Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı


Autoimmun təbiətli sitotoksik reaksiyalar



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə34/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   446
DERMATOLOGİYA-dərslik 1

Autoimmun təbiətli sitotoksik reaksiyalar
Onlara pemfiqus (sudurca), pemfiqoid, qovuqcuq, Layella sindromu aiddir. Bunların 
patogenezində autoimmun proseslər əsas rol oynayır, belə ki keratinarası sementləyici 
substansiyaya qarşı autoantitelər əmələ gəlir. “Antigen-antitel” kompleksinin əmələ gəl-
məsi keratinositləri qonşu hüceyrələrlə bağlılıqdan azad edir. Bu reaksiyaların morfoloji 
substratları bazal keratinositlərin vakuol distrofiyası, suprabazal akantoliz və ya dənəli 
qatın akantolizidir. Vegetasiya edən pemfiqusda, həmçinin papillomatoz, akantoz, köhnə 
ocaqlarda hiperkeratoz olur. Dermanın məməcikli qatında eozinofillər, limfositlər və 
neytrofillərdən ibarət cüzi infiltrat olur. Çapıqlaşan pemfiqoiddə fibroz, daha sonra çapıq 
inkişaf edir.


53
Dəridə immunkompleks reaksiyalar
Bunlara çoxformalı eksudativ eritema, toksikodermiya, Şenleyn-Genox purpurası, 
leykositoplastik vaskulit, Verter-Dümlinqin düyünlü nekrotik vaskuliti aiddir. Dərinin 
birləşdirici toxumasının sistem xəstəlikləri də bu mexanizmlə inkişaf edir. Bu xəstəlik-
lərdə antigen artıqlığından qeyri-adi ölçülü çoxlu miqdarda immun kompleksləri əmələ 
gəlir. Bu, immun kompleksin faqositozunu pozur,onlar toxumalarda, ilk növbədə qan 
damarlarının bazal membranasının altında toplanmağa başlayır. İmmun kompleks tərki-
bində G və M immunqlobulinləri saxlayır və komplement sistemini aktivləşdirir. Komp-
lementin aktivləşmə məhsulları damar keçiriciliyini artırır, onları genişləndirir, eləcə 
də qranulosit və makrofaqları özünə cəlb edir. Faqositlər öz növbəsində toxumaları zə-
dələyən ikincili mediatorlar ifraz edir.
Əsas patoloji dəyişikliklər endotelin degenerasiyası, proliferasiyası və şişkinliyi ilə 
müşayiət olunan arteriit, periarteriit, flebit və periflebitdir. İnfiltrat damar divarını keçir 
və onu əhatə edir. O, leykositlərdən (neytrofil və eozinofil) ibarətdir, Verter-Dümlinq 
vaskulitində isə leykositlərə plazmositlər də qarışır. Bir çox damarların mənfəzi endo-
telial trombla bağlana və ya obliterasiyaya uğraya bilər. Sonrakı mərhələdə birləşdirici 
toxumanın böyüyüb-artması və hialinoz müşahidə olunur.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin