22
landinlər birincili mediator, daha çox qaşınma modulyatorudur. Həm histamin, həm də
ağrının səbəb olduğu qaşnmanın yaxınlaşmasını azaldır. Sistem morfin kimi qaşınmanın
mərkəzi modulyatoru mərkəzi reseptorlara təsir edərək ağrını azaldır, qaşınma əmələ
gətirir.
Birincili dəri xəstəliyi olmadıqda, generalizə olunmuş qaşınma daxili xəstəliyin mü-
hüm əlamətidir. Uremiya, öd daşı xəstəliyi, limfomalar və mieloproliferativ xəstəlikləri,
tiretoksikoz, diabet, karsinoma, müxtəlif genez çatışmamazlığı ilə anemiyalar və psixi
pozuntular kimi müxtəlif xəstəliklər bərk qaşınma verə bilər. Qaşınmanın əsas səbəbi
– psixi stresdir. Bəzi psixogen qaşınması olan pasiyentlər dəridə görünmyən parazitlə-
rin olmasını güman edirlər. Belə xəstələr ekskoriasiya və əl çatan yerlərində pruriginoz
papulalar əmələ gələnə qədər başlarını darayırlar (ətraflar, baş, kürəyin yuxarı hissəsi).
Quru dəri (kseroz) – digər fərdlərdə qaşınma üçün geniş yayılmış səbəbdir. Müəyyən
dərmanlar (aspirin, opiatlar) səpgisi görünməyən qaşınmalar əmələ gətirir. Həqiqi poli-
sitemiyalı pasiyentlər unikal qaşınma tipinə malikdir, yəni qaşınma temperaturun birdən
dəyişməsindən, xüsusən isti vannadan çıxdıqda başlayır. Qaşınma tikanlı olur, bir neçə
dəqiqədən bir neçə saata qədər davam edir.
Dostları ilə paylaş: