Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə44/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   446
DERMATOLOGİYA-dərslik 1

Xəstəyə baxış
1) Dəri xəstəlikli xəstələrin müayinəsində bütün dəri örtüyünə baxış birinci və mü-
hüm metoddur. Xəstəyə baxışı ya parlaq elektrik işığında və ya yayılmış gündüz işığında 
aparmaq lazımdır. Otaqda temperatur 22-23 °C olmalıdır, belə ki, aşağı temperatur da-
marlarda daralma (dəri solğunlaşır), nisbətən yüksək temperatur isə damarlarda genişlən-


75
mə (hiperemiya) yaradır.Bu da dərinin həqiqi rəngini dəyişir. Bütün dəri örtüyünə baxış 
aparmaq lazımdır, bu vaxt xəstənin üzünə diqqət yetirmək lazımdır. Çünki üzdə emosi-
yalar, nevroloji vəziyyət (qıcıqlanma, əzab çəkmə, yorulma, etinadsızlıq) əks oluna bilər. 
Bu da bir çox dermatozlu xəstələrə xas olan xüsusiyyətdir. Bəzən dəriyə baxış zamanı 
lupadan istifadə etmək lazımdır (3-5 dəfədən çox olmayaraq böyütmə ilə). Bunun üçün 
alına geyinilən binokulyar lupa əlverişlidir. Dəriyə lupa köməyi ilə baxış zamanı qabıq-
ların, qartmaqların, petexial və rozeolyoz səpgilərin xarakteri aydınlaşdırılır. Dərinin 
rənginə diqqət yetirirlər ki, bu da solğun, çəhrayı, qaralmış ola bilər. Sağlam adamlarda 
dəri yağlı parıltısızdır, piy vəzilərinin axacaqları genişlənmiş olmur.Bəzi xəstəliklərdə 
dəri öz rəngini dəyişir.Durğunluq əlamətləri olduqda göyümtül, akrodermatitdə göyüm-
tül-qonur, göbələyəbənzər mikozun başlanğıc dövründə qəhvəyi, sarılıq xəstəliyində sa-
rı,ixtiozda, melanodermiyada bozumtul-qara, Adisson xəstəliyində bürünc rəngdə olur. 
Vegetativ sinir sisteminin funksiyalarının pozulması zamanı müşahidə olunan dermatoz-
larda dəri nəm, Benye qaşınmasında atopik dermatitdə, ixtiozda quru olur.
2) Palpasiya (əlləmə) - palpator olaraq dərinin elastikliyini və tonusunu təyin edir-
lər.Normada insanda dərinin tonus və elastikliyi ümumi dəri örtüyünün müxtəlif yer-
lərində eyni olmur. Dərinin yaşla əlaqədar dəyişmələrini nəzərə alırlar: qoca və yaşlı 
adamlarda turqor və elastiklik azalır. Palpator olaraq dəri temperaturunun qalxması və 
aşağı düşməsini (qızılyel iltihabı,dərin stafilodermiya,eritrodermiya, Reyno xəstəliyi, 
sklerodermiya); elementin yerləşdiyi qatı (epidermis, derma, dərialtı əsas), ölçülərini, 
formalarını, konsistensiyasını, ətraf toxumalarla birləşib birləşməməyini, ağrılı olub ol-
mamağını təyin etmək olar. Şişkinlik olduqda onun intensivliyini, flyuktasiyanın olma-
sını, ağrıların olub olmamasmı təyin edirlər.
3) Qaşıma (qrattaj) - əşya şüşəsi və ya küt skalpellə aparılır. Qaşıma metodu dəri-
nin qabıqlanmasını aşkar etməyə, onun xarakterini təyin etməyə (unabənzər, kəpəklənən, 
xırda lövhəli, iri lövhəli), qabıqların dəri səthinə möhkəm və ya boş yapışmasını təyin 
etməyə imkan verir. Bu metod psoriazda (fenomenlərin üçlüyü), rəngbərəng dəmrovda, 
parapsoriazda istifadə olunur. Dırnaqla qaşımağa icazə verilmir, belə ki,yoluxma halları 
baş verə bilər (dermatomikoz,papulyoz sifilid və s.).
4) Diaskopiya (vitropressiya) - dərinin zədələnmiş sahəsinə əşya şüşəsi və ya xüsu-
si alətlə-diaskopla (şəffaf plastmas lövhə) təzyiq etməkdir.Bu metod vasitəsilə elementin 
xarakteri (damar,piqment) təyin edirlər. Damar ləkəsinə təzyiq etdikdə solğunlaşır və 
itir, hemorragik və piqment ləkələri isə itmir. Bu metod vərəm qurdeşənəyinin diaqnos-
tikasına köməklik göstərir (“alma jelesi” fenomeni) 

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin