Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə50/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   ...   446
DERMATOLOGİYA-dərslik 1

Dermatoloji dərman formaları
Pudralar
Pudralar-tozabənzər maddələrdir. Mineral tozabənzər maddələr ( sink oksidi, talk) 
və üzvilər ( kraxmal ) bir-biri ilə müxtəlif nisbətdə qarışdırılır. Onlara indifferent səpmə 
dərmanı deyilir.
Təsiri. Quruducu, yağsızlaşdırıcı,soyuducu, damardaraldıcı.
Göstərişlər. Sulanmasız kəskin və yarımkəskin dermatitlər, artmış tərləmə və güclən-
miş piy ifrazı. Eroziya və xoraların müalicəsi zamanı oraya sulfanilamidlər, dermatol, 
piodermiyalarda mikrobəleyhi maddələr, qaşınmada mentol və anestezin əlavə edirlər. 
Yağlı səpmə əldə etmək üçün naftalan nefti əlavə olunur.
İstifadə qaydası. Zədələnmə sahəsinə gündə 2-3 dəfə çəkirlər.
Məhlullar
Məhlullar- maye dərman forması olub, distillə olunmuş suda, bəzən də etil spirtində 
bərk və ya maye dərman maddəsinin həll olunmasından alınır. İslatmalar üçün istifadə 
edilir.
Təsiri. Soyuducu, iltihabəleyhinə, dezinfeksiyaedici, bürüyücü.
Göstərişlər. Dərinin kəskin sulanma ilə və ya sulanmasız gedən iltihabi proseslərin-
də sulanma, ödem, yandırma və qaşınmanın qarşısının alınması üçün. Dərinin məhdud 
sahəsinə gündə bir neçə dəfə çəkilir. Uzunmüdətli təyin zamanı dəri quruya, çatlaya 
bilər. Südəmər uşaqlara təyini məsləhət görülmür.
İstifadə qaydası. Məhlulda isladılmış 4-6 qatlı tənzif zədələnmə sahəsinə qoyulur. 
Hər 3-5 dəqiqədən bir 1 saat müddətində dəyişdirilir, gündə 2-3 dəfə qoyulur.
İslatma yazılışı nümunələri
Rp.: Sol.acidi borici 2%
300,0
D.S. İslatma üçün 
Rp.: Sol. Argenti nitratis 0.25%
200,0
Da in vitro nigro!
D.S. Yerli. İslatma üçün.


89
Losyonlar
Losyonlar- həll olan və ya suspenziya formasında dərman komponentidir. Su və alko-
hol ilə, həmçinin digər fizioloji həlledicilərlə kombinə edirlər. Maye hissəsi buxarlana-
raq tez soyuducu effekt verir,dərman maddəsi isə iltihabəleyhinə təsir göstərir.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin