222
dəriyə qoyulmuş soyuq yaş kompress 20 dəqiqə ərzində qaşınmanı sakitləşdirməyə və
azaltmağa imkan verir; o, gecə qaşınmaları zamanı da effektlidir. I və II qrup steroid
kremləri və məlhəmləri də effektivdir, onlar gündə 2 dəfə tətbiq edilirlər. II-IV qrup ste-
roidləri polietilen okklüziya ilə birgə 2-8 saat ərzində tətbiq olunurlar.
OVUCLARIN EKZEMASI
Bu, yayılmış, çox vaxt xronik davam edən xəstəlikdir, onun yaranmasında çoxlu say-
da amillər iştirak edir və gedişinə təkan verir. Ovucların ekzemasını aşağıdakı kateqo-
riyalara aid etmək olar: irriantant ekzema; eksfoliativ ekzema; atopik ekzema; barmaq-
ların uclarının ekzeması; allergik ekzema; hiperkeratotik ekzema; manatşəkilli ekzema;
dishidrotik ekzema; sadə xronik dəmrov və “id”- reaksiyası. Bu tiplərin hər biri ayrı-ay-
rılıqda öyrənilir. Ovucların irriantant ekzeması – ən geniş yayılmış tipdir, onun ardınca
ovucların atopik ekzeması rast gəlir. Allergik kontakt dermatiti təqribən 10-25% hallarda
ovucların ekzemasının səbəbi kimi sayıla bilər.
Dostları ilə paylaş: