Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə140/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   136   137   138   139   140   141   142   143   ...   446
DERMATOLOGİYA-dərslik 1

Etiologiya və patogenez
Qadınlar kişilərə nisbətən tez-tez xəstələnirlər. Peşə riski amillərinə kimyəvi irrian-
tantlarla kontaktlar, rütubətli mühitdə işləmək, xronik sürtünmə və sensibilizasiya edən 
(allergen) kimyəvi maddələrlə iş.
Ekzogen amillər. İrriantlara kimyəvi maddələr (məsələn, həlledicilər, detergenlər, 
qələvilər və turşular), sürtülmə, soyuq hava və aşağı rütubət aiddir. Allergenlər işlə bağlı 
və işə aidiyyəti olmayan allergen ekspozisiya mənbəyindən əmələ gələ bilərlər. I tip üzrə 
təcili inkişaf edən allergiya lateksə və qida proteinlərinə qarşı olan reaksiyasını özün-
də birləşdirir, daha geniş yayılmış IV tip ləng tipli allergiya isə rezin əlavələrə, nikel, 
dərman maddələrinə (baktrasin, neomisin və hidrokortizon) və geniş yayılmış şəxsi 
gigiyena vasitələrinin tərkibində olan kimyəvi inqredientlərə (məsələn, konservantlara, 
aromatizatorlara, günəşdən qoruma vasitələri və digər əlavələrə) qarşı yaranan reksi-
yaları özündə birləşdirir. Qida allergenləri də müəyyən rol oynaya bilər. İnfeksiyalar 
zamanı “id”-reaksiya, o cümlədən ovucların ekzeması (göbələk və ya bakterial mənşəli 
uzaq infeksiya ocağına qarşı reaksiya kimi) da iştirak edə bilər.
Endogen amillər. Atopik diatez (ot qızdırması, astma, atopik ekzema) təkanverici 
amil olub xəstəliyə həssaslığın artmasına və müvafiq müalicə və profilaktika tədbirləri-
nin aparılmasına baxmayaraq prosesin xronikləşməsinə səbəb olur. 
Klinik şəkil
Xəstəliyin inkişafına şərait yaradan amilləri müəyyən etmək, həmçinin digər der-
matozları (məsələn, psoriazı) istisna etmək üçün bütün dəri örtüklərini diqqətlə müa-
yinə etmək lazımdır. Bu vəziyyət dəyişkəndir; kəskin, yarımkəskin və xronik ekzematoz 
dəyişikliklər müşahidə olunur. Baxmayaraq, klinik şəkil və etiologiya arasında möv-
cud olan əlaqəni tam dürüstlüklə müəyyən etmək mümkün deyil, lakin bəzi əlamətlər: 
kseroz, eritema, ovucların arxa və iç səthində göynəmə halları qıcıqlanma amillərindən 
şübhələnməyə əsas verir. Sikkəyəbənzər ekzema, əllərin və barmaqların arxa hissəsi al-
lergiyanın, qıcıqlanmanın və ya atopiyanın olmasından xəbər verir; bəzən bunun səbəbi 
kontakt övrəsi (I tip allergiya) sayılır. Barmaqların və ovucların lateral səthində əmələ 


223
gələn çoxlu sayda, residivləşən, intensiv qaşınan vezikullar dishidrotik ekzemanın əmələ 
gəlməsinə dəlalət edir. Barmaqların uclarının ekzeması (quruluq, ağrı, parçalanma, qa-
şınmanın olmaması) zamanı qıcıqlandırıcının, endogen amilin olmasından (qış fəslinin 
atopiya) və ya friksion ekzema haqda düşünmək lazımdır. Barmaqların əsasında eritema, 
qabıqlanma, qaşınma baş verərsə, atopiyanın olmasını güman etmək lazımdır. 
Əgər pasiyentin hansı irriantlar və ya allergenlərlə təmasda olduğunu müəyyən et-
məklə onu xəstəliyin başlanğıcında aradan qaldırsaq, tam sağalma proqnozu mümkün-
dür. İrriantantlar və ya allergenlərlə fasiləsiz, uzunmüddətli kontakt xroniki prosesə gə-
tirib çıxarır. Provokasiya amilləri ilə təmasdan çəkinmək və dəriyə müvafiq qulluq çox 
vaxt xəstənin vəziyyətini yaxşılaşdırır, lakin bəzi xəstələrdə xəstəlik tamamilə sağalmır.
Müalicə
Müalicə, əsasən qıcıqlandırıcı amillərin identifikasiyasını nəzərdə tutur, onlarla tə-
masdan yayınmaq lazımdır. Belə amillərə əllərin tez-tez yuyulması, suyun, sabunun, 
detergentlərin və həlledicilərin təsiri aiddir. Xronik sürtünmə nəticəsində meydana çıxan 
zədə qıcıqlandırıcı amil sayılır və xronik residivləşən dermatit əmələ gəlir. Təhlükəsiz-
lik tədbirlərini həyata keçirmək (məsələn, su və ya kimyəvi maddələrlə işlədikdə vinil 
əlcəklər geyinmək) vacibdir. Orta təsir effektivliyinə malik topik kortikosteroidlər gündə 
2 dəfə (II-IV qrup) təyin olunur. Kremlərə nisbətən məlhəmlərə üstünlük vermək lazım-
dır. Polietilen plyonkası altında okklüziya tətbiq edilə bilər. Əgər dermatit ağır deyildir-
sə, çox güclü kortikosteroidlərin (I qrup) qəbul edilməsini dayandırmaq lazımdır. Əllərin 
dermatiti zamanı topik kortikosteroidlər fasilələrlə deyil, daima təyin edirlərsə, daha 
effektiv təsir göstərərlər.
Ağır dermatit zamanı çox güclü farmakoloji effektivliyə malik topik kortikosterid 
Burov məhlulunda isladılmış yaş kompresslərdən sonra gündə 2 dəfə müalicənin ilk 
3-5 günü ərzində tətbiq olunur, sonra orta təsirə malik kortikosteroidlər gündə 2 dəfə bir 
neçə həftə ərzində təyin edilir. Əllər üçün “Balneotar” yağı ilə vannalar təyin etmək olar. 
2-3 qapaq həcmində yağı içərisində su olan qabda həll edir və əlləri orada 10-15 dəqiqə 
ərzində saxlayırlar. Prosedur gündə 2 dəfə təkrar olunur. Bundan sonra topik kortikoste-
roidlər tətbiq edilir.
Sistem steroidlər (prednizon gündə 0,75-1 mq/kq 3 həftə ərzində dozanı tədricən 
azaltmaqla) bəzən güclü və kəskin iltihab zamanı təyin edilə bilər. Əgər qıcıqlandırıcılar 
aradan qaldırılırsı, topik kortikosteroidlərlə müalicə aparılırsa və yumşaldıcı vasitələr 
müntəzəm, tez-tez tətbiq edilirsə, xəstələrin əksəriyyətinin vəziyyəti yaxşılaşır. Aller-
giyaya şübhə olduqda (ovucların şişkinliyi, vezikullar, qaşınma və xüsusilə ovucların 
arxa səthi zədələnmişsə və ya barmaqların uclarının ekzeması varsa), xəstəliyi törədən 
və onun inkişafını təmin edən allergenləri müəyyən etmək məqsədilə dəri testlərini apar-
maq lazımdır. Test üçün işlədilən materiala xəstənin peşə fəaliyyətinə müvafiq aller-
genlər daxil edilməlidir. Xroniki torpid gedişli xəstəlik zamanı pasiyent dermatoloqun 
nəzarəti altında olmalıdır. Digər müalicə metodikalarında psoralenin yerli olaraq A dia-
pazonunda ultrabənövşəyi şüalanma və səthi qısafokuslu retgenoterapiya ilə birgə kom-
binasiyada tətbiqi nəzərdə tutulur. Əmək qabiliyyətinin itirilməsi zamanı hər həftə aşağı 
dozalarda metotreksat (hər həftə 5-15 mq) və ya hər gün aşağı dozalarda siklosporin 
daxilə qəbul edilir.


224

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin