Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə6/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   446
DERMATOLOGİYA-dərslik 1

Şək. 2.5. 
Ağ (I) və qonur (II) piy toxumalarının quruluş sxemi.
I. a –işıq mikroskopunda çıxmış piylə lipositlər; b – lipositlərin ultrastrukturu:1- piy 
hüceyrəsinin nüvəsi; 2 - iri lipid damcısı; 3 –sinir lifləri; 4 – hemokapilyarlar; 5 – mi-
toxondrilər.
II. a –işıq mikroskopunda çıxmış piylə lipositlər; b – lipositlərin ultrastrukturu: 1 – 
lipositin nüvəsi; 2 – xırda paylanmış lipidlər; 3 – çoxsaylı mitoxondrilər; 4 – hemokapil-
yarlar; 5 – sinir lifləri (Afanasyev Y.İ. və həmmüəllif., 1989). 
Şək. 2.6. Piy vəzisi x 200
1- Şaxələnmiş alveolyarn sonu
2- Çıxarıcı axar 


14
Derma və ya həqiqi dəri (cutis propria) hüceyrə elementlərindən, lifli substansiyalar-
dan və hüceyrəarası maddədən ibarətdir. Dermanın qalınlığı 0,49 mm ilə 4,75 mm arasın-
da dəyişir. Dərinin birləşdirici toxuma hissəsi (corium) kəskin sərhədlənməmiş iki qata 
bölünür: epitelaltı - məməcikli (str. papillare; və torlu (str. reticulare). Dermanın üst qatı 
tikanlı hüceyrələrin epitel daraqcığının arasında yerləşmiş məməcikləri əmələ gətirir. O, 
amorf, struktursuz maddədən və zəif lifli birləşdirici toxumadan ibarət olub kollagen və 
elastin liflərini özündə biıiəşdirir. Onların arasmda çoxlu sayda hüceyrə elementləri, da-
marlar, sinir ucları yerləşmişdir. Dermanın hüceyrə elementləri fıbroblastlar, fıbrositlər, 
histiositlər, tosqun, azan hüceyrələr və xüsusi piqment hüceyrələri -melanofaqlarla təm-
sil olunmuşdur. Fibroblastların səthində reseptor zülallar və qlikolipidlər, nukleoplazma-
da isə RNT tərkibli interxromatin qranulaları yerləşmişdir. Dermanın məməciklərində 
epidermisi, dermanı və sinir uclannı qidalandıran damarlar yerləşmişdir.
Dermanın torlu qatı daha kompakt kobudliflidir, dermanın əsas hissəsini təşkil edir. 
Dermanın stroması kollagen liflərin dəstələrindən təşkil olunmuşdur, onların arasında 
da məməcikli qatda olan eyni hüceyrə elementləri vardır (lakin az sayda). Dərinin möh-
kəmliyi əsasən məhz torlu qatın strukturundan asılıdır ki, onun qalınlığı dəri örtüyünün 
müxtəlif sahələrində fərqlənir.
Hipoderma və ya dərialtı piy toxuması birləş-
dirici toxumanın bir-birinə dolaşmış dəstələrindən 
ibarətdir, onlarm düyünlərində müxtəlif miqdar-
da şarşəkilli piy hüceyrələri yerləşmişdir. Dərialtı 
piy toxumasında qan damarları, sinir kələfləri, si-
nir ucları, tər vəzləri, tük follikulları vardır. Də-
rialtı piy toxuması fassiya ilə başa çatır ki, o da 
çox vaxt periost və ya əzələlərin aponevrozu ilə 
birləşir.
Dərinin əzələləri saya əzələ lifli dəstələrdən 
ibarət olub damarlarm, tük follikullarının və bir 
sıra hüceyrə elementlərinin ətrafında kələf şəklin-
də yerləşmişdir. Tük follikullarının ətrafmda sayə 
zələ liflərinin toplanması tüklərin tərpənməsini tə-
min edir və tükləri qaldıran əzələlər (mm. errecto-
ries pilorum) adlandırılır. Saya əzələ elementləri 
ayrı-ayrı, xüsusilə də çox vaxt başın tüklü hissəsi-
nin dərisində, yanaqların, alnın, əlin və pəncənin 
arxa hissəsinin dərisində yerləşmişdir. Eninəzo-
laqlı əzələ üzün dərisində (mimik əzələlər) yerləş-
mişdir.
Dərinin qan damar və limfa sistemi. Dərini qidalandıran arteriyalar hipodermanın 
altında geniş tor şəbəkəsini yaradır ki, onu da fassial şəbəkə adlandırırlar. Bu şəbəkədən 
xırda şaxələr ayrılır ki, onlar da öz aralarmda bölünür və anostomoz əmələ gətirir və 
subdermal arterial şəbəkəsini yaradırlar. Subdermal arterial şəbəkədən ayrılan və anos-
tomoz yaradan damarlar yuxarıya doğru düz və dolayı istiqamətdə qalxırlar və derma-
nın məməcikli və torlu qatının sərhəddində onlardan səthi damar kələfı əmələ gəlir. Bu 
Şək.2.7. Soğanaq boyunca uzu-
nuna kəsim və tükün kökü x 100 
(Falin L.Y., 1957)
1-daxili, 2 – xarici kök vaginası, 
3- daxili (şüşəvari) tük çantasının tə-
bəqəsi, 4-tük məməciyi, 5- tük soğa-
nağı, 6-piy toxuması


15
kələfdən arteriollar öz başlanğıcını götürür və 
məməcikli qatda torlu quruluşa malik terminal 
arteriolyar şaxələr əmələ gətirirlər. Dəridə papil-
yar kapilyarlarm sıxlığı məməciklərin sıxlığına 
uyğun gəlir və bədənin müxtəlif nahiyələrində 
fərqlənir və dərinin 1 mm2-də 16-dan 66 kapil-
yara bərabər olur. Tük follikulları, tər və piy və-
ziləri dərində yerləşmiş damar kələfındən iifqi 
şəkildə ayrılan damarlarla təchizolunmuşdur. Ve-
noz sistem postkapilyar venulalarla başlanır ki, o 
da məməcikli qatda və dərialtı piy toxumasında 
arteral damarların gedişini təkrarlayan 4 venoz 
kələfı əmələ gətirir. Eynitipli və müxtəlif tipli də-
ridaxili damarlar öz aralarında geniş anostomoz 
əlaqəsi yaradırlar. Dəridə çox vaxt qlomuslar və 
ya arteriovenoz yumaqcıq anastomozları (kapil-
yar olmadan arteriol və venulalarm qısa birləş-
mələri) rast gəlir. Onlar bədən temperaturunun 
tənzimlənməsində iştirak edir, interstisial gər-
ginliyi qoruyub saxlayır ki, bu da kapilyarların, 
əzələlərin və sinir uclarının fəalliyyət göstərməsi 
üçün vacibdir.
Dərinin limfa damarları kapilyarlarla təmsil 
olunmuşdur ki, onlar səthi və dərin damar kələfinin üzərində yerləşmiş 2 şəbəkəni əmələ 
gətirir. Limfatik şəbəkələr öz aralarında anastomozla birləşir, onların arasında qapaq sis-
temi vardır və dərialtı piy toxumasını keçərək əzələlərin aponevrozu və fassiyası sərhəd-
dində genişşaxəli kələf yaradırlar - plexus lymphaticus cutaneus.
Dərinin innervasiyası. Dərinin reseptor funksiyası xüsusi əhəmiyyət kəsb edir. Dəri 
ətraf və daxili mühit arasında baryer rolunda çıxış edir və bütün növ qıcıqlan qəbul edir. 
Dəri mərkəzi və vegetativ sinir sistemi vasitəsilə innervasiya olunur və hissi reseptor 
sahəni təmsil edir. Piy və tər vəzilərini, tük follikullarını və damarları innervasiya edən 
adi ağacabənzər şaxələr, yumaqcıqlar şəklində olan sinir uclarından başqa, dəridə in-
kapsulyar cisimlər və sinir ucları formasında özünəməxsus sinir aparatı vardır. Dərinin 
əsas sinir şəbəkəsi dərialtı piy toxumasının dərin şöbələrində yerləşmişdir. Oradan səthə 
doğru yuxarı qalxaraq sinir şaxələri dərinin törəmələrinə yaxınlaşır və məməcikli qatın 
aşağı hissəsində səthi sinir şəbəkəsini əmələ gətirir. Ondan iyəbənzər silindrlər şəklində 
məməciyə və epidermisə şaxələr ayrılır. Epidermisdə onlar dənəli qata qədər nüfuz edir-
lər, mielin qişasını itirir və adi haçalanma və ya qalınlaşma ilə başa çatırlar.
Sərbəst sinir ucları ilə yanaşı, dəridə müxtəlif qıcıqları qəbul edən xüsusi sinir 
törəmələri yerləşmişdir. İnkapsulyar hissi cisimlər (Meyssner cisimləri) duyğu funksiya-
sını yerinə yetirir. Soyuq hissiyyatı Krauze kolbaları vasitəsilə, istilik hissiyyatı - Ruffini 
cisimlərinin, bədənin məkanda vəziyyəti, təzyiq vəvibrasiyahissiyyatı - lövhəli cisimlə-
rin (Fater-Paçini cisimləri) iştirakı ilə qəbul edilir. Ağrı, qaşınma və göynəmə hissiyyatı 
epidermisdə yerləşən sərbəst sinir ucları (nosireseptorlar) tərəfındən qəbul edilir.
Şək.2.8. Dırnağın makro-mik-
rostrukturunun sxemi


16
Duyğu cisimləri məməciklərdə yerləşmişdir və xüsusi reseptor hüceyrələrinə ma-
lik zərif birləşdirici toxuma kapsulasından təşkil olunmuşdur. Onlara kapsulanın aşağı 
qütbündən mielinsiz sinir ucluğu yaxınlaşır və reseptor hüceyrələrə söykənmiş menisk 
şəklində qalınlaşma ilə başa çatır. Krauze kolbaları məməciklərin altında yerləşmişlər. 
Onların uzunsov oval forması yuxarı tərəfı məməciklərə doğru istiqamətlənmişdir. Bir-
ləşdirici toxumanın yuxarı qütbündə yumaqcıqla qurtaran mielinsiz sinir silindri yerləş-
mişdir. Ruffini cisimləri dermanın dərin şöbələrində və dərialtı piy toxumasının yuxarı 
hissəsində yerləşmişdir. Onlar birləşdirici toxumadan ibarət kapsula ilə təmsil olunmuş-
dur ki, orada sinir oxunun silindrinin sonu çoxsaylı şaxələrə bölünür. Lövhəli cisimlər 
dərialtı piy toxumasında yerləşir, kapsulyar quruluşa malikdir. Dəridə həmçinin kapil-
yarlar da daxil olmaqla bütün damarların səthi boyunca yerləşmiş çoxlu sayda vegetativ 
sinir lifləri vardır. Onlar damar kələflərinin funksional aktivliyini tənzimləyir və bununla 
epidermisdə, dermada və dərialtı piy toxumasında gedən fızioloji proseslərə təsir göstə-
rir.
Dərinin törəmələri (tüklər, dırnaqlar, tər və piy vəzləri). Tüklərin formalaşması emb-
rional inkişafın 2-ci ayının sonu - 3-cü ayın əvvəlində başlanır. Epidermis nahiyəsində 
bazal-hüceyrə çıxıntıları meydana çıxır ki, sonradan onlar tük follikullarına çevrilirlər. 
4-cü və 5-ci ayda başlanğıc rüşeym tükləri zərif tüklər (lanugo) şəklində bütün dəri 
örtüyü boyunca (ovucun, dabanın, dodaqların qırmızı haşiyəsinin, süd vəzilərinin gilələ-
rinin, kiçik cinsiyyət dodaqlarının, kişilərdə cinsiyyət orqanının başının dərisi istisna 
edilməklə) yayılır. Tükün dərinin üzərinə çıxan hissəsi özək, dəridaxili hissəsi isə kök 
adlanır. Dərinin səthinə özəyin çıxdığı nahiyədə çökəklik – çala vardır. Tükün kökü tük 
follikulu ilə əhatə olunmuşdur, oraya iti bucaq altında tükləri qaldıran əzələlər yaxınlaşır 
və birləşirlər. Tükün özəyi və kökü 3 qatdan ibarətdir: mərkəzi -beyin, qabıq və kutikula. 
Beyin maddəsi əsasən dəridə yerləşmişdir və çox azhalda tük follikulunun çalasına çatır. 
Tük özəyinin əsas kütləsini keratinləşmiş hüceyrələr təşkil edir ki, onlar bir-birinə sıx 
söykənmişlər. 
Tük kökünün distal hissəsi soğanaq adlandırılır. O, tükün böyüməsini təmin edir, belə 
ki, onun mərkəzi hissəsinə hipodermadan qan damarları və sinirlərlə birgə tük məməciyi 
daxil olur.
Follikulun yuxarı hissəsindəki dərinlik və ya 
çala 1-3 sıra epidermal hüceyrələrlə örtülmüş-
dür ki, onlarda qlikogen, çoxlu miqdarda vaku-
ol, tonofıbrillər, keratogialin və keratinosomalar 
vardır. Tük follikulunun çalasına piy vəzisinin 
axacağı açılır. Saçların rəngi DOFA-müsbət me-
lanositlərin tərkibində tükün beyin maddəsində 
olan piqmentlə müəyyən olunur.
Tüklər zərif, cod (qaşlar, kirpiklər, saqqal, 
bığ və cinsiyyət orqanlan nahiyəsində olan 
tüklər) və uzun (başm tüklü hissəsi) olmaqla 3 
yerə bölünürlər. Tüklər yavaş böyüyürlər. Gün 
ərzində tükün uzunluğu 0,3-0,5 mm artır. Yaz-
da və yayda tüklər sürətlə uzanırlar. Uşaqlarda 

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin