Ziyilli vərəm sin. anatom ziyili (Tuberculosis verrucosa).
Ən çox kişilərdə təsadüf
edilir. Müəyyən dərəcədə peşə xəstəliklərinə aid edilir, belə ki, patoloqoanatomlarda,
sallaqxana işçilərində, xəstə heyvanlarla təmasda olan baytarlarda ziyilli vərəm diaqno-
zu qoyulyr. İnfeksiyanın keçmə yolu - ekzogendir.
Lokalizasiya - əl və ayaq barmaqları, əl, ayaq, diz oynaqları, bəzən bud, sağrı.
Səpgi elementləri və onların təkamülü- düyüncüklər (qabarcıqlar) ağrısız, qırmı-
zımtıl-göy rəngli, ziyilli səthi, ensiz eritematoz haşiyə ilə əhatə olunmuşdur. Düyüncük-
lər (qabarcıqlar) birləşərək, dairəvi və ya polisiklik şəkildə, qəhvəyi-göy rəngdə, bərk
konsistensiyalı, mərkəzində çatlar, şırımlar, buynuz təbəqələri olan, kəskin sərhədli zi-
yilli ocaqlar əmələ gətirir. Periferiyaya doğru - sağlam dəri ilə sərhəddə hamar, infiltrat-
laşmış, göyümtül-qırmızı val və eritematoz göyümtül haşiyə müşahidə olunur. Sağalma
prosesində ağ və ya qeyri-bərabər piqmentləşmiş atrofik çapıq yaranır. Tuberkulin
sınağı müsbət olur.
Miliar-xoralı vərəm (Tuberculosis miliaris ulcerosa).
Ən çox kişilərdə təsadüf edilir.
Yüksək yoluxuculuğuna görə fərqlənir. İnfeksiyanın keçmə yolu – autoinokulyasiyadır.
Lokalizasiya – təbii dəliklərin selikli qişası və onları əhatə edən dəri.
Səpgi elementləri və onların təkamü-
lü- düyüncüklər (qabarcıqlar), sancaq başı
böyüklükdə, çəhrayı və ya açıq-qırmızı
rənglidir, tez parçalanan səthi, kiçik ölçülü,
yumşaq girintili-çıxıntılı kənarlı, seroz-i-
rinli ifrazatlı və qeyri-hamar dənəcikli dibi
olan, sarımtıl nekrotik qabarcıqlarla örtül-
müş, dairəvi formalı xoralar yaranır - “Trel
dənələri”. Xoralar birləşərək naxışabənzər
kənarları olan geniş xoralı səth əmələ gəti-
Şək.8.8.Vərəm qurdeşənəyi (şişəbənzər forma)
126
rir. Sağalma prosesində zərif atrofik
capıqlar yaranır. Regionar limfadenit
qeyd olunur. Tuberkulin sınağı çox
vaxt mənfi olur.
Papulonekrotik vərəm (Tuberculo-
sis papulonecrotica).
Daha çox 25-35
yaşlarında olan qadınlarda rast gəlinir.
Lokalizasiya - ətrafların açıcı səth-
ləri, ən çox oynaq və sağrı nahiyəsi
Səpgi elementləri və onların tə-
kamülü- düyüncüklər (qabarcıqlar),
izolə olunmuş, yarımkürəşəkilli for-
mada, solğun qırmızı rəngli, 2-5 mm
diametrli, bərk konsistensiyalı, ağrı-
sız, hamar səthli olur. Qabarcıqların
mərkəzində psevdopustula – nekroz
yaranır. Nekrotik kütlələr quruyaraq
möhkəm birləşmiş qartmaq əmələ gə-
tirir, qopartdıqda kraterəbənzər xora
yaranır, ağımtıl daxilə basılmış və ya
periferiya üzrə piqment halqası olan,
hamar “möhürlənmiş” çapıqla reqres
edir.
Adi klinik şəkildən fərqlənmələr də
ola bilər ki, bu aşağıdakı təzahürlərlə
özünü göstərir.
•
sonradan çapıqsız reqres ilə
nəticələnən mərkəzi nekrozun olma-
ması
•
eksudativ komponentin nəzərə
çarpması ilə, sızanaq səpgi tipinə görə
pustulizasiya
•
indurativ eritemanın keçid
formasına bənzər, daha böyük və dərin
yerləşən düyüncüklər (qabarciqlar)
Tuberkulin sınağı müsbət olur.
İndurativ vərəm sin. Bazenin indu-
rativ eriteması (Tuberculosis indurati-
va).
Daha çox qadınlarda rast gəlinir.
Lokalizasiya – baldırlar, bud, bəzən
yuxarı ətraflar, qarın.
Səpgi elementləri və onların təkamülü- düyünlər, çox vaxt tək-tək, simmetrik, dərin
yerləşmiş, təcrid edilmiş, azacıq ağrılı, bərk elastik konsistensiyalı, dairəvi və ya oval
formalı, 1-5sm ölçülü olurlar. Düyün üzərində dəri əvvəlcə dəyişilməmiş, inkişaf etdikcə
Şək.8.9.Vərəm qurdeşənəyi (xoralı forma)
Şək.8.10.Vərəm qurdeşənəyi (lupus carcinoma)
Şək.8.11.Vərəm qurdeşənəyi (lupus carcinoma)
127
qırmızımtıl-göy rəngli, düyünlərlə birləş-
miş olur. Düyünlərin sağalma prosesində
piqmentasiyası qalır və ya müxtəlif dərə-
cədə nəzərə çarpan atrofik çapıqlar qeyd
olunur. Bir sıra hallarda düyünlər dairəvi və
ya oval formalı, möhkəm, bərk, kəskin gi-
rintili-çıxıntılı kənarlı, dibində sarımtıl-ya-
şıl ərp olan, kənarları piqmentasiyalı hamar
atrofik çapıqla nəticələnən dərin olmayan
xoralar (Hetçinson tip) əmələ gəldikdən
sonra sağalır. Tuberkulin sınağı çox vaxt
müsbət olur.
Lixenoid vərəmi sin. skrofulyozluların
dəmrovu (Tuberculosis lichenoides
sin. lichen scrophulosorum).
Ən çox
zəif uşaqlarda və yeniyetmələrdə rast
gəlinir.
Lokalizasiya – bədən, əksər hal-
larda yan səthlərdə, bəzən ətraflarda,
üzdə.
Səpgi elementləri və onların tə-
kamülü - miliar düyüncüklər (qa-
barcıqlar), lixenoid, follikulyar, pe-
rifollikulyar, simmetrik, yumşaq
konsistensiyalı, sarımtıl-qəhvəyi və ya
normal dəri rəngində, çox vaxt mərkə-
zində buynuz qatı və ya zərif tüklər
olur. Düyüncüklərin forması müxtəlif olur: konusşəkilli, dairəvi, yastı, bəzən poliqonal.
Qruplaşma və sıx yerləşmə nəticəsində oval və ya halqavari zədə ocaqları əmələ gəlir.
Xəstəlik, adətən izsiz sağalır, bəzən isə səthi atrofik çapıqlar qalır. Tuberkulin sınağı
müsbət olur.
Şək.8.12.Kollikvativ vərəm
Şək.8.13.Ziyilli dəri vərəmi
Şək.8.14.Miliar-xoralı dəri vərəm
128
Üzün disseminə olunmuş miliar
vərəmi (Tuberculosis miliaris dissemi-
natus faciei).
Ən çox gənc yaşlarında
rast gəlinir.
Lokalizasiya – yalnız üzdə.
Səpgi elementləri və onların tə-
kamülü- mərkəzində pustula olan
düyüncüklər (qabarcıqlar), izolə olu-
muş, miliar, sarımtıl-qırmızı və ya
qırmızımtıl-qəhvəyi rəngdə, yarım-
kürə şəkilli, yumşaq konsistensiyalı,
ağrısızdır, diaskopiya zamanı “alma
jelesi” simptomu müsbət olur. Sağal-
ma prosesində atrofik çapıq qalır. Tu-
berkulin sınağı zəif müsbət, çox vaxt
mənfi olur. Xəstəliyin bir növü olan
Levandovskinin rozaseayabənzər tu-
berkuloid - dərinin rozaseayabənzər
dəyişiklikləri fonunda, üzün disse-
minə olunmuş miliar vərəminin klinik
təzahürləri ilə xarakterizə olunur (eri-
tema, teleangiektaziya).
Yaddaş!
Vərəmin profilaktikası üçün əha-
linin vaksinasiyası attenləşmiş M.tu-
berculosis ştamdan olan canlı vərəmə-
leyhinə vaksina (BCG- Bacille de
Calmette et de Guerin) ilə aparılır.
BCG ilə vaksinasiya orqanizmin aktiv
immunizasiya yolu ilə vərəmə qarşı
rezistentliyini artırmağa kömək edir.
BCG vaksininin dozası (birpeyvəndlik
doza) – 0,1 ml durulaşdırılmış vak-
sindir. BCG vaksin yeridildikdən təx-
minən 2 ay sonra immunitet başlayır.
Yerli peyvənd reaksiyaları, adətən
vaksinasiya olunmuş şəxslərdə 3-4
həftədə, revaksinasiya olunanlarda isə
peyvəndin 1 həftəsində kiçik çəhrayı infiltrat, düyüncük, pustula, 2-12 mm diametr-
li xora şəklində başlayır. Yerli peyvənd reaksiyalarının geriyə inkişafı vaksinasiya və
revaksinasiya olunmuş şəxslərdə, adətən 2-4 ay ərzində baş verir. Reaksiya yerində
2-10mm ölçüdə, səthi çapıq qalır ki, bu da immungenez prosesinin bitməsini və orqaniz-
min immunloji dəyişikliklərin başlanmasını göstərir.
Şək.8.15.Papulonekrotik dəri vərəmi
Şək.8.16.İndurativ dəri vərəmi (Hetçinson tipi
129
Dəri vərəmi diaqnozu anamnezə,
xəstəliyin klinik və patomorfoloji
şəklinə, Mantu sınağının nəticələ-
rinə əsasən qoyulur. PZR zədələnmiş
toxumalarda M.tuberculosis DNT-nin
identifikasiyasını təyin etməyə imkan
verir.
Şək.8.17.Lixenoid dəri vərəmi
Şək.8.18. Üzün disseminə olunmuş miliar vərəmi
|