63
şərait yaradır.
Bir sıra xəstəliklərin əmələ gəlməsi və gedişatı menstrual tsikldən (herpesin residiv-
ləri), hamiləliyin gedişatından (hamilələrin dermatozları), klimakterik dövrdən (əl içi və
ayaq altında keratozun inkişafı) və s. asılıdır.
Karbohidrat, piy,mineral, su-duz mübadilələri bir çox dermatozların patogenezində
mühüm rol oynayır.Məsələn, hiperqlikemiya frunkulyozun, kandidozun, dəri qaşınmala-
rını, xolesterin mübadiləsinin pozulması isə ksantomaların əmələ gəlməsinə səbəb olur.
Hipovitaminoziar müxtəlif dəri xəstəliklərinin əmələ gəlməsinə səbəb ola bilirlər.
Orqanizmdə C vitamininin çatışmaması nəticəsində selikli qişalarda qanaxmalar, dəridə
hemorragiyalar (sinqa), PP vitamininin çatışmamazlığında pellaqra (dermatit, demensi-
ya, diareya) əmələ gəlir.A vitamininin çatışmamazlığı buynuzlaşmanm pozulmasına sə-
bəb ola bilir (frinodermiya). Seboreyalı dermatit orqanizmdə vitamin B2-nin miqdarının
azalması ilə müşayiət olunur.
Bir sıra dəri xəstəliklərinin fokal infeksiyalarla əlaqəsi müəyyənləşib (xroniki tonzil-
lit, haymorit, kariesli dişlər), belə ki bu infeksiyalar övrə, çoxformalı eksudativ eritema,
psoriaz, qırmızı qurdeşənəyi və s. kimi xəstəliklərdə vacib patogenetik rol oynayır.Xro-
niki infeksiya ocaqlarının olması bakterial allergiyalarının, hüceyrə immundefısitinin
əmələ gəlməsinə səbəb olur və müxtəlif faktorlar tərəfındən kəskinləşir (soyuma, insol-
yasiya, dərman preparatlarının qəbulu və s.).
Dəri patologiyalarının mühüm hissəsini genodermatozlar təşkil edir.İrsiyyətin rolu
ixtioz, bullyoz epidermolis, keratodermiya, atopik dermatit, psoriaz və s. kimi xəstəlik-
lərdə müəyyənləşib.Genetik müəyyənləşmiş irsi xəstəlikləri hamilələrin keçirdiyi infek-
siyalar, intoksikasiyalar nəticəsində dölün bətndaxili inkişafının pozulması ilə əlaqədar
yaranan anadangəlmə dəri xəstəliklərindən fərqləndirmək lazımdır.
Dəri qırmızı qurdeşənəyi, sklerodermiya, T və B hüceyrəli limfomalar kimi sistem
xəstəliklərində patoloji proseslərə cəlb olunur.Aşağı ətrafların venoz çatmamazlıqların-
da trofık xoralar, hipostatik ekzemalar, aşağı ətrafların obliterasiya edən endoartridlərin-
də nekrozlar, xoralar, qanqrenalar əmələ gələ bilər.
Bir çox dermatozların patogenezində müxtəlif maddələrə qarşı orqanizmin sensibi-
lizasiyası (yüksək həssaslıq) nəticəsində onun allergik reaktivliyi mühüm rol oynayır.
Bu və ya digər allergenlərlə (qıcıqlandırıcılarla) təkrari kontakt Kvinke ödeminə, ağır
toksikodermiyalara gətirib çıxaran dəri səpgilərinin əmələ gəlməsinə təkan verir.Konk-
ret maddəyə və ya qıcıqlandırıcıya qarşı anadangəlmə yüksək həssaslıq mövcuddur.Bu
vəziyyəti idiosinkraziya adlandırırlar.Tez-tez rast gəlinən allergenlərdən qida allergen-
lərini, dərman vasitələrini, kimyəvi maddələri (xrom, nikel, boyalar, laklar və s.) qeyd
etmək lazımdır.
Bir çox dermatozların patogenezində müəyyən rol immun dəyişikliklərinə məxsus-
dur. Bəzi müəlliflər autoimmun xəstəliklər (qırmızı qurdeşənək, sklerodermiya, həqiqi
pemfıqus, Dürinq dermatiti) qrupu ayırırlar. Halbuki hüceyrə və humoral immunitetin
pozulmalan qeyri-allergik genezli dermatozlarda da qeyd olunur. Bir sıra
hematoloji
xəstəliklərdə (leykoz, limfoqranulematoz, T və B limfomalar, trombositopenik purpura)
dəri örtüyündə müəyyən xarakterik və qeyri-spesifık zədələnmələr aşkara çıxır.
QİÇS infeksiyalı xəstələrdə tez-tez Kapoşi sarkoması (əsasən homoseksualistlərdə)
əmələ gəlir, ağır gedişə malik və yoluxucu xəstəliklər (virus, göbələk, bakterial, para-
64
zitar) və bir sıra digər dermatozlar (seboreyalı dermatit, psoriaz, atopik dermatit və s.)
müalicəyə davamlı olurlar.
Yeni molekulyar, immunloji, genetik, hibridom metodların işlənib hazırlanması, bir
sıra aşkarlanmış və aydınlaşmamış etiologiyalı dermatozların etiologiya və patogenezi-
nin açıqlanması müvəffəqiyyətli müalicələrin aparılması istiqamətlərində tədqiqatlarm
aparılmasının davam olunmasına imkan verir.
Dostları ilə paylaş: