QURU EKZEMA Quru (asteatotik) ekzema dərinin həddən artıq quruması və çatlaması ilə əlaqədar
meydana çıxan ekzematoz dermatitidir. Bu quru ekzema həmçinin “eczema craquele»
adlandırılır. Quru (asteatotik) ekzema yarımkəskin ekzematoz dermatitin bir forması
olub ləng xronik inkişafa meyllidir, rütubətin aşağı düşdüyü qış fəslində fəsli alovlanma-
larla özünü biruzə verir. Kişilər və qadınlar eyni miqdarda xəstələnirlər. Xəstəlik çox
vaxt atopik diatezi olan xəstələrdə, xüsusən də onların ömrünün son illərində rast gəlir.
Xəstələrin əksəriyyətinin anamnezində əvvəllər də bu xəstəliyin residivləri barədə mə-
lumatlar vardır. Xəstəlik qışın sonunda ən yüksək səviyyəsinə çataraq, sonradan yayda
azalır, bu, xüsusilə quru soyuq iqlimə malik ölkələrdə daha kəskin nəzərə çarpır. Dərinin
istənilən sahəsi zədələnə bilər, daha çox xəstəlik aşağı ətraflarda lokalizasiya olunur.
Xəstəliyin başlanğıcında xəstələr dərinin quruluğundan və getdikcə quruluq hissiyya-
tının artmasından narahat olurlar. Xəstəlik şiddətləndikcə qaşınma və güclənən iltihabi
proses daha çox rast gələn simptomlara çevrilirlər. Pasiyentlər göynəmə hissiyyatından,
ağır hallarda isə çatlar və qabıqlar əmələ gəlməsindən narahat olurlar.
Klinik şəkil Klinik şəkil yarımkəskin ekzematoz dermatit üçün səciyyəvidir. Aksent olunmuş
dəri şəkli müşayiət olunan kseroz xəstəliyi lap başlanğıcından xəstəliyin xarakterik
əlaməti sayılır. İltihab əvvəlcə zəifdir, lakin vaxt geçdikcə daha kəskin nəzərə çarpır.
Zəif, sərhədləri pozulmuş eritema parlaq qırmızı, kəskin-ekzematoz papulalara qədər in-
kişaf edir ki, onlar da birləşərək geniş lövhələrə çevrilirlər. Bir qayda olaraq vezikulalar
əmələ gəlmir, ekskoriasiyalar isə həmişə nəzərə çarpır. Quru, zərif deskvamasiya nazik
səthi çatlara qədər inkişaf edir və mənzərə “eczema craquele” adlanaraq dəri sanki çat-
layan çiniyə və ya qurumuş çayın yatağına bənzəyir. Dəri çox quruyaraq, xırda və dərin
çatlara malik olur. O, ağrılı ola bilər. Şiddətlənərək ekzema kəskin, nəmli xarakter alır,
qabıqlar və intensiv eritema əmələ gətirir.
Qış aylarında mövsümi residivlərin əmələ gəlməsi müşahidə olunur. Qaşınma və
kserozla müşayiət olunan zəif mövsümi residivlər isti havada və yumşaldıcı preparatlar-
dan daima istifadə etdikdə yaxşılaşırlar. Aktiv yarımkəskin iltihabi proses, adətən orta
təsir qüvvəsinə malik kortikosteroid məlhəmlərə reaksiya verir, həmçinin isti mövsümdə
yaxşılaşma hiss olunur. Kəskin əlamətlərlə, məsələn, islanma, nəmlənmə və qartmaqlar-
la müşayiət olunan ağır lokalizasiyalı residivləşmə də həmçinin fərdi xarici terapiyaya
reaksiya verir. Bu haqda aşağıda danışılacaq. Ağır alovlanmalar-residivlər aqressiv yolla
müalicə etmək lazımdır, çünki onlar generalizə edə bilərlər.