Dermo-epidermal birləşmə immunloji struktur kimi Dərinin müxtəlif iltihabi xəstəlikləri bullyoz reaksiyalarla səciyyələnir və immunre-
agentlərlə (IgA və IgM daxil olmaqla) birgə meydana çıxırlar, əlavə olaraq dermal bir-
ləşdirici zona boyunca immunqlobulinlərin və komplementin toplanması ilə səciyyələ-
nirlər. Qovuğa oxşar törəmələrin anatomik yerləşməsi bu immunreagentlərin toplanma
yeri ilə korrelyasiya olur. Bəzi xəstəliklər zamanı antigenlər və onların xüsusiyyətləri
qismən öyrənilmişdir. İmmunflüoressent metodikanın mikroskopik və xüsusilə də ult-
rastruktur səviyyədə aparılması bu bullyoz halların daha dəqiq diaqnostikasına kömək
edir. (Cədvəl 1).
DERMADA VƏ HİPODERMADA BAŞ VERƏN ÜMUMİ PATOLOJİ PROSESLƏR Dərinin bu 2 tərkib hissələri əsas etibarilə birləşdirici toxuma ilə təmsil olunduğu
üçün ümumi patoloji proseslər zamanı onlar eyni dərəcədə reaksiya göstərirlər, ona görə
də, onları ümumilikdə nəzərdən keçirmək məqsədəuyğundur.
Məlumdur ki, dərinin birləşdirici toxuma hissəsi 2 komponentdən və ya toxuma
elementlərindən: hüceyrə və hüceyrəarası maddədən ibarətdir. Şübhəsiz ki, hüceyrələr
istənilən toxumanın, o cümlədən birləşdirici toxumanın əsas toxuma elementi sayılır.
Hüceyrəarası maddə - yalnız hüceyrələrin həyat fəaliyyəti məhsuludur, o, hüceyrələr
tərəfindən yaranır, hüceyrələr vasitəsilə onun yenidən bərpası və tükənən komponent-
Xəstəlik
Düz
immunflüoresent
reagentlərin
biopsiyasının
nəticələri
İmmunreagentlərin
ultrastruktur
lokalizasiyası
İşıq mikroskopiyası
zamanı qovuğun
əmələ gəldiyi yer
Xəstələrin qan
zərdabında dolayı
immunflüores-
sensiyanın
nəticələri
Буллйоз хястяликляр
Pemfiqus
(bütün
formaları)
Keratinositlər
arasında
hüceyrəarası
zonada IgG
toplanması
Keratinositlər
arasında
Subbazal – vulqar
pemfiqus zamanı,
dənəli və ya buynuz
qat altında – yarpaqvari
qovuqcuq zamanı
95%-də keratino-
sitlərə, epidermi-
sin hüceyrəarası
yapışqan subs-
tansiyasına qarşı
IgG -əkscisimlər