Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə57/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   ...   446
DERMATOLOGİYA-dərslik 1

XÜSUSİ DERMATOLOGİYA
VII FƏSIL. Piodermiyalar (irincikli dəri xəstəlikləri)
Bakterial dermatozlar
Bakterial dermatozlar - müxtəlif növ bakteriyalar tərəfindən törədilmiş infeksion dəri 
xəstəlikləridir. Bakterial dermatozlar – dəri xəstəlikləri arasında əhəmiyyətli dərəcədə
xüsusi yer tutur. Etioloji prinsiplərə görə bakterial dermatozlar dərinin bakterial infeksi-
yasının müxtəlif klinik formaları daxil olan ayrı-ayrı nozoloji qruplara bölünür.
 Dərinin bakterial infeksiyaları
• 
stafilokokk, streptokokk, göy irin çöpləri, bağırsaq çöpləri, protey və digər mik-
roorqanizmlərin assosiasiyası səbəbindən törənən
Piodermiyalar (Staphylococcus aureus, Streptococcus
pyogenes, Pseudomonas aeruginosa, Escherichia
coli, Aeruginosa proteus et al)
Sadə dəmrov (Streptococcus pyogenes )
Qızılyel (Streptococcus pyogenes,
Staphylococcus aureus)
Sellülit (Streptococcus pyogenes,
Staphylococcus aureus)
Fleqmona (Streptococcus pyogenes,
Staphylococcus aureus)
Skarlatina (Streptococcus pyogenes)
Toksiki şok sindromu (Staphylococcus aureus,
Streptococcus pyogenes)
Qanqrenoz ektima (Pseudomonas aeruginosa)
• 
mikobakteriyalarla törənənlər
Dəri vərəmi (Mycobacterium tuberculosis)
Cüzam 
(Mycobacterium leprae)
Üzgüçülərin qranuleması (Mycobacterium marinum)
Buruli xorası (Mycobacterium ulcerans)
• 
spiroxetlərlə törənənlər
Borrelioz (Borrelia burgdorferi, B.Afzelii, B.garinii )
Frambeziya (Treponema pertenue)
Becel
(Treponema pallidum)
Pinta (Treponema carateum)
• 
digər bakteriyalarla törənənlər
Erizipeloid (Erysipelothrix insidiosa)
Sibir xorası (Bacillus antracis)
Eritrazma (Corynebacterium minutissimum)
Aksilyar trixomikoz (Corynebacterium tenius)


98
Kiçik nöqtəvari keratoliz (Micrococcus sedentarius)
Felinoz 
(Bartonella henselae) 
Bakterial angiomatoz 
(Bartonella henselae, Bartonella quintana)
Qeyd:
• 
Buruli xorası, frambeziya, becel, pinta – dərinin bakterial infeksiyasının tropik 
iqlim qurşaqlı ölkələrdə tez-tez təsadüf edilən formalarıdır, bizim ölkəmizdə rast gəlin-
mir.
• 
dəridə və selikli qişalarda nəzəzə çarpan izlər qoyan, bakterial etiologiyalı zöh-
rəvi xəstəliklər – sifilis, yumşaq şankr, zöhrəvi limfoqranulematoz, donovanoz CYYİ 
bölməsində nəzərdən keçirilir.
Yaddaş!
Bakteriyalar (bacterion - yunanca çöp) – Yer kürəsində geniş yayılmış, bioloji xüsu-
siyyətlərinə görə müxtəlif olan, mikroskopik, əksəriyyət təkhüceyrəli orqanizmlər qru-
pudur, aşağı həyat formasına məxsusdur. 

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin