49
-
“aqressiya” və “müdafiə” faktorlarının istehsalı (məsələn, hialuronidaza yayıl-
ma faktoru rolu oynamaqla yanaşı, eyni zamanda toksinyaranma inhibitorlarının təsirini
aradan qaldırır);
-
irinyaradan bakteriyaların makroorqanizmə immundepressiv təsiri (nis-
bətən yaxın vaxtlarda müəyyən edilmişdir): plazmositlərin miqdarının azalması, T-lim-
fositlərin aktivliyinin pozulması və s.;
-
streptokokk və stafilokoklarin öz morfoloji xüsusiyyətlərini dəyişmək bacarığı
(L-formaya transformasiya, serotipləri dəyişmək) onları makroorqanizmlərin müdafiə
faktorları üçün əlçatmaz edir.
Bundan əlavə, mikroorqanizmlərin antigen xüsusiyyətlərinin dəyişməsi nəticəsində
makroorqanizmin immun sistemi daim gərginləşir və antimikrob və antitoksik faktorla-
rın ifrazı çətinləşir. Dərinin irinli iltihabının inkişafına makroorqanizm tərəfdən aşağıda-
kı dəyişikliklər səbəb olur (Qluxenğkiy B.T. i soavt., 1983);
-
orqanizmin reaktiv
xüsusiyyətlərinin zəifləməsi;
-
mərkəzi və periferik
sinir sistemi xəstəlikləri, aclıq,
qeyri-rasional qidalanma;
-
bunun nəticəsində dərinin bakterisid xüsusiyyətlərinin azalması;
-
travma və mikrotravma nəticəsində dəri örtüyü tamlığının pozulması.
Dərinin irinli iltihabı zamanı əsas morfoloji element pustula hesab edilir. Pustulanın
növlərindən biri- Koqoy pustulası epidermisin səthi qatlarında yerləşən çoxkameralı ele-
ment olub qranulosit və keratinositlərin dağılma məhsulları ilə dolmuş kiçik boşluqlar
şəklində olur. Akantoz və spongioz inkişaf edir.Pustulyoz psoriaz, Reyter xəstəliyi və
digər dəri xəstəlikləri zamanı rast gəlinir. Xroniki irinli iltihaba piodermiyalar aid edilir.
Dostları ilə paylaş: