ki, bu təkcə iltihabın immunloji aspekti deyil,immunloji
iltihabın özüdür.
Dəridə immun iltihabın əsasını epidermis və dermanın immunkompetent hüceyrələ-
ri təşkil edir. Epidermisdə bunlar intraepidermal limfositlər, Langerhans hüceyrələri və
Qrinsteyn hüceyrələridir. Keratinositlər də həmçinin immun iltihabın aktiv iştirakçıla-
rından biridir. Onlar dəridə immun iltihabi proseslərdə iştirak edən müxtəlif mediatorlar
ifraz edirlər. Dermada bu hüceyrələrə limfositlər, toxuma bazofilləri, makrofaqlar, plaz-
mositlər,qranulositlər (xüsusi ilə eozinofil) aiddir. Sadalanan histiogen mənşəli hücey-
rələrlə yanaşı immun iltihabda hematogen mənşəli hüceyrələr də iştirak edir.
Dəridə immunpatoloji proseslərin və immun iltihabın demək olar ki bütün məlum
olan növləri reallaşır (Persine İ.S., 1993). Bu baxımdan dərini unikal orqan hesab etmək
olar. Məhz bununla bağlı o, immunpatoloji fenomenlərin tədqiq olunması məqsədi ilə
çoxsaylı eksperimental modellərdə istifadə olunur.
Şək.4.10. Allergik reaksiyanın reagin tipinin sxemi (Novkov D.K. və həmmüəlliflər,
1996)