TSQR-nin dəri təzahürlərinin klinikası
TSQR –nin kəskin forması dəridə ləkəli-papulyoz səpgilər şəklində, əsasən üzdə, qulaq
seyvanında, gövdənin yuxarı hissəsində, ovuclarda və ayaq altında meydana gəlir. Təz-
yiq olan yerlərdə qovuqlar əmələ gələ bilər. Belə dəyişikliklər toksik nekrozla eynidir və
tez-tez xəstənin ölümünə səbəb olur.
TSQR –nin xronik forması dərinin yayılmış və ya məhdud pozğunluqları ilə xa-
rakterizə olunur və səpgilərin tipinə görə bir-birinin ardınca gələn lixenoid və sklerotik
fazalara bölünür. Lixenoid papulalar bənövşəyi rəngdə olub, qırmızı yastı dəmrovun ele-
mentlərini xatırladır. Adətən ovuclarda və ayaq altında yerləşir, yayılmış və ya bir-biri
ilə birləşmiş olub, qaşınma verir. Özündən sonra kənarları qeyri-düzgün intensiv hiper-
piqmentasiyalı ocaqlar əmələ gətirir. Nisbətən daha gec sklerotik fazada dəri səthində
cklerodermiyaya bənzər bərkimə ocaqları meydana gəlir. Dəri artımları bu zaman atro-
fiyalaşır, tezliklə alopesiya formalaşır. Ocaqda dəri elastikliyini itirir, atrofiya, hipo- və
hiperpiqmentasiya sahələri əmələ gəlir.
TSQR-nin patomorfologiyası
Kəskin TSQR epidermisin bazal hüceyrələrinin və tük follikulları epitelisinin va-
kuol distrofiyası ilə xarakterizə olunaraq limfositlərin epidermisə daxil olması və
dermada kiçik limfositar infiltrasiyanın əmələ gəlməsi ilə xarakterizə olunur yanaşı
gedir. Tez-tez keratinositlərin limfaassosiasiyalı apoptozu (belə apoptotik dəyişmiş ke-
60
ratinositlər interaepidermal limfositlərin yanında olaraq onlarla sıx kontaktda yerləşir
- satellitli nekroz) qeyd edilir. Vakuol distrofiyanın artması epidermisdə qovuqlar əmələ
gətirərək aralanıb qopması ilə nəticələnir. Epidermisin zədələnməsinin ağırlıq dərəcə-
sinə görə adətən TSQR-nin gedişinin ağırlığı müəyyən edilir: TSQR-nin I dərəcəsində
bazal hüceyrələrin vakuol distrofiyası baş verir. II dərəcə keratinositlərin apoptozu və
kütləvi şəkildə limfositlərin epidermisə daxil olması ilə xarakterizə olunur, III dərəcədə
dermanın limfositlərinin perivaskulyar infiltrasiyası sürətlənir. TSQR-nin IV dərəcəsi
epiteliositlərin nekrozu, parakeratosun meydana çıxması, epidermal nekrolizisdə isə -
derma məməciklərinin ödemilə xarakterizə olunur. TSQR-nin dəri təzahürlərinin ağırlığı
adətən infiltrasiyalaşmış epidermisin və derma limfositlərinin miqdarından asılıdır.
Xronik TSQR. Xronik TSQR – nin erkən lixenoid formasında histoloji dəyişikliklər
idiopatik qırmızı yastı dəmrovun elementlərinin eynidir. Aydın nəzərə çarpan hiperke-
ratoz və bazal keratinositlərin vakuol degenerasiyası qeyd edilir. Epidermisin altında
formalaşan infiltratın tərkibinə limfositlər, eozinofil leykositlər, bir qədər plazmositlər
və piqment hüceyrələri (melanoforlar) olur. Bu infiltratın qırmızı yastı dəmrov infiltra-
tından fərqi birincilərin az yastı və tərkibinə daxil olan hüceyrələrin çox müxtəlif olma-
sındadır (qırmızı yastı dəmrovda infiltratın tərkibində əsasən limfositlər olur).
Xronik TSQR –nin gecikmiş sklerotik fazasında histoloji şəkli sklerodermiya ilə
üst-üstə düşməsilə xarakterizə olunur: epidermisin atrofiyası formalaşır, bəzi yerlərdə
bazal keratinositlərin vakuol degenerasiyası saxlanılır. Dəri artımları da atrofiyaya uğ-
rayır. Dermada melanoforların miqdarı artır, ocaqlı perivaskulyar limfositar infiltratlar
qeyd edilir. Belə infiltratlar həm də dəri artımlarının ətrafında yerləşir. Sklerotik dəyi-
şikliklər əsasən dermanın məməcikli qatını əhatə edir. Bu qatda kollagen liflərin tərkibi
dəyişir, I tip prokollagenin miqdarı artır. Aktiv fibroblastlar, toxuma bazofilləri, limfo-
sitlər, makrofaqlar və melanoforlar müşahidə olunur.
|