Klinik şəkil Daha çox əllər zədələnir. Onun həm arxa, həm də ovuc səthi zədələnə bilər. Qıcıqlan-
dırıcıların təsirinə məruz qalan daha bir sahə kirpiklərdir. Dodaqları xronik şəkildə yala-
maq vərdişi də təkrarlanan «islanma-quruma» sikli nəticəsində irritant dermatitə səbəb
ola bilər. Eritema, quruluq, ağrılı çatlar və qabıqlanma çox səciyyəvidir. Vezikullar da
yarana bilər, lakin onlar səciyyəvi deyillər. Ağrı və göynəmə simptomları olduqca geniş
yayılmışdır. Göynəmə çox vaxt qaşınmadan güclü olur. Kəskin irritant dermatiti sulanan
və şişkin eritematoz ləkəli fonda sulanan papulalar və ya vezikulalar ilə təzahür edə
bilər. Davamlı xronik irritant dermatiti lixenifikasiya, eritematoz ləkələr, çatlar, ekskori-
asiya və qabıqvermə ilə səciyyələnir. Hiperkeratotik forma daima qabıqlanan, çatlar və
zəif eritema ilə səciyyələnir və mexaniki travma, məsələn, kağızların daşınması nəticə-
sində baş verə bilər. Açıq dəri xarici preparatlarla təmas zamanı «yana» bilər, halbuki
digər hallarda normal ötüşə bilər.
Laborator diaqnostika Göbələk infeksiyasını istisna etmək üçün KON məhlulunda müayinə aparılır. Əgər
anamnezdə allergik təmas dermatitinin varlığı haqqında (məsələn, allergenlərlə təmas)
məlumat varsa və ya aparılan müalicə və profilaktika tədbirlərinə baxmayaraq, xəstəlik
torpid xarakter daşıyır və persistensiya edirsə, allergik təmas dermatitinin rolunu qiy-
mətləndirmək məqsədilə dəri testi qoyulur. Dəri testi adətən hazır skrininq allergenlər
seriyasından (24 nümunədən ibarət) istifadə etməklə aparılır. Biopsiya nadir hallarda
həyata keçirilir və bu zaman spongioz, dermanın ödemi və iltihabi infiltrat (əsas etibarilə
limfositar) nəzərə çarpır.
Differensial diaqnoz Allergik kontakt dermatiti (vezikullar və qaşınma sadə irritant kontakt dermatiti ilə
müqayisədə allergik kontakt dermatiti üçün daha səciyyəvidir). Atopik dermatit. Gö-
bələk infeksiyası (cədvəl 1).
Müalicə Diaqnozun erkən qoyulması, müalicə və profilaktika tədbirləri xronik irriant dermati-
tin inkişafının qarşısını ala bilər. Dərinin qıcıqlandırıcıları ilə təmasların istisna edilməsi
və ya azaldılması dərinin baryer funksiyasının bərpa olunması üçün həlledici sayılır. Əl-
ləri daima yuduqda meydana çıxan «islanma-quruma» sikllərinin sayını azaltmaq lazım-
dır. Vinil əlcəklərin altından geyilən pambıq parça əlcəklər rütubətli şəraitdə işlədikdə
əllərin islanmasını azaltmağa imkan verir. Spesifik həlledicilər və ya kimyəvi preparat-
larla işlədikdə həmin əlcəklərdən istifadə etmək lazımdır. Zədələnmiş dəridə yumşaldıcı
vasitələrin, məsələn vazelinin müntəzəm şəkildə təkrar tətbiq olunması müəyyən effekt
verir. Əllərin sadə irritant dermatiti zamanı eritemanı, qaşınmanı, şişkinliyi və ağrını
azaltmaq üçün bir neçə həftə ərzində gündə 2 dəfə orta və ya yüksək farmakoloji effek-
tivliyə malik topik steroidlər tətbiq olunur.