77
Diaqnozu başqa metodlarla təstiqləmək mümkün olmadığı hallarda histoloji müayinə
tətbiq olunur. Bəzi diaqnozlarda (dəri şişləri,
Darye xəstəliyi, lımfomalar,
sarkoidoz,
dərin mikozlar) biopsiya olunmuş materialın patohistoloji müayinəsi həlledici olur. His-
toloji müayinə hər şeydən əvvəl klinik diaqnozu təsdiqləyir, yəni patomorfoloji dəyişik-
liklərə əsasən təxmin olunan diaqnoz dəqiqləşdirilir. Bəzi hallarda aparılan müalicənin
effektliyini yoxlamaq üçün biopsiya aparılır.
II. Dəri qabıqlarının, qartmağın, eksudatın, biopsiya olunmuş materialın, saçların,
dırnaqların mikrobioloji müayinələri.
1. Yaxma - izlərin akantolitik hüceyrələrə görə müayinəsi.
2. Zədə ocağından götürülmüş sıyrıntınm mikroskopiyası:
- Göbələklər : 10%-li KOH məhlulu ilə işlənilmiş preparat.
- Bakteriyalar: Qram üsulu ilə boyanmış yaxma.
- Viruslar : Tsank sınağı (vezikulanın dibindən yaxma).
- Spiroxetalar : qaranlıq görmə sahəsində mikroskopiya.
- Parazitlər : qoturluq yolundan götürülmüş sıyrıntıda qoturluq gənəsinin tapılması;
Demodex folliculorum gənəsinə görə müayinə.
3. Bakteriyaların, göbələklərin, qamçılıların aşkara çıxarılması üçün qidalı mühit-
də əkilməsi.Qranulyoma çox olduqda əkmə üçün xırdalanmış biopsiya materiah istifadə
olunur.
4. Hüceyrə kulturalannda virusların aşkarlanması.
III. Qanın müayinəsi:
- Qanın əkilməsi.
- Seroloji reaksiyalar : sifilisə
görə seçmə reaksiyalar; antinuklear antitellər.
- Qanın ümumi analizi: hematokrit, hemoqlobin, formah elementlər, leykositar for-
mula.
- Qanın biokimyəvi analizi : ac qarnına plazmanın qlükozası, qanın sidik cövhərinin
azotu,
zərdab kreatini, qara ciyər funksiyalarının biokimyəvi göstəriciləri.
- Qalxanabənzər vəzin funksiyalarının müayinəsi.
IV. Luminessent diaqnostika (Vud lampası altında baxış) :
-
Dəri (in vivo), eritrazma (al qırmızı işıqlanma), hipopiqmentləşmiş ləkə (daha
tünd olurlar), dermada melaninin çökməsi nəticəsində əmələ gələn göy hiperpiqmentli
ləkə (rəng dəyişmir).
-
Tüklər (in vivo): başın tüklü hissəsinin dermatofitiyası zamanı tüklərin yaşıl
işıqlanması.
-
Sidik : gecikmiş dəri porfiriyasında narıncı qırmızı rəng (1 ml sidiyə 5 % duz
turşusu əlavə edirlər).
V. İti uclu kandilomaları aşkara çıxarmaq üçün sirkə turşusu ilə sınaq - 5 %-li sirkə
turşusu sürtüldükdən sonra xırda ağ papulalann meydana çıxması.
VI. Applikasion, parça sınaqları (allergik sınaqlar).
VII. Şüa diaqnostikası : rentgenoqrafıya, ultrasəs müayinəsi, kompyuter tomoqra-
fiyası, maqnit -rezonans tomoqrafiyası (göstərişlərə görə).