Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə53/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   49   50   51   52   53   54   55   56   ...   446
DERMATOLOGİYA-dərslik 1

Nümunələr
Rp.: Lanolini
Ol. Persicorum
Aquae destil aa 50.0
M.D.S. Gündə 2 dəfə çəkməli
Rp.: Triamcinoloni 0.04
Zinci oxydi 3,0
Aq.destil. 7,0
Lanolini
Ol.Helianthi aa 10,0
M.D.S. Gündə iki dəfə çəkməli.
Dermatoloji pastalar
Dermatoloji pastalar bərabər miqdarda götürülmüş piy maddələri və indifferent toz-
ların qarışığıdır. Onlar çalxamalara nisbətən dərin, məlhəmlərə nisbətən isə səthi təsir 
göstərir.
Təsiri. İltihabəleyhinə, quruducu, soyuducu təsiri var, dəri tənəffüsünü dayandırır.
Göstəriş. Nəmlənmə verməyən kəskin və yarımkəskin iltihablar (dermatitlər, herpes, 
yarımkəskin ekzemalar və s.). Xroniki infiltrativ iltihabi proseslərdə (xroniki ekzema, 
neyrodermit, psoriaz və s.) yağlı pastalar təyin olunur ki, burada dərmanın tərkibində 
piy maddələrini artırmaqla və aktiv maddələrin (salisil turşusu, karbol turşusu, kükürd, 
qətran, naftalan, ixtiol, ASD və s.) miqdarını artırmaqla keratopıastik və ya keratolitik 
effekt göstərir.
İstifadə qaydası. Ocağa nazik qatla gündə 2- 3 dəfə sürtülür. Çox tüklü və nəm sahəyə 
sürtmək olmaz. Adətən sarğısız qoyulur.
Rp.: Pastae Zinci 40,0
D.S. gündə iki dəfə zədəli sahəyə sürtməli
Dermatoloji laklar
Dermatoloji lakların əsasını tərkibində 10 % gənəgərçək yağı olan kollodiy və ya 
travmasitin (xloroformda olan kauçuk) təşkil edir. Əsasa salisil, karbol, süd turşuları, 
rezorsin, qətran və s.maddələr daxil edirlər. Lak dərinin üzərində nazik təbəqə şəklində 
qalır, onun tərkibində olan maddələr dərinin dərin qatına nüfuz edir. Lakı benzinlə tə-
mizləmək olur.
Təsiri. Keratolitik, qabıqlandırıcı, fungisid, antiparazitar.
Göstərişlər. Qabarlar, ziyil, dırnaqların onixomikozu, lövhəli psoriaz (buynuz qatın 
soyulması üçün).
İstifadə qaydası. Ocağa bir dəfə olmaqla 3-5 gün müddətinə sürtülür, sonra 1-2 gün 
istifadə olunur, duş qəbul edilir; sikl təkrar olunur.
Rp.: Ac. Salicylici 12,0
Ac.lactici 6,0
Collodii elastici aa 100,0 
M.D.S. ocağa gündə bir dəfə çəkməli.


92
Dermatoloji plastırlar
Dermatoloji plastrların əsasını onlara qatı və yapışqanlı konsistensiya verən mum və 
kanifol təşkil edir.
Salisil turşusu, sidik cövhəri, yod, karbol turşusu, sirkə turşusu və s. keratolitik kon-
sentrasiyaya daxil edirlər.
Təsiri . Aktiv sorucu, qabıqsoyucu, yumşaldıcı, dezinfeksiyaedici, fungisid.
Göstəriş. Qabarı götürmək, dırnaqları yumşaltmaq, dırnaq yastığını müalicə etmək, 
qırmızı yastı dəmrovun verrukoz formasında, məhdud neyrodermitdə istifadə edlir.
İstifadə qaydası. İstifadədən əvvəl plastır qızdırılır, ocaq spirtlə silinir. 2-3 gündə bir 
dəfə dəyişdirilir. Plastr dəri və dırnaq üzərində yaxşı qalır.
Rp.: Ac. Salicylici
Emplastri plumbi aa 30,0
M.D.S. Həftədə bir dəfə çəkməli
Qaşınmaya qarşı vasitələr.
Bunları 2 qrupa bölmək olar:
Birinci qrupa dəridəki patoloji proseslərə təsir etməyərək, ancaq qaşınmanı aradan 
qaldıran vasitələrdir. Bunlara: mentol, anestezin, limon və karbol turşuları, sirkə məh-
lulu, antihistamin preparatları, xloralhidrat, boyayıcılar və s. aiddir. Bu qrup vasitələr 
ən çox spirtli məhlul şəklində dərinin qaşınan yerlərinə sürtmək üçün istifadə olunur. 
İkinci qrup qaşınma əleyhinə dərmanlar isə həm də dəridəki patoloji proseslərə təsir edir. 
Bu qrupa qətran preparatları, salisil turşusu, kortikosteroidlər və s. aiddir. Bu maddələri 
əsasən çalxamaların, pastaların, məlhəm və kremlərin tərkibinə daxil edirlər.
Göstəriş. Dəri qaşınması, böyüklərdə qaşınma xəstəliyi,övrə, neyrodermit, çoxforma-
lı eksudativ eritema, həşərat dişləməsi və qaşınma ilə müşayiət olunan digər xəstəliklər.
İstifadə qaydası. Qaşınan yerlərə gündə 2-3 dəfə sürtməli.
Rp.: Mentholi 2,0
Sp. Aethylici 70% ad 100 ml
M.D.S. qaşınan yeri silməli.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin