43
rilməmişdir. Bir çox müəlliflər immun və qeyri-immun iltihabı ayırd edirlər. Bu bölgü
müəyyən dərəcədə şərtidir, belə ki, bu 2 formanın hər birində eyni hüceyrələr iştirak edə
bilər. Bununla belə, bu bölgü çox əhəmiyyətlidir, belə ki, iltihabın bu növündə hüceyrə
mexanizmlərinin hansı formasının iştirak etdiyini müəyyən etməyə imkan verir. Mövcud
təsnifatları ümumiləşdirərək dərinin iltihabi xəstəliklərinin aşağıdakı təsnifatını
təklif
etmək olar (cədvəl 2).
Cядвял 2. Дяринин илтищабы
İltihab proseslərinin mərhələləri
İltihab prosesi aydın nəzərə çarpan mərhələlərlə səciyyələnir. A.İ.Strukov (1990)
iltihabın aşağıdakı mərhələlərini ayırd edir:
1. zədələnmə və
ya alterasiya mərhələsi;
2. ekssudasiya və ya qandan və limfadan toxuma mayesinin xaric olması ilə birlik-
də mikrosirkulyator sistemin reaksiyası;
3. bərpa və
ya proliferasiya mərhələsi
Dostları ilə paylaş: