70
əmələ gəlir. Seroz (əsasən fıbrinlərdən, leykositlərdən və epidermisin destruktiv dəyişil-
miş hüceyrələrindən təşkil olunur), irin li (çoxlu miqdarda neytrofıl leykositlər tapılır)
və qanlı (fibrin kütlələri, leykositlər və qopub düşən epidermal hüceyrələr arasında cox
miqdarda hemoliz olunmuş eritrositlər tapıhr) qartmaqlar var.
Qartmaqlar nazik (streptokokk impetiqosu), yastı, qalın (sifilitik rupiya), çoxqatlı
(vulqar streptostafilokokk impetiqosu), möhkəm (vulqar ektima, rupoid psoriaz, qanqre-
noz piodermiya), yumşaq ola bilər.
Eroziya (erosio) - dərinin epidermis səviyyəsində defektidir, qovuqcuqların, qovuq-
ların, səthi pustulaların əksinə inkişafi nəticəsində əmələ gəlir. Histoloji şəkildə eroziya-
ların dibi epidermislə, və ya hissəvi olaraq dermanm məməcikli qatı ilə örtülü olur. Epi-
dermisin defekti ilgəklərində neytrofil leykositlər və epidermisin destruktiv dəyişilmiş
hüceyrələri yerləşən fibrinlərlə örtülüdür. Eroziyanın ətrafında hüceyrəarası şişkinlik və
ekzositoz, bəzən akantoz qeyd olunur.
Eroziya nəticəsində əmələ gəldiyi birincili morfoloji elementlərin ölçülərini təkrarla-
yır. eroziyalar epidermisin mexaniki qıcıqlanması, epidermisin bir-birinə toxunan səth-
lərinin sürtünməsi, maserasiyası zamanı (bud-qasıq büküşləri,budun iç səthi) əmələ gələ
bilər. Eroziyalar iltihabi papulanın (sifılisdə erozif papulalar) və ya məhdud infiltrat fo-
nunda (erozif bərk şankr) əmələ gəlir. Eroziyanın dibi adətən al qırmızı rəngdədir, bəzən
Pulcuq
Şək. 5.2.Ikincili
morfoloji elementlər
Disxromiya
Çapıq
Eroziya
Qabıq
Lixenifikasiya
Vegetasiya
Ekskoriasiya
Xora
Çat
72
əmələ gəlir. Çapıqlar quru yolla, xoralanma olmadan, birləşdirici toxumanın qarışması
nəticəsində də əmələ gələ bilər(dəri vərəmi, sifılis, cüzam). Təzə çapıqlar çəhrayı-qırmı-
zı rəngdə, köhnə çapıqlar isə hiperpiqmentli və ya depiqmentli olurlar.
Yastı (ətraf toxuma ilə eyni səviyyədə yerləşirlər), hipertrofik və ya kelloid (ətraf
toxuma səviyyəsindən yuxarı qalxır), atrofik (ətraf toxuma səviyyəsindən aşağıda yerlə-
şir) çapıqlar müşahidə olunur.
Çapığın histoloji şəkli epidermisin atrofıyası və ya qahnlaşmalan
ilə xarakterizə
olunur. Dermada lifli birləşdirici toxumanın, kobud və nizamsız yerləşən kollagen lif
dəstələrinin inkişafı qeyd olunur. Kollagen liflərin homogenizasiya olunmuş sahələri,
bəzən də hialin çökməsi qeyd olunur. Hüceyrə elementləri çox azdır (əsasən fıbrositlər
aşkar olunur). Çapıq nahiyəsində bir qayda olaraq dəri artımları: tük follikulları, tər və
piy vəziləri olmur. Çapıq atrofiyasında az miqdarda zərif birləşdirici toxuma inkişaf edir.
Bu zaman zədələnmiş dərinin səthi epidermis üçün xarakterik olan relyefdən məhrum-
dur.
Çapığın ölçüsü, forması, lokalizasiyası, rəngi və dərinliyi vacib differensial diaqnos-
tik əhəmiyyətə malikdir. Qummoz sifılisdə çapıqlar hamar, oval, dairəvi və ulduzabən-
zər formada olub, tarım dartılmışdır. Qabarcıqlı sifilidlər özlərindən sonra parlaq mozaik
çapıqlar qoyurlar. Kollikvativ vərəmdən və konqlobat sızanaqlardan sonra qeyri-düz-
gün, səthi atmalar - körpücüklərlə örtülüdür. Papulonekrotik vərəmdən sonra səthi mö-
hürlənmiş çapıqlar qalır. Çapıqlar patoloji prosesin simptomu ola bilər (sklerodermiya,
eritematoz, qırmızı yastı dəmrovun atrofik forması, dərinin idiopatik atrofıyası).
Lixeniflkasiya (lichenificatio) - dərinin qahınlaşması, bərkləşməsi, dəri rəsminin güc-
lənməsidir (dəri büküşləri, arakəsmələri kəskin gözə çarpır).Dəri bu vaxt quru və kələ-
kötürdür (şaqrenəbənzər).Lixenifıkasiya (lixenizasiya) qaşınma və dermanın papulyoz
infiltrasiyası ilə müşayiət olunan uzun müddət davam edən iltihabi proseslər zamanı
əmələ gəlir. Lixenifikasiya xroniki ekzemada, atopik dermatitdə, məhdud neyrodermitdə
müşahidə olunur.
Lixenifikasiyada histoloji şəkil hiperkeratoz, epidermal çıxıntıların uzanması ilə mü-
şayiət
olunan akantoz, bəzən parakeratoz və spongiozla xarakterizə olunur. Dermada
xroniki
iltihabi infiltrat,bəzən də fibroz əlamətləri aşkar olunur.
Vegetasiya (vegetatio) - bu papillomatoz törəmələrin əmələ gəlməsinə gətirib çıxa-
ran dəri məməciklərinin artıb törəməsi və epidermisin tikanlı qatının qalınlaşmasıdır.
Vegetasiya müxtəlif patoloji proseslərin səthində əmələ gəlir (papula, eroziya, iltihabi
infıltratlar).Vegetasiyaya misal olaraq vegetasiya edən pemfıqusu, xoranın dibində ve-
getasiya edən qranulyasiyanı, papillomaları, iti uclu kandilomaları göstərmək olar.Xarici
görkəminə görə vegetasiya gül kələmini xatırlada bilər (iti uclu kandiloma), bozumtul
rəngdə, quru və palpasiyada möhkəm ola bilər (ziyillər), eroziyalaşa bilər (vegetasiya
edən pemfiqus).
Histoloji şəkil bəzən dermanın dərinliklərinə qədər uzanan epidermal çıxıntıların
uzanması ilə müşayiət olunan akantozla xarakterizə olunur.
Vegetasiya edən pemfiqusda akantolitik hüceyrələr və çox miqdarda eozinofıllər olan
qovuqlar olur. Darye xəstəliyində dermada bir və ya iki qat epitelial hüceyrələrlə örtülü
olan,qovuqlara və ya lakunalara girən derma məməciklərinin uzanması və qalınlaşması
qeyd olunur. Lakunalar iltihabi elementlərlə infıltrasiyalaşa və
fibroz dəyişilmələrlə
73
müşahidə oluna bilər.
Elementlərin birincili və ikinciliyə bölünməsi hansısa səviyyədə şərti ola bilər.
Məsələn, piqment ləkəsi birincili elementdir, əgər o papulanm əksinə sorulması nəti-
cəsində əmələ gələrsə ikincili də ola bilər. İltihabi proseslərdə elementlər bir formadan
digərinə keçə bilər. Məsələn, iltihabi proses nəticəsində damar ləkəsi infıltrasiyalaşıb
papulaya çevrilə bilər. Kəskin iltihabi proseslərdə birincili əmələ gəlmiş damar ləkəsi
və ya papula eksudasiya nəticəsində qovuqcuq və ya qovuğa çevrilir. Qabarcıq və qum-
manın əksinə inkişafı nəticəsində
əvvəl xora əmələ gəlir, sonra isə çapıq formalaşır.
Beləliklə,çapıq ikincili element olan xoraya münasibətdə üçüncülü element hesab olu-
na bilər.Ümumiyyətlə elementlərin birincili və ikincili morfoloji elementlərə bölünməsi
prinsipcə düzgündür.
Dostları ilə paylaş: