118
toksinlər
isə qana keçərək titrətmə, qızdırma, qusma, səpmə və digər toksikoallergik
reaksiyalar törədir.
Xəstəlik kəskin, temperaturun birdən qalxması, qusma və boğazda ağrı ilə başlayır.
Angina – skarlatinanın xarakterik simptomudur. Yüngül gediş zamanı qusma, bəzən
də angina olmaya da bilər. İlk 1-2 gündə boyunun limfa düyünlərinin böyüməsi, bərk
və ağrılığı qeyd olunur.
Dil ağ ərplə örtülür, ərpdən qırmızı məməciklər görünür – ağ
çiyələyəbənzər dil, kiçik nöqtəvari səpgi əmələ gəlir.
Səpgilərin lokalizasiyası - hər yerdə olur, səpgi yuxarıdan aşağıya yayılır.
Səpgi elementləri və onların təkamülü – kiçik nöqtəvari , şəhrayı rəngdən al qır-
mızı rəngə qədər ləkələrdir, ən çox boyunda, bədənin yuxarı hissəsində təzahür edir və
ətrafların distal hissələrində birləşir. Üzdə al qırmızı
yanaqlar və cənə, solğun rəngli
burun-dodaq üçbucağı ilə (Filatov simptomu) kontrast təşkil edir. Dəri büküşləri və oy-
naq qatlarında petexiyalarla formalaşmış tünd qırmızı zolaqlar var (Pastia simptomu).
Ağ dermoqrafizm aydın görünür. 3-4 günə dil üc və yan səthdən təmizlənməyə başla-
yır, parıldayır, açıq qırmızı
rəngdə olur, qırmızı məməciklər çıxır və kiçik adacıqları
xatırladan ərp qalır – qırmızı çiyələk dil əmələ gəlir. Yumşaq damaqda kiçik nöqtəvari
səpgi və petexiyalar olur. Səpgilər əmələ gəldikdən 4-5 gün sonra qabıqlanma başlayır,
belə ki, üzdə və bədəndə - kiçik lövhəcikli, əl və ayaq nahiyəsində - böyük lövhəcikli
olur. Qabıqlanma mərhələsi 2-3 həftə davam edir və izsiz sağalır. Skarlatina
diaqnozu
anamnezə və əsnəkdən götürülmüş yaxmanın əkilməsinin nəticəsi ilə təsdiqlənmiş kli-
nik şəklə əsasən qoyulur.
Şək.7.44.Qızılyel
xəstəliyi
119
Şək.7.45.Qızılyel xəstəliyi
Şək.7.46.Perianal
nahiyənin sellüliti
Şək.7.47. Göz qapağının
sellüliti
Şək.7.48.Skarlatina (ağ
(çiyələyəbənzər dil
Şək.7.51.Skarlatina (Pastia
(simptomu
Şək.7.49.Skarlatina(xırda
(nöqtəvipapulyoz
səpgilər
Şək.7.52.Skarlatina
((qırmızı çiyələyəbənzər dil
Şək.7.50.Skarlatina
Filatov
(simptomu
Şək.7.53.Skarlatina (əlin iri
(lövhəcikli qabıqlanması