93
əks təqdirdə iltihabi prosesin güclənməsi və disseminasiyası mümkündür.
Kortikosteroidlərin böyük sahəyə çəkilməsi zamanı onların ftorlaşmışlarının rezorb-
siya riski, börəküstü vəzilərin funksiyasının tormozlanması,həmçinin teratogen risk
məsələləri əhəmiyyət kəsb edir.
Buna görə yerli kortikosteroidlərdən istifadə edərkən aşağıdakı tövsiyyələrə riayət
etmək lazımdır:
•
Müalicənin əvvəlində zəif olan hidrokortizon, prednizolondan başlamaq lazım-
dır;
•
Onların effektivsizliyi zamanı güclü preparata keçib effekt əldə edildikdən sonra
yenidən zəif preparata qayıtmaq lazımdır;
•
Preparatları dəriyə nazik qatla çəkməli;
•
Preparatları pasiyentə məhdud miqdarda yazmalı
və bunun nəticəsində doza
həddinin aşılmasına mane olmalı;
•
Sıxıcı sarğıları yalnız məhdud müddətə istifadə etməli;
•
Yüksək aktiv preparatlar diskoid qırmızı qurdeşənəyində və qırmızı yastı dəm-
rovda, orta aktiv preparatlar- psoriazda, zəif aktiv- ekzema
və neyrodermatitdə təyin
edilir. İnfeksiyalaşmış dəri zədələnmələrində kortikosteroidə antimikrob və antimikotik
vasitələr əlavə olunur (neomisin, klotrimazol, heliomisin, nistatin və s.).
Yan təsirlər çox vaxt güclü kortikosteroidlərin istifadəsi zamanı meydana çıxır.Bun-
lar infeksiyanın qoşulması, dəri atrofiyası, striyalar, cavan xanımlarda hirsutizm, perio-
ral
dermatit, yerli depiqmentasiya və aknelərdir.
Güclü kortikosteroidləri üzə çəkmək olmaz (diskoid qırmızı qurdeşənəyi istisnadır),
həmçinin göz qapaqlarına çəkilərsə qlaukoma riski yarana bilər.
Kortikosteroidlərin (xüsusilə yüksək aktivlərin) istifadəsinə əks-göstərişlər bakterial,
virus, göbələk dermatozları,perioral dermatit, dərinin spesifik infeksiyaları (vərəm, sifi-
lis), dəri şişləri, hamiləlik və südvermə, dərinin geniş zədələnmələri, bir yaşa qədər olan
uşaqlarda rast gəlinən dermatozlardır.
Dostları ilə paylaş: