124
• mutasiyaedici (lupus vulqaris muti-
lans) – nəzərə çarpan infiltrasiya ilə müşa-
yiət olunan xoralaşmış ocaqların dərinliyə
yayılması, dərialtı piy toxumasının , burun,
qulaqların zədələnməsi, barmaq falanqası-
nın qopması və üzün eybəcər hala düşmə-
si, “canavar gəmirməsinə” oxşar olması
ilə xarakterizə olunur, qurdeşənəyi termini
bununla izah edilir.
Uzun
müddət davam edən vərəm qur-
deşənəyinin ən ciddi ağırlaşmasında zədə
ocağında yastıhüceyrəli karsinoma sin. kar-
sinoma lüpusu - (lupus carcinoma) əmələ
gəlir.
Kollikvativ vərəm sin.
skrofuloderma
(Tuberculosis collicvativa sin.scrofuloder-
ma). Ən çox qadınlar və uşaqlarda təsadüf
edilir. İlk ocaqlardan limfo-hematogen des-
seminasiya nəticəsində inkişaf edən və lim-
fa düyünlərinin vərəmi ilə əlaqəli olmayan
birincili skrofuloderma ayırd edilir. İkincili
skrofuloderma - vərəmlə zədələnmiş limfa
düyünlərindən inkişaf edərək M.tubercu-
losis per continuitatum dəriyə düşür. Qarı-
şıq formaya da təsadüf edilir.
Lokalizasiya
- limfa düyünlərinin lo-
kalizə yerlərində, ikincili skrofulodermada
- ən çox boyun nahiyəsində, birincili skro-
fulodermada - az hallarda ətraflarda.
Səpgi elementləri və onların təkamülü – düyüncüklər (qabarcıqlar) bərk, ağrısız,
əvvəlcə normal dəri rəngində olur, periferiyaya doğru böyüyərək, altdakı toxumaya bir-
Şək.8.5.Vərəm qurdeşənəyi(yastı forma)
Şək.8.6.Vərəm qurdeşənəyi (psoriaz for-
malı)
Şək.8.7.Vərəm qurdeşənəyi (ziyilli forma)
125
ləşən, ağrısız, bərk, göyümtül-qırmızı rəngli düyünlərə çevrilir. Sağalma prosesində dü-
yünlər yumşalır, irin və nekrotik kütlə ifraz olunmaqla deşilir, xoralar əmələ gələrək,
kənarları çox girintili-çıxıntılı, dibində sarımtıl qranulyasiya olan, qeyri-düzgün formalı,
bəndlər və məməcikli artımlara bənzər olan “girintili-çıxıntılı ” çapıqlar formalaşır. Tu-
berkulin sınağı çox vaxt müsbət olur.
Dostları ilə paylaş: