V FƏSIL. DƏRİ XƏSTƏLİKLƏRİNİN ETİOLOGİYA VƏ PATOGENEZİ Dəri – insanın homeostazının saxlanılmasında iştirak edən mühüm orqanlardan biri-
dir. Dəri unikal polifunksional membran törəməsi olub, sensor və mühafizə mexanizm-
ləri vasitəsilə insanın xarici mühitlə kontaktını həyata keçirir, endokrin və sinir sis-
temlərinin,daxili orqanlann fəaliyyətlərinin keyfıyyətini əks etdirir. Ümumiyyətlə dərini
orqanizmin fəaliyyətini bütövlüklə əks etdirən güzgü ilə müqayisə edirlər. Bir çox dəri
xəstəlikləri xarici (ekzogen) və daxili (endogen) faktorların qarşılıqlı təsiri nəticəsində
əmələ gəlir.Bəzi hallarda bir neçə faktorların birgə təsiri nəticəsində dəri əlamətləri mey-
dana çıxır. Bunlardan biri patoloji prosesi törədən birbaşa, digərləri isə ehtimal olunan
faktorlardır.
Ekzogen etioloji faktorlara kimyəvi, fıziki infeksion agentlər, bioloji faktorlar (bəzi
bitkilər, parazitlər, miqrasiya edən sürfələr və s.) aiddir. Dermatozların əmələ gəlməsin-
də endogen faktorlar böyük rol oynayır.Bunlara mədə-bağırsaq traktının, qara ciyərin,
öd kisəsinin, endokrin, sinir və ürək-qan damar sistemlərinin xəstəlikləri, maddələr mü-
badiləsinin, hemopoezin pozuntuları, genetik defektlər və s. aiddir. Daxili orqanların,
endokrin və sinir sistemlərinin xəstəlikləri infeksiyalara, mübadilə proseslərinin po-
zulmasına, visserokutan, vissero-vegeto-kortiko-kutan əlaqələrin dəyişilməsinə gətirib
çıxarır, bu da bir sıra dermatozların patogenezində mühüm rol oynayan allergik vəziyyə-
tin formalaşmasına kömək edir.
Bir çox səbəblər müxtəlif dəri xəstəliklərinin əmələ gəlməsinə gətirib çıxarır.Bəzi
hallarda dəri zədələnmələrini şərtsiz (obliqat) qıcıqlandırıcdar törədir.Bu qıcıqlandırıcı-
lar yüz faiz dəri örtüyü tərəfındən müəyyən cavab reaksiyalarına səbəb olur və orqaniz-
min qıcıqlandırıcının zədələyici təsirinə qarşı yerli cavab reaksiyasıdır.Kimyəvi yanıqlar
törədən qələvilərin konsentrə olunmuş məhlulları, yüksək dozalı şüa enerjisi (rentgen
şüaları, ultrabənövşəyi şüalanma), termiki faktorlar (yanma, donma) və s. belə təsir
göstərir.
Qeyd eləmək lazımdır ki, bir çox hallarda bu və ya digər dəri zədələnmələri bir çox
səbəblərin birgə təsiri nəticəsində əmələ gəlir. Məsələn, stafılodermiyalar
hipovitaminozlarda, diabetdə, daxili orqanların xəstəliklərində və s. hallarda orqaniz-
min immun-bioloji reaktivliyinin azalması fonunda stafılokokların virulent ştamlarının
təsiri və dərinin müdafıə xüsusiyyətlərinin pozulması (dərinin su-lipid mantiyasmın də-
yişməsi, mikrotravmalar) nəticəsində əmələ gəlir.
Aydın olur ki, dəri xəstəliklərində etioloji faktorların endogen və ekzogen faktorlara
bölünməsi bir sıra hallarda şərti hesab olunur.
Həm də nəzərə almaq lazımdır ki, insan orqanizminin vəziyyəti çox vaxt əmək və
həyatının sosial-məişət şəraitindən asılıdır.Onların pisləşməsi xəstəlik barəsində sosial
təzahür kimi danışmağa imkan verir.
Son illər ekoloji mühitin insan orqanizminə və ətraf mühitə əlverişsiz təsiri ilə əlaqə-
dar dermatologiyada problemlər əmələ gəlir. Ekoloji mühitin dəyişməsi,xüsusən toksi-
koallergik xarakterli klassik və atipik dermatozların əmələ gəlməsinə səbəb olur,bu da
bu xəstəliklərin diaqnostikasına, müalicə və profilaktikasını çətinləşdirir.Həkim derma-
toloq öz praktik fəaliyyətində bu antropogen faktorlann (kimyəvi istehsalat, radiasion
vəziyyət və s.) mümkün təsirləri nəzərə almalıdır.