Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə51/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   47   48   49   50   51   52   53   54   ...   446
DERMATOLOGİYA-dərslik 1

Emulsiyalar
Emulsiyalar- tərkibində 30%- ə qədər yağ olan mayelərdir. Yarımaye- yarıbərk qatı 
elastik konsistensiyaya malikdirlər. Səthi iltihabi dermatozların müalicəsində populyar-
dılar. Dəriyə çəkildikdə emulsiyanın maye hissəsi buxarlanır, dərini soyudur, yağ və 
dərman maddəsi isə sorularaq iltihabəleyhinə təsir göstərir.
Krelo
Krelo- liposomal emulsiyadır. Liposomlar- lamelyar yağlı kristallik strukturlardır. 
Onlar iltihabəleyhinə təsirlə bərabər dərini hidratasiya da edirlər.
Çalxamalar
Çalxama dərmanlar suda, su və qliserində, su,qliserin və etil spirtində asılı olan ki-
çik tozabənzər maddələrdən ibarətdir. İstifadədən əvvəl qarışığı yaxşıca çalxalayırlar. 
Çalxama 30-40% tozdan (sink, talk, kraxmal) və 60-70% mayedən ( su, qliserin, spirt) 
ibarətdir. Su buxarlandıqdan sonra toz dəridə nazik təbəqə şəklində qalır. Qliserin onları 
uzun müddət dəridə saxlayır. Bu dərman formasına ixtiol, kükürd, anestezin də qatmaq 
olar.
Yerli iltihabəleyhinə vasitələr qismində yağlı çalxamalardan istifadə edilir ki onlar da 
liniment adlanıb 30% sink oksidindən, 70% bitki yağından ibarət olur.
Təsiri. Su çalxaması-iltihabəleyhinə, quruducu, qaşınmaəleyhinə. Yağlı çalxama- il-
tihabəleyhinə, yumşaldıcı, qabıqtəmizləyici.
Göstərişlər. Sulanmasız kəskin və yarımkəskin dəri zədələnmələri.
İstifadə qaydası. İstifadədən əvvəl çalxalamaq lazımdır. Tamponla zədə nahiyəsinə 
gündə 2-3 dəfə sürtülür.
Aerozollar
Aerozollar- tərkibində asılı bərk və maye halda dərman preparatları olan qaz mühi-
tindən ibarət dispers sistemlərdir. Onlar çox zaman kortikosteroid, antibiotik, antimiko-
tiklərdən ibarət olub, klapanlı xüsusi hermetik balonlarda buraxılır.
Təsiri. Təsir mexanizminə görə çalxalamalara yaxındır.
Göstərişlər. Dərinin müxtəlif dərəcəli iltihabları, piodermiyalar, iltihabla ağırlaşmış 
mikozlar.
İstifadə qaydası. Zədələnmə ocağına gündə 2-3 dəfə püskürdülür.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin