Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə31/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   446
DERMATOLOGİYA-dərslik 1

Dərinin hemorragik iltihabı
Bu iltihab üçün xarakterik damarların vaskulit tipində zədələnməsi və sonradan mü-
şahidə olunan onların fibrinoid nekrozudur. Nəticədə damarların keçiriciliyi və onların 
möhkəmliyi o dərəcədə dəyişir ki, böyük miqdarda istənilən xarakterli eksudata eritrosit-
lər qarışır (sibir xorası,Mişerin və Şenleyn-Genoxun hemorragik vaskuliti,Verter-Düm-
linqin düyünlü nekrotik vaskuliti). Zahirən hemorragik iltihab hemorragik ləkələr-pe-
texiya və ekximozlar şəklində təzahür edir.
Bəzən histoloji müayinə zamanı qan damarlarının divarı tam nekrozlaşmış, bağ-
lı mənfəzli, nüvələrinin bir hissəsi dağılmış (karioreksis) neytrofillərdə infiltratlaşmış 
şəkildə görünə bilər. Dermada- güclü ödem, fibrinoid dəyişikliklər vəziyyətində olan 
kollagen liflər, massiv qansızmalar görünür. Bu dəyişikliklər dəri nekrozu və xoraların 
əmələ gəlməsinə gətirib çıxarır.
Dərinin produktiv iltihabı
Produktiv (proliferativ) iltihab haqqında üçüncü faza üstünlük təşkil etdiyi halda da-
nışırlar. Bu zaman ocaqda histiogen və hematogen mənşəli hüceyrələrin sayı artır,altera-
siya və eksudasiya isə zəif olur.
Dəri iltihabının bu forması həm epidermis,həm də dermada aydın produktiv dəyişik-
lərlə xarakterizə olunur. Dermada mikrosirkulyator dövranın damarları tərəfindən çox 
kəskin olmayan dəyişikliklər zamanı müxtəlif tərkibli hüceyrə infiltratları formalaşır ki, 
bu da törədicinin növü ilə və orqanizmin vəziyyəti ilə müəyyən olunur. İnfiltratlar lim-


50
fositar, makrofaq mənşəli,lakin daha çox qarışıq ola bilirlər. İnfiltratın hüceyrələrinin 
bir hissəsi sonradan fibroblastlara transformasiya edir, ardınca isə fibrositlərin üstünlük 
təşkil etdiyi skleroz əmələ gəlir.
Epidermisdə akantoz, hiperkeratoz, epidermal çıxıntıların uzanması qeyd olunur. Bu 
zaman dermanın uzanmış məməcikləri fibroza məruz qala və ya iltihabi infiltrat hücey-
rələri ilə infiltratlaşa bilər.
Produktiv iltihab Darye xəstəliyində,vegetasiya edən pemfiqusda, dəri vərəminin zi-
yilli formasında olur. Darye xəstəliyi və vegetasiya edən pemfiqusda qeyd olunan dəyi-
şikliklərdən əlavə içərisində eozinofil leykositlər və epidermisin akantolitik hüceyrələri 
olan akantolitik qovuqlar ola bilər.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin