Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı


Dərinin termorequlyasiyada iştirakı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə10/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   446
DERMATOLOGİYA-dərslik 1

Dərinin termorequlyasiyada iştirakı
Orqanizmin hasil etdiyi istiliyin 80 %-ə yaxını dəridən buxarlanma, istilikkeçirmə 
və istilik şüalanması hesabına ayrılır. Termorequlyasiya dərinin tər vəziləri və damar 
sistemi ilə birlikdə həyata keçirilir. Dəri- əzələ arteriya və venaları, eləcə də kapilyarlar, 
arteriovenoz şuntlar və kiçik venaların massiv qarşılıqlı əlaqəsi bədən temperaturu-
nun saxlanmasında xüsusi rol oynayır. Dəridə qanın həcminin əsas fraksiyası qanın asta 
hərəkət etdiyi, səthə yaxın, maksimal istiliklə təmin edən böyük venoz kələflərdə olur. 
Termorequlyasiya üçün, həmçinin ekkrin tər əmələ gəlməsi zəruridir, beləki, dəri sət-
hindən buxarlandıqda soyumanı təmin edir. Dəri səthindən buxarlanan hər bir qram su 
ilə 580 kalori istilik itir. Dəridən tər ifrazı və buxarlanma ilə 27% su çıxmış olur. Adi 
halda sutka ərzində dəri 650 q su və 10q-a yaxın karbon anhidridi ifraz edir, çox tərlə-
dikdə bu rəqəmlər bir neçə dəfə artməş olur. Bir saat ərzində maksimum 1 l-dən 3,5 l-ə 
qədər tər ifraz oluna bilər ki, bu da 2500-8750 kC istilik verməyə ekvivalentdir. Çox 
tərləmə zamanı dərinin vəz aparatının böyük işi həqiqətən faydalıdır. 
Termorequlyasiya həm də dəridə qan dövranının dəyişməsinin köməyi ilə həyata ke-
çirilə bilər. Əsas şərtlər zamanı ümumi qan dövranının 8,5%-i və ya dəridən dəqiqədə 
450 ml keçdikdə, qan axınına nəzarəti birincili sinpatik sinir sistemi yaradır (adrenalin 
və noradrenalindən). Isti ətraf mühitdə fiziki iş zamanı qan axını 3 l/dəq. ola bilər. Nə 
qədər ki, qanın istilik keçiriciliyi və udelğnoe yüksəkdir, dəri boyunca çoxlu miqdarda 
istilik yayıla bilər. Həm mərkəzi, həm də periferik termoreseptorlar periferik sinir siste-
mindən tər ifrazını stimulə edirlər, lakin tər vəzilərinin postqanqlionar halında asetixolin 
keçirici olur. Termorequlyasiyada mərkəzi (hipotalamusda yerləşib) və periferik (dəridə 
lokalizə olunub) termoreseptorlar iştirak edir. Belə olan halda mərkəzi termoreseptorlar 
tər ifrazın yaranmasından 10 dəfə effektlidir. 
Soyuğun təsirinə cavab o zaman baş-
layır ki, temperaturu adi haldan aşağı düşən qan hipotalamusa çatır, sonra orqanizmdə 
istilik yaradan və saxlayan mexanizmə təsir edir. Simpatik sistem qan damarlarını da-
raldır, nətcədə istiliyin dəri səthinə ötürülməsi azalır. Hipotalamusdan impuls həm də 


23
titrəmə mərkəzi motorunu aktivləşdirir, bu da istilik yaradılmasını 50% artırır. Əksinə, 
hipotalamusa normadan artıq isti qan gedirsə, istilik yaradan mexanizm dayanır, qanın 
səthdə yığılmasına imkan verilir, keçiricilik və konveksiya vasitəsilə istilik itirilir, dəri 
damarları genişlənir. Beləliklə, vazodilatasiya reflektor olaraq, dəri səthinin bilavasitə 
qızdırılmasından (isti mühitdə) baş verir. Bundan başqa, hipotalamusun stimulyasiyası 
tər ifrazını əmələ gətirir və istiliyin buxarlanma ilə itməsinin artırır. Istiliyin periodik 
qarşılıqlı təsiri və ya istilikləstres yanaşı olduqda (məsələn, hər gün 1-2 saat, 10-14 gün 
ərzində) ekkrin tər vəzilərinin sekresiyası artır (iqlimləşdirmə). Termorequlyasiya za-
manı və kardiovaskulyar hoemostazda dəri damar sisteminin həlledici roluna nümunə 
eritrodermiyanı törədən dərinin geniş yayılmış iltihabi xəstəliyidir. Yayılmış dermatit, 
psoriaz, toksidermiya və limfomalar kimi xəstəliklər zamanı dəridə iltihabi reaksiya 
dərinin ümumi qan dövranını 10-20% azaldan generalizə olunmuş dəri vazodilatasiyası 
əmələ gətirə bilər. Bu zaman qanın mərkəzi həcmi azala bilər. Qan təzyiqini saxlamaq 
üçün ümumi qan dövranı artmalıdır, kardiorezerv disbalansı olan yaşlı şəxslərdə qızdır-
ma və titrətmənin fərqli dəyişmələri ilə bağlı olan pozuntu ola bilər.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin