11
iki hüceyrə sıx əlaqə ilə birləşmiş və desmosomlarm sitoplazmasının dərinliyinə nüfuz
edən liflərə çarpaz istiqamətdə yerləşən kələflə möhkəm birləşmişlər. Bu liflər tonofıla-
mentlər adlandırılır (yunan. tonos -dartma). Tonofılamentlər kələflərə keçir (tonofıbril-
lər) və desmosomların sahəsində itirlərər. Sitoplazmatik çıxmtılar onların arasmda kanal
şəbəkəsi yaratmaqla hüceyrələrin birləşməsini təmin edir, bu kanallar boyunca hücey-
rəarası maye dövr edir.
Desmosomlar və tonofıbrillər hüceyrələri mexaniki zədələrdən qoruyan daxili dayaq
sekletini təşkil edir. Bazal qatda olduğu kimi, tikanlı qatda da ağ çıxıntılı epidermositlər
yerləşir ki, onlar epidermisin keratinositləri ilə birlikdə müdafıə immun funksiyasını
yerinə yetirir.
Tikanlı qatın hüceyrələrinin sitoplazmasında keratinosomlar və ya Odlandi cisimcik-
ləri vardır, onlarda bir sıra fermentlərin: turş fosfataza, nukleozidfosfataza, esterazaların
aktivliyi yüksəkdir və bu xüsusiyyət onları lizosomlara yaxınlaşdırır.
Tikanlı qatdan sonra gələn dənəli qat 1-3 sıra hüceyrələrdən ibarətdir, ayaq pəncə-
sində (daban) və ovucda isə bu qat 3-4 sıra hüceyrələrdən təşkil olunmuşdur. Bu za-
man dərinin səthinə yaxın yerləşmiş hüceyrələr rombşəkilli yastı forma alırlar, tikanlı
qata söykənmiş hüceyrələr isə silindr və kubşəkilli formaya malikdirlər. Keratinositlərin
nüvələrində DNT- və RNT-tərkibli strukturların miqdarı kəskin azalır, sitopolazmada
isə əlavələr - keratogialin dənələri aşkar edilir ki, bunlar da tonofıbrilyar-keratogialin
komplekslərindən ibarət olub nüvənin, mitoxondrilərin, ribosomların və hüceyrənin di-
gər orqanoidlərinin dezinteqrasiyası məhsullarının sayəsində əmələ gəlir. Tikanlı qatın
hüceyrələrində tonofıbrilyar-keratogialin komplekslərin olması səbəbindən bu qatı çox
vaxt keratogialin qatı da adlandırırlar.
Tikanh qatın hüceyrələrinin protoplazmasında keratogialinin hasil olunması epider-
mal böyümə amilinin ifrazını azaldır, polipeptidlərin, keylonlarm toplanmasına səbəb
olur ki, bu da mitotik bölünməni tormozlayır. 5 yaşa qədər uşaqlarda tikanlı qatın hü-
ceyrələri daha aktiv, nisbətən az yastılanmışdır, onların hüceyrələri isə mitotik aktivlik
qabiliyyətini itirməmişlər. Bazal, tikanlı və dənəli qatın hüceyrələrində gedən mitotik
bölünmə çox vaxt onları epidermisin vahid böyümə qatında (malpigi qatı) birləşdirməyə
əsas verir.
Eleidinli parlaq qat epidermisi daha yaxşı inkişaf etmiş nahiyələrdə (ovuclar və
daban) kəskin nəzərə çarpır. Dəri örtüyünün digər sahələrində bu qat sərhədləri dəqiq
bilinməyən 1 -2 sıra parlaq yastı hüceyrələr şəklində zəif nəzərə çapır. Eleidindən ke-
ratinin əmələ gəlməsi keratinositlərin yaranması və onların epidermisin buynuz qatına
çevrilməsi ilə başa çatır. Buynuz qat daha qalındır, o, çoxsaylı kirəmitşəkilli nüvəsiz
lövhələrdən ibarət olub bir-birinin içərisinə keçən hüceyrə qişalarının çıxıntıları və buy-
nuzlaşmış desmosomların sayəsində bir-birinə sıx yerləşmişlər. Buynuz qatın
səthi
hüceyrələri buynuz örtüyün deskvamasiyası nəticəsində (fizioloji qabıqvermə) da-
ima kənar edilir.
Buynuz qatın qalınlığı eyni deyildir. Ovucda və dabanda o, yaxşı inkışaf etmişdir
(fizioloji hiperkeratoz), göz qapaqları nahiyəsində, üz dərisində, cinsiyyət orqanlarında
(xüsusilə də uşaqlarda) cüzi nəzərə çarpır. Buynuz hüceyrələrin səthi qatı daima qabıq
verir və epidermisin böyümə qatının hüceyrələrinin fasiləsiz şəkildə mitotik bölünməsi,
həmçinin epidermisdə keratinin sintezi nəticəsində yenisi ilə əvəz olunur. Xarici buynuz
12
qatı daima kənar edilən buynuzlaşan hüceyrələrin sayəsində eyni tərkibdə deyildir. Hü-
ceyrələrih normada bazal qatdan dənəli qata keçməsi 26-42 gün, buynuz qatdan - 14 gün
təşkil edir, bütün epidermisin dəyişilməsinin tam sikli isə 59-65 gün davam edir.
Zülal sintezindən başqa
epidermis piqment əmələgətirmə, müdafıə və immunloji
funksiyanı yerinə yetirir. Epidermisin piqment sintezetmə aktivliyi melanositlərlə şərt-
lənmişdir ki, onlar sinir yastığından əmələ gəlmiş və bazal qatm keratinositləri arasında
yeriəşmişlər.
Bazal qatın bütün hüceyrələrinin 10-25%-ni təşkil edən melanositlərin ağ rəngi və
tünd nüvələri vardır. Onlar melanin piqmentini sintez edirlər, melanosomların yeni po-
pulyasiyasını əmələ gətirir və quruluşuna görə aktiv fəaliyyət göstərən və «tükənmiş»
formalara ayırd olunurlar. Melanin bazal keratinositlərdə nüvənin
apikal hissəsinin üzə-
rində yeıiəşir və ultrabənövşəyi şüalardan qoruyucu ekran yaradır. Tünd rəngli dərisi
olan şəxslərdə melanin təkcə bazal qatın hüceyrələrinə deyil, həm də tikanh qatdan dənə-
li qatın hüceyrələrinə qədər daxil olur.
Melanositlərdən başqa, epidermisdə hissiyyat hüceyrələri (reseptor strukturlar) -
onların mənşəyi dəqiq müəyyən edilməmişdir, ağ çıxıntıh epidermositlər yerləşmişdir.
Langerhans hüceyrələri (sümük iliyindən epidermisə daxil olan dendrit hüceyrələrinin
populyasiyası) lokal daxil olmuş antigenə qarşı immun cavabın reaksiya, induksiya et-
məsinə cavabdehdirlər, belə ki, onlar T-hüceyrələrin antigenspesifik aktivliyini induksi-
ya etməyə qadirdirlər. Epidermisin immun orqan kimi rolu qalxanabənzər vəzin epitel
hüceyrələrinin və epidermisin keratinositlərinin anatomik, molekulyar və funksional ox-
şarlığı ilə təsdiq edılir. Keratinositlər üçün antigen-antitel reaksiyasında B-limfositləri
Şək. 2.4. Fibroblast
a – inkişaf etmiş lövhəcikli kompleks (LK) və endoplazmatik şəbəkənin qranulyar
(QER)sisterni ilə I tip kollagenoblast. Xarici membran ətrafında vakuol toplusu (güman
ki, sekretor). Hüceyrələrarası boşluqda çoxsaylı mikrofibrillərin (Mfb) və ayrıca kolla-
gen fibrillərin (Kf)x17000 formalaşması.
b- sağalan yaradan II tip kollagenoblastlar. Genişlənmiş QER sisternləri ilə dolmuş
sitoplazma
hüceyrələri, işıqlandırdıda nazik lifli tərkib görünür (prokollagen)x45000
(Serov B.B., Şexter A.B., 1981).
13
aktivasiya edən hüceyrə immunitetinin, mediatorların (limfokinləri), interleykinləri ifraz
etməsi səciyyəvidir.
Epidermis dermadan mürəkkəb quruluşa malik bazal membran vasitəsilə ayrılır. O,
bazal hüceyrələrin hüceyrə qişalarından,
fılamentlərdən və yarıdesmosomlardan
ibarət
həqiqi bazal membrandan, həmçi-
nin dermanın bir hissəsi sayılan argirofıl
(retikulyar) liflərin subepitelial kələfındən
təşkil olunmuşdur.
Bazal membranın qalınlığı 40-50 nm-ə
bərabərdir, sərhədləri nahamardır, derma-
nın içərisinə nüfuz edən epidermal dəstələ-
rin relyefıni təkrar edir. Bazal membranın
fızioloji funksiyası əsasən baryer funksi-
yasıdır - o, dövr edən immun komplekslə-
rin, antigenlərin, autoantitellərin və digər
bioloji aktiv mediatoıiarın daxil olmasını
və diffuziyasını məhdudlaşdırır. Bununla
belə, bazal membran epidermis və derma
arasındakı mübadilə proseslərində fəal iş-
tirak edir.
Dostları ilə paylaş: