Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə130/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   126   127   128   129   130   131   132   133   ...   446
DERMATOLOGİYA-dərslik 1

SADƏ İRRİTANT KONTAKT DERMATİTİ
Sadə irritant (qıcıqlandırıcı) təmas dermatiti – çox vaxt su, sabun, yüksək tempera-
turla təmas və sürtülmə nəticəsində baş verən təkrar kontaktlar zamanı meydana çıxan tə-
mas dermatitidir. Güclü qıcıqlandırıcılara (irritantlara) turşular, qələvilər və nəm sement 
aid edilir: bu kimyəvi maddələr kimyəvi yanıqların kəskin ocaqlarını törədə bilərlər. Zəif 
qıcıqlandırıcıların xronik təsiri ən geniş yayılmış problemlərdən biri olan ekzematoz də-
yişikliklər törədirlər. İltihabın intensivliyi adətən irritantın qatılığı və kontaktın davamet-
mə müddəti ilə bağlıdır. Zəif qıcıqlandırıcılar quruluq, çatlar və eritema törədirlər; güclü 
kimyəvi maddələr təcili inkişaf edən reaksiyalar verə bilər ki, bu da göynəmə, eritema, 
ödem və çox güman ki, dərinin xoralaşması ilə səciyyələnirlər. Təmas dermatitlərinin 
80%-i sadə irritant təmas dermatiti ilə təmsil olunur. Allergik təmas dermatitindən fərqli 
olaraq, irriant təmas dermatiti spesifik deyildir və sensibilizasiyanın aparılmasına ehti-
yac yaranmır.
Patogenez
Atopik fon (qızdırma, astma və ya ekzema) dərinin qıcıqlandırıcılara qarşı yüksək 
həssaslığını şərtləndirir. İrritanta (qıcıqlandırıcıya) qarşı həsaslıq fərdidir və dəyişə bilər. 
İrritant kontakt dermatiti – peşə dəri xəstəliyinin ən geniş yayılmış tipidir və 80% hallar-
da rast gəlir. Peşə və ev qayğıları (buraya uşağa qulluq və xobbi də daxildir) anamnezin 
kritik tərkib hissələridir. Əllərin daima nəm mühitdə təmasda olduğu iş, məsələn, ictimai 
iaşə sistemində işlədikdə, xəstələrə və kiçik yaşlı uşaqlara qulluq etdikdə, həmçinin bər-
bərxanada çalışdıqda xəstədə sadə irritant kontakt dermatitinin inkişaf etməsinə şərait 
yaranır.
Ən geniş yayılmış qıcıqlandırıcılara detergentlər, turşular, qələvi kimyəvi preparatlar, 
yağlar, üzvi həlledicilər, oksidantlar, kimyəvi bərpaedici maddələr və su aiddir. Kobud 
liflər, məsələn, şüşə liflər və ya ağac kəpəyi də irritant kontakt dermatitini törədə bilər. 
Qıcıqlandırıcının təsiri ya birbaşa təmas, ya da hava vasitəsilə baş verir. Hava vasitəsilə 
irritant kontakt dermatitinin yaranmasına misal olaraq şüşə liflər, formaldehid, epoksid
qatranı, sənaye həllediciləri, qlütaraldehidini və ağac kəpəyini göstərmək olar. Daimi 
sürtülmə və mexaniki qıcıqlanma xronik irritant kontakt dermatitini törədə bilər. İrri-
ant ekzematoz dermatit zəif qıcıqlandırıcılar ilə uzun müddətli kontakt zamanı da baş 
verə bilər. Qıcıqlanma həddini keçdikdə, davamlı dermatit zəif qıcıqlandırıcılarla cüzi
kontakt nəticəsində belə inkişaf edə bilər. Ətraf mühitin rütubətinin aşağı olması qıcıq-
lanma həddini azaldır. Bədənin bəzi sahələrində, məsələn körpələrdə ovuclar, sağrı və 
qasıq-bud nahiyəsi, yaranın ətrafındakı dəriyə nəmliyin və «islanma-quruma» siklinin 
fasiləsiz təsiri bəzən ekzematoz dermatitə səbəb ola bilər. İrritant dermatit xaricə qə-
bul edilən dərman vasitələrinin getdikcə çox işlədilməsi, həmçinin zədələnmiş dəriyə 


214
allergenlərin daxil olması nəticəsində meydana çıxan allergiya sayəsində ağırlaşa bilər. 
Atopiklər irritant kontakt dermatitinə meyllidirlər; onlarda dermatit uzun müddət davam 
edir və onu müalicə etmək çətinləşir.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin