94
əmələ gələn vəziyyəti yadda saxlamalıdır. Buna yatrogeniya və sorrogeniya aiddir.
Sorrogeniya tibb bacısının düzgün olmayan hərəkəti nəticəsində vəziyyətin pozulma-
sı ilə xarakterizə olunur.
Yatrogeniya pasiyentin şəxsi xüsusiyyətlərini nəzərə almadıqda və tibbi etika qayda-
larını pozduqda əmələ gələ bilər. Dermatoloji xəstələr “dəmrov”, “bitlilik” sözlərini çox
neqativ qəbul edirlər. İstənilən səpgi elementi yoluxucu xəstəlik əlaməti kimi başa düşü-
lür. Həkim xəstəyə elan edəndə ki, onda xroniki dəri xəstəliyidir,məsələn psoriazdır, bu
vaxt xəstə onunla bir palatada bu xəstəliyin ağır forması ilə yatan xəstəni gördüyündən,
onda elə bir hiss yaranır ki o da buna məhkumdur. Bir palatada müxtəlif ağırlıq dərəcə-
li dermatozlarla, müxtəlif intellektli, müxtəlif mədəni səviyyəli pasiyentin olması ona
gətirib çıxarır ki, onlar bir-birinə xəstəliyin ağırlaşma səbəbi və müalicənin effektsiz-
liyi haqqında təhrif olunmuş məlumat verir, həkimin avtoritetinə xələl gətirirlər. Bu da
öz növbəsində eqrotogeniyaya- digər pasiyentin təsiri ilə vəziyyətin pisləşməsinə səbəb
olur. Bu halın baş verməməsi üçün düşünülmüş təşkilati tədbirlər görülməli, xəstələr
palatada düzgün yerləşdirilməli, şöbədə psixoloji atmosferə daim nəzarət olunmalıdır.
Bu işdə həkimin yaxın köməkçisi orta tibb işçisidir.
Bəzi dəri xəstəlikləri daxili orqanların xəstəliklərinin nəticəsidir. Belə halda həkim-
dermatoveneroloq xəstəni müayinə üçün digər mütəxəssislərə də göndərməlidir. Həkim
xəstəni inandirmalıdır ki, xəstənin etibarını itirməsin.
Dermatoloji xəstəliklər adətən xəstələrə güclü fiziki əzab vermir. Lakin onların psixi
statusu əhəmiyyətli dəyişikliyə uğrayır. Dəri xəstəlikləri pasiyentlərdə ətrafdakılara qar-
şı fədakarlıq hissi, zöhrəvi xəstəliklər isə xəcalət və qəbahət hissi doğurur. Pasiyent hə-
kimlə söhbətində öz həyəcanlarını, intim həyatın incə məqamlarını danışa bilər. Əgər bu
məlumatlar ictimai təhlükəli deyilsə, onları heç kimə danışmaq lazım deyil. Belə hallar-
da xəstəyə çətin vəziyyətlərdə kömək etmək, müalicənin yaxşı olacağına ümid yaratmaq
lazımdır.
Psixiatr Balint yazır ki, “gündəlik təcrübədə istifadə olunan dərman həkimin özüdür,
onun xəstəyə müalicə yazmaq manerası, hətta dərmanın təyin olunduğu və qəbul edil-
diyi atmosferdir.” Pasiyentin həkimlə söhbətində onu əhatə edən maddi mühit də əhə-
miyyətlidir: mebel, işıqlanma, kabinetin quruluşu, həkimin xarici görünüşü. Çox bəzək-
düzəkli ekstravaqant geyim ya da səliqəsiz paltar pasiyenti həkimdən uzaqlaşdırır.
Xəstə ilə söhbət zamanı nə isə yazan və telefonla danışan həkimə də xəstə o qədər
etibar etmir. Stolun üstündə çoxlu kağızın olması həkimin aşağı kvalifikasiyalı, boş stol
isə həkimin işsizliyi təəssüratını yarada bilər.
Xəstə ilə xeyirxahcasına,həssaslıqla davranmaq lazımdır. Xəstə ilə ünsiyyət zama-
nı söhbəti lazımi məcraya yönəltməyi bacarmalıdır. Əvvəlcə xəstəyə öz problemlərini
deməyə imkan yaratmaq, sonra isə xəstənin vəziyyətinə dair konkret suallara keçmək
lazımdır. Söhbətin sonunda məsləhətlər aydın və dəqiq olmalıdır.
Dostları ilə paylaş: