28
qırışır, elastikliyini itirir, qeyri-bərabər piqmentasiya müşahidə olunur, müxtəlif xoş və
bədxassəli proliferativ ocaqlar əmələ gəlir.
Dərinin ekoloji əhəmiyyəti
İnsan öz mənşəyi və mövqeyinə görə canlı təbiətdə bioloji fərd olaraq, özünün möv-
cud olmasını təmin etmək üçün təkamülprosesinə uyğun həyatı boyu ona lazım olan
fiziki, kimyəvi və bioloji faktorlar tələb edir. Öz növbəsində, sivilizasiya prosesi mühitə
təsir edir və onu dəyişir. Orqanizmin, çox vaxt da dərinin qarşılıqlı sınanmış təsirləri
çoxsaylıdır. Lakin bioloji və mədəni faktorlar insana həm mənfi, həm də müsbət təsir
göstərə bilir. Orqanizmin balanslanmış daxili mühitində olan bədənin digər orqanları ilə
müqayisədə dəri, xarici mühitlə “ilk kontakt xətti” olaraq, çox əlverişsiz vəziyyətdədir.
Dəri sərhəd orqanı funksiyasını çox gözəl yerinə yetirmək qabiliyyətinə malikdir, onun
filogenetik inkişafı – belə uyğunlaşma qabiliyyətinin ən yaxşı sübutudur. Insanın antro-
pogenez prosesində müvəffəqiyyətlə inkişafında dərinin
zənginliyi, əksəriyyət orqanlar-
la müqayisədə yüksəkdir. Bir halda ki, insanı yaxın zooloji qohumlarından fərqləndirən
və dəri funksiyalarını mükəmməl sübut edən əsas əlamətlərdən biri bədəndə tük örtü-
yünün olmamasıdır, buna əsasən onu “homo sapiens” kimi “homo nudus” adlandırmaq
olar.
Dərinin funksiyaları, şübhəsiz, elədir ki, insan varlığına mühitin ən geniş təbii təsir
spektrində mövcud olmağa imkan verir. Öz estetik funksiyasına uyğun olaraq, dəri in-
sanlar arasında münasibətlərin də tənzimləyici vasitəsi olur.