88
Dermatozların farmakoterapiyasına başlamazdan öncə preparatın istifadəsinə göstə-
riş və əks göstərişləri, dərmana öyrəşkənliyin yaranması ehtimalını,pasiyentin yaşını,
allergik reaksiyaların yaranma ehtimalını və əlavə təsirləri nəzərə almaq lazımdır.
Dermatomikozların yerli malicəsi simptomatik aparılmalıdır. Yerli dərman maddəsi
təyin etməzdən əvvəl dərini qabıq, qartmaq, əvvəlki dərman vasitələrindən təmizləmək
lazımdır. Adətən bu məqsədlə qaynadılmış bitki yağı sarğısından istifadə edirlər. Dər-
man əvvəl məhdud sahəyə çəkilir, pasiyentin normal reaksiyasından sonra qalan yerlərə
də sürtülür. İslatma, sarğı və yaxmaların düzgün qoyulması və vaxt intervallarının göz-
lənilməsi mühüm əhəmiyyət daşıyır.
Yerli farmakoloji vasitələr dəridəki patoloji prosesə təsir xarakterinə görə aşağıdakı
qruplara bölünür (cədvəl 6.2)
Dostları ilə paylaş: