Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə12/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   446
DERMATOLOGİYA-dərslik 1

Dərinin ekskretor funksiyası
Dəri, hər hansı birinin (su, duzlar) artığından və digərinin (metabolitlər, dərman 
maddələri) toksiki təsirindən azad olunmaqla orqanizmdən maddələri çıxarmaq kimi 
əhəmiyyətli olan funksiyanı yerinə yetirir. Bu proses tər və piy vəziləri, eləcə də epi-
dermisdən keçməklə həyata keçirilir. Dermanın məməciklərinə qanla gətirilən toksiki 
maddələr, dərman preparatları, toxuma mayesi ilə birlikdə hüceyrələrarası kanalcıqlarla 
epidermisə keçir, onun hüceyrələrinə zədələyici təsir göstərə və səthdən çıxa bilərlər. 
Patologiya zamanı (məsələn, uremiyada) dərinin ekskretor funksiyası kəskin artır ki, bu 
da aydın nəzərə çarpan adaptiv xarakter daşıyır.
Maddələr mübadiləsində dərinin rolu
Dəri, orqanizmin maddələr mübadiləsində mühüm rol oynayır, bu da onun kütləsi 
(bədən çəkisinin təxminən 20%-i) və xarici mühitlə sərhəddinin vəziyyətindən asılıdır. 
Dəri metabolizmi sinir və endokrin sisteminin köməyi ilə bütün orqanizmin mübadiləsi 
ilə birləşir. Toxumalarda mübadilənin pozulmasının seboreya, alopesiya, akne, hamiləlik 
dermatozu kimi cinsiyyət vəzilərinin disfunksiyası arasında əlaqə coxdan məlumdur.
Dərinin xarakter distrofik dəyişiklikləri diabetli xəstələrdə, qalxanabənzər vəzinin uru 
- Bazedov xəstəliyində, eləcə də böyrəküstü, hipofiz, paraqalxanabənzər vəzinin çatış-
mamazlığında əmələ gəlir.
Dəridə maddələr mübadiləsi və dərinin mübadilədə iştirakının bir neçə aspekti ayırd 
edilmişdir. Müxtəlif bioloji mayelərin və bərk maddələrin - qan, limfalar, toxuma mü-
badiləsinin hasilatı, makro- və mikroelementlərin depozitə qoyulmasında dərinin rolu 
böyükdür. Buna səbəb dərinin çoxşaxəli damar şəbəkəsidir. Zülal pəhrizi və müxtəlif 
xəstəliklər (ekzema, atopik dermatit, psoriaz, qırmızı qurdeşənəyi) zamanı azot qalığının 
artması göstərir ki, dəri müvəqqəti olaraq zülal metabolitini ləngidir, bununla da onların 
digər orqanlara, xüsusilə də beyinə toksiki təsirini zəiflətmiş olur.Orqanizmdəki çoxlu 
mikroelementlərin funksional rolu kifayət qədər öyrənilməmiş qalır, lakin dermatologi-
ya üçün sink, mis və dəmir mübadiləsi çox maraq kəsb edir.
İnsanda sink çatışmamazlığında bir sıra əlamətlər və xəstəliklər müşahidə olunur: en-
teropatik akrodermatit, alopesiya, yuxusuzluq, apatiya, eritematoz-skvamatoz səpgilər, 
müxtəlif infeksiyalara yüksək həssaslıq, 
Misin dəri üçün əhəmiyyəti böyükdür, o, tirozinazavasitəsilə melaninin sintezində, 
liziloksidazavasitəsilə elastin və kollagenin mübadiləsində, tioloksidazavasitəsilə kera-
tinizasiya prosesində iştirak edir. Orqanizmdə mis çatışmamazlığı, kollagen və elastinin 
polipeptid zəncirləri arasında köndələn tikişlərin olmamasına, onların qırılması ehtima-
lını artırır - defektor kollagenin əmələ gəlməsinə səbəb olur.


25
Dəmir hemoqlobinin, mioqlobinin, sitoxromların, kataliazaların, peroksidazların tər-
kib hissəsini təşkil edir, bununla da onun orqanizmdəki mühüm rolu təyin edilir. Pso-
riazlı xəstələrdə epidermisin zədələnmiş ocaqlarında yüksək miqdarda dəmirin olması 
nəzərə çarpır. Fotodermatozların müxtəlif formalarında lipidlərin peroksid oksidləşməsi 
dərəcəsi və xəstənin qan zərdabında dəmirin tərkibinin səviyyəsi arasında korrelyasiya 
qeyd olunur.
Digər orqanalrın mübadilə prosesində iştirak edən maddələrin dəridə kimyəvi də-
yişilməsi gedir: məsələn, zulalların, karbohidratların və lipidlərin katabolizmi. Bunun 
üçün bütün zəruri olan fermentlər: oksidoreduktazlar, transferazlar, hidrolazlar, sintetaz-
lar, izomerazlar və liazlar vardır. Dəridə, onun üçün spesifik olan dəyişikliklər: keratin, 
kollagen, melanin, dəri piyi və tər əmələ gəlir.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin