58
nulemalara kəskin yoluxucu xəstəliklərdə yaranan qeyri-immun infeksion-toksik qra-
nulemaları, habelə yad cisimlərin ətrafında meydana gələn ekzo- və endogen qranule-
malardan ibarət qeyri-immun toksik qranulemaları aid edirlər. V.Epstein [1980] göstərir
ki, yad cisimlərin qranulemaları mononuklear faqositlərin həll olmayan ekzogen və en-
dogen stimullara qeyri-immun reaksiyasıdır. Yad cisimlərin qeyri-immun qranulemaları
qeyri-aktiv (xoş xassəli), aktiv və sitotoksik növlərə bölünür. Onlardan birincisi plast-
mas qranulaların, lateksin, tentoninin və b. tətbiqinə, ikincisi isə - silisium-4 oksidin,
streptokokkun xarici qatının orqanizmə düşməsinə cavab kimi meydana çıxır [Epstein
W.,1980].
Beləliklə, qranulematoz iltihab – dərinin xronik iltihabı olub, həll olmayan və ya ləng
parçalanan (davamlılıq göstərən) qıcıqlandırıcılar tərəfindən baş verir və qranulaların
əmələ gəlməsilə müşayiət olunur. Qranulalar, makrofaqların və/ və ya epitelioid hü-
ceyrələrin, habelə onların daha yetişmiş növlərinin (yad cisimlərin nəhəng hüceyrələri,
Piroqov-Lanqxansın nəhəng hüceyrələri) kompakt toplanmasın- dan ibarətdir. Qranu-
lematoz iltihab bir sıra əlavə əlamətlərlə müşayiət oluna bilər [Paukov V.S., Kaufman
O.Y.,1995]:
•
digər hüceyrələrin infiltrasiyası (plazmositlər, limfositlər, neytrofil və eozinofil
leykositlər);
•
fibroblasların olması və sklerozun inkişafı;
• destruktiv dəyişikliklərin əmələ gəlməsi və
nekroz.
Qranulemanın yaranma şəraitlərinin 2 xüsusiyyə-
ti vardır [Strukov A.İ., Serov V.V.,1995]:
1. Makrofaqları stimulə edən maddələrin olması;
2. Faqositə münasibətdə qıcıqlandırıcının möh-
kəmliyi.
Dəridə və başqa orqanlarda qranulematoz iltiha-
bın aşağıdakı nəticələri ola bilər [Paukov V.S.,
Kaufman O.Y.,1995]:
• hüceyrə infiltratının sorulması;
• dəri defektinin əmələ gəlməsilə müşayiət olu-
nan quru (kazeoz) və ya nəm nekroz;
• qranulemanın irinləməsi və absesin formalaş-
ması;
• fibroz düyüncüyün və çapığın əmələ gəlməsilə
müşayiət olunan qranulemanın fibroz çevrilmələ-
ri;
• qranulemanın artması və bəzən psevdoşişə
çevrilməsi.
Dostları ilə paylaş: